Gömrükdə daha bir qalmaqal – Vətəndaşın malını əlindən aldılar
İdman16 iyul 2019 16:44
"Vüsal Nuriyev nə qanun sayır, nə fərman… Nə baş naziri tanıyır, nə də heç kimi…”
Bunu vətəndaş Samir Mobil oğlu Əhmədov deyir. O, "Sınıq Körpü” Gömrük Sərhəd Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin ona qarşı qanunazidd hərəkətlərindən və və qeyri-etik davranışından şikayətçidir.
Yenicag.az-a müraciət edən Samir Əhmədovun sözlərinə görə, Nazirlər Kabinetinin 305 saylı Qərarına əsaslanaraq, iyunun 28-də şəxsi istifadə məqsədilə Gürcüstanda aldığı "BEKO” markalı kondisioneri Azərbaycan ərazisinə keçirmək istəyib.
Lakin adıçəkilən gömrük məntəqəsinin rəisi Vüsal Nuriyev Əhmədova məxsus kondisionerin müsadirə olunaraq, anbara yerləşdirilməsini əmr edib: "Həmin gömrük məntəqəsinin vəzifəli şəxsi Ülfət Əkbər oğlu Rzayev mənə 119061100501155 saylı akt verdi və kondisioneri əlimdən zorla aldılar.
Ancaq mənə verilən akta möhür vurulmadı. Mən göstərdiyim tarixə – 2019-cu il iyunun 28-nə kimi Gürcüstan Respublikasında olmamışam, sərhədi keçməmişəm və təbii ki, oradan heç bir mal-məhsul gətirməmişəm. Bu barədə ümumvətəndaş pasportumdan çıxarışı da sizə təqdim edirəm.
İyulun 5-də Vüsal Nuriyevə müraciət edib, həmin kondisioneri şəxsi istehlak məqsədilə ölkə ərazisinə keçirməyə hüququm olduğunu bildirdim və kondisionerin mənə qaytarılmasına kömək göstərməyini xahiş etdim.
Ancaq Vüsal Nuriyev özünü dövlət məmuru kimi aparmadı. O, nə qanun sayır, nə fərman. Nə baş naziri tanıyır, nə də heç kimi… Saysa idi bu hərəkətə yol verməzdi və özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla mənim gömrükdən maneəsiz keçirməli olduğum kondisioneri zorla əlimdən almaz, özümə təhqiramiz sözlər deməzdi. İyulun 10-da Tovuz rayonunda yerləşən Gömrük İdarəsinə də getdim. Qurumun əməkdaşları bu məsələyə qarışmağa səlahiyyətlərinin olmadığını deyərək, Vüsal Nuriyevin açıq-aşkar qanunu pozduğunu bildirdilər”.
Hüquqlarının pozulduğunu bildirən vətəndaş Samir Mobil oğlu Əhmədov üzləşdiyi problemin həlli üçün ölkə rəhbərliyinə və Dövlət Gömrük Komitəsinin sədrinə mürtaciət edib. Əhmədov ona məxsus olan 1 ədəd "BEKO” markalı kondisionerin geri qaytarılmasını və ölkə qanunlarına məhəl qoymayan Vüsal Nuriyevin sərt şəkildə cəzalandırılmasını xahiş edib.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya