Hüseyn Cavidin dostu, Atatürkün badə yoldaşı, Mirzə Cəlilin düşməni
Günün sitatı14 fevral 2020 20:16
Bu gün böyük sənətkar, Xalq artisti Rza Təhmasibin anım günüdür. Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.
Rza Təhmasib 1894-cü il aprelin 24-də Naxçıvanda tacir ailəsində doğulub. Onun babası Hacı Ələkbər dinə dərin etiqadına görə böyük nüfuz sahibi olan ağsaqqallardan biri idi. Rza Təhmasib tacir ailəsində doğulsa da o qədər də varlı uşaqlıq keçirməmişdi. Babası onu özü ilə bərabər keçirilən xan məclislərinə aparar, sanballı insanıların əhatəsində böyüməsi və inkişaf etməsi üçün zəmin yaradardı.
O, çox erkən yaşda anasını itirir. Rzanın tərbiyəsində və böyüməsində iki qadın böyük rol oynayır. Onlardan biri nənəsi, digəri isə Durna adlı bibisi olmuşdur. Rza Təhmasib öz xatirələrində onlar haqqında belə deyir: "Mən ana görməmişəm, Durna bibi mənə əsil ana olub, nazımı çox çəkib. Nənəmin gen tumanı həmişə mənim üçün alınmaz qala idi. Nadinclik üstündə cəzalardan mən hər dəfə onun qat-qat tumanı qoruyardı”.
***
Təhmasib Ərəblinskiyə olan sevgisi ilə teatra gəlib. Onun Ərəblinski olmaq istəyi Naxçıvandakı həvəskar aktyorların məşqlərinə gətirib çıxarır.
O, 1909-cu ildə yazıçı dramaturq Hüseyn Cavidlə tanış olur. Onların müəllim tələbə münasibətləri başlanır. Həmin dövrlərdə Cavid İstanbul universitetindəki təhsilni bitirib Naxçıvana qayıdaraq öz evində məktəb açmışdı. Rza da bu məktəbin ən qabaqcıl tələbələrindən biri idi.
Təhmasib 1910-cu ildə atasını razı salaraq onunla birlikdə Tiflisə gəlir. Lakin, gəliş gecikdiyindən bütün qəbul imtahanları baş çatır. O, atasının istəyi ilə kommersiya məktəbinə daxil olur. Lakin, qısa vaxt ərzində Azərbaycanlı artistlərin yaratmış olduqları "Auditoriya” dərnəyinin üzvü olur.
Təhmasibin atası oğlunun aktyor olmasına razı olmayıb. Bir gün Tiflisə oğluna baş çəkməyə gələn ata özü də bilmədən oğlunun iştirak etdiyi tamaşaya bilet alır. Bundan xəbər tutan aktyor yaxşıca qrimlənsə də, atası onu tamaşanın ikinci hissəsində tanıyır. Tamaşadan sonra atası oğlundan heç bir izahat tələb etmədən, nəsihət vermədən çox sakit məzəmmət dolu baxışlarla oğlunu süzərək ondan ayrılır.
Aktyor Tiflisdə kirayə qalır. Onun ilk məhəbbətlə tanışlığı da elə həmin dövrlərə təsadüf edir. 1910-cu ildə o, Hüseyn Cavid və Əziz Şəriflə tanış olub dostlaşır. Əziz Şərif xatirələrində yazır: "Biz tez-tez Botanika bağı dərəsinə gedər, məclis qurar və uşaqlığımızı yada salıb əylənərdik. Rza şərab içmədiyindən bizə nisbətən ayıq olurdu. Və biz şuluqluq edəndə o, əzabkeş lələ kimi bizimlə maraqlanırdı.”
Bir müddət sonra Rza Təhmasib nümayəndə heyətinin tərkibində tərcüməçi kimi uzun müddətə Türkiyəyə göndərilir. Türkiyədə işləməklə yanaşı həm də yetimlər xeyrinə verilən tamaşalarda iştirak edir. Onların tamaşalarını izləməyə Mustafa Kamal Ataturk də gəlirmiş. Həmin tamşaların birinin sonunda Rza Təhmasib Cavidin "İblis” tamaşasından monoloq söyləyir. Bundan sonra onu din, dövlət əleyhinə kommunist təbliğatı aparmaqda günahlandırıb Türkiyədən qovmaq istəyirlər. Yalnız Atatürkün işə qarışmasından sonra bu təhlükə sovuşur.
Sonralar Atatürk şəxsən özü Təhmasibi təşkil etdiyi məclislərə dəvət edib, ondan məhz həmin monoloqu söyləməsini xahis edərək deyərmiş: "Rza bey, şu monoloqu lütfən bir daha söyləyiniz”.
***
1922-ci ildə aktyor Bakıya geri qayıdan aktyor teatra işə düzəlir. Cavid, Əbdürrəhim bəy Haqverdiyev kimi ədiblərlə möhkəm dostluq etsə də o zaman Xalq Maarifi komissarı olan Cəlil Məmmədquluzadə ilə aralarında soyuqluq yaranır:
"Dostlarımın köməyi” ilə Mirzə Cəlili elə ilk gündən inandırdılar ki, mən teatr işini bacarmıram, işləyə bilmirəm. Bundan sonra ədib mənim işlərimə mane olmağa çalışır teatra pul buraxmır, taxta, bez, rekvizit üçün vəsaiti vaxtında vermirdi. Hətta dost məclislərində məni işdən çıxaracağını deyirdi, haqqımda hörmətsiz danışırdı.
Rza Təhmasib teatrla yanaşı "Səbuhi”, "Almaz”, "Fətəli xan” kimi filmlərdə də maraqlı obrazlar yaradıb. O, daha çox "Qanun naminə” filmində ifa etdiyi Qaloş obrazı ilə yadda qalıb. Filmdə onunla tərəf müqabili olan Xaql artisti Flora Kərimova müsahibələrinin birində Rza Təhmasibdən qorxduğunu dilə gətirir: Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi kinostudiyanın pavilyonunda ekranlaşdırılırdı.
"O an məni vahimə basmışdı. İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".
1930-cu ildə Tuqanovun rejissorluğu ilə Cavidin "Knyaz” əsəri səhnəyə qoyulur. Əsərdəki Knyaz obrazı isə Təhmasibə həvalə olunur. Tamaşadakı Knyazın dəlilik səhnəsini ifa etməkdən ötrü aktyor iki dəfə ruhi xəstəxanaya gedir və oradakı xəstələri müşahidə edir.
***
1934-cü ildə rus kinosunun ustalarından biri hesab olunan Sergey Eyzenşteyn öz assisentini məktubu ilə birgə Bakıya yollayır. Assisent həmin məktubu Təhmasibə çatdırır. Kinomatoqrafiyada rejissor kimi işləmək istəyən Moskvaya yola düşür. İmtahanı Eyzenşteyn özü qəbul edir. 41 yaşlı aktyor əla qiymətlə akademiyaya qəbul olunur.
Təhsil illərinin sonunda aktyor müəllimi Eyzenşteynlə olan son söhbətini belə xatırlayır: "Bir gün Eyzenşteyn məni evinə çağırtdırdı. Onun evi mənzili deyil, böyük bir kitabxananı xatırladırdı. O, məni çarpayının yanında oturdub yumşaq tərzdə gülümsünərək söhbətə başladı: "Qulaq as, Təhmasib, gəl, birlikdə işləyək. Sən aktyorlarla çox yaxşı işləyirsən, mən isə bunu bacarmıram. Doğru sözümdür, mən aktyorlarla işləməyi bacarmıram. Mən obrazları aktyora izah edib ötürürəm, ancaq aktyordan bunu ala bilmirəm. Bu isə rəsmiyyətçilik və yorğunçuluqdur”.
Lakin ailəsindən, qohumlarından uzaq düşən arvadı bu xəbəri eşidib ağlayır. Vətənə doğmalarının yanına qayıtmaq arzusunu dilə gətirir. Bundan sonra Rza Təhmasib Bakıya qayıtmağa məcbur olur.
***
Rza Təhmasib 1924-cü il iyulun 1-də aktyor "xəstəliyinə görə” öz xahişi ilə işdən azad olunur.
1971-ci ildə aktyorun ailəsində ağır itki yaşanır. Sənətkarın cavan yaşlı qızı ürək iflicindən dünyasını dəyişir. Şəkər xəstəliyindən əziyyət çəkən sənətkarın səhhəti bu faciə ilə daha da pisləşir. Onun qanqrena olan ayağının biri narkozsuz halda amputasiya olunur. Bundan sonra o, doqquz il ömür sürür. 1980-ci il fevralın 14-də Rza Təhmasib dünyasını dəyişir.
Oxşar xəbərlər
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Samir Adıgözəllini vəhşicəsinə döydülər
22 mart 2024 17:10
- 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edildi
22 mart 2024 16:26
- Ağacan Abıyevə ağır itki
22 mart 2024 13:17
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya