Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
Sozcu.info xəbər verir ki, hüquqşünasın bu müraciətinə səbəb prokurorluğun bir sıra əməkdaşlarının vəzifədən sui-istifadə əməllərindən və çoxsaylı məhkəmə qərarlarını icra etməkdən qərəzli surətdə imtina etmələrindən olub. Hörmətli Baş prokuror! “Qafqaz Hüquqi Xidmətlər Mərkəzi”nin hüquqi xidmət göstərdiyi vətəndaş – A.İsmayılovun zərərçəkmiş şəxs olduğu 210050957 saylı cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin qərəzli olaraq aparılmaması barədə, aidiyyəti prokurorluqlara 2022, 2023 və cari ildə etmiş olduğu çoxsaylı sübutlu-dəlilli vəsatətlər, ərizələr, şikayətlər cinayət işi icraatında olan Sabunçu rayon prokurorluğunun prokuroru İbrahim Lənbəranski, müstəntiqləri Tural Mürsəlovla Fuad Babayevin, həmçinin Bakı şəhər və Baş prokurorluqların həmin cinayət işinin istintaqına nəzarət etmək vəzifəsi daşıyan aidiyyəti prokurorlar tərəfindən qərəzli olaraq icra etməmək üçün “ötür-ötürə” salaraq, xüsusi əmlakını və dövlət büdcəsinə ödənilməli olan külli miqdar məbləğdə pul vəsaitini mənimsəmiş mütəşəkkil cinayətkar dəstənin cinayət əməllərini “ört-basdır” etməyə çalışırlar. Ötən illər ərzində istintaqda qəbul edilmiş bir sıra qərarların, digər sənədlərin zərərçəkmiş şəxsə verməmək üçün istintaqçılar tərəfindən açıq-aşkar imtina edilməsi, gizlədilməsi, “yoxa çıxması” və digər qanunazidd əməllər barədə sonuncu dəfə 2024-cü ilin yanvar-fevral ayında Sabunçu rayon, Bakı şəhər və Baş prokurorluqlara çoxsaylı müraciətlər edilmişdir. Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Fəqan Mahmudovun imzası ilə zərərçəkmiş şəxsə ünvanlanmış 9 ədəd məktubların bir hissəsinin mətni digərlərinə tam ziddiyyət təşkil edir, sitat: “...Sabunçu rayon prokurorluğunda istintaq edilən 210050957 saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə A.İ.İsmayılovun müraciəti baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə vətəndaşa məlumat verilməsini xahiş edirəm.” və “AR CPM-nin 39.1.1. maddəsinə əsasən xitam verilmiş və bu barədə maraqlı şəxslərə məlumat verimişdir” göstərməklə, özü yazılı olaraq bir daha sübut edir ki, 210050957 saylı cinayət işinin istintaqına nəzarət etmək məsuliyyəti daşıyan vəzifəli şəxslər işin nəticəsində maraqlıdırlar, işin gedişatına müdaxilə edirlər və cinayət işinin istintaqının hər bir halda özlərinin maraqları çərçivəsində nəticələnməsi üçün zərərçəkmiş şəxsin tələb etdiyi sənədləri vermirlər, cinayət işinin istintaqı ilə bağlı şikayətlərim üzrə verilmiş çoxsaylı məhkəmə aktlarını qərəzli olaraq yerinə yetirmirlər. Və bu məqsədlərinin üstünün açılmaması səbəbinə müraciətləri “ötür-ötürə salmaqdan, ört-basdır etməkdən” də çəkinmirlər. Rəis müavini Fəqan Mahmudovun məktubların hər birində “vətəndaşa məlumat verilməsini xahiş edirəm” müraciətinə Bakı şəhər prokurorunun müavini Fərid Nağıyev nə tədbir görmüş, nə də vətəndaşa cavab vermiş, bir sözlə vecinə də almamışdır. Sanki, belə bir vəzifədə fəaliyyət göstərən şəxs mövcud deyil. Sübut olaraq 210050957 saylı cinayət işi üzrə faktların bir qismini təqdim edirəm: 04.11.2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində AR CM-nin 178.3.2. maddəsi ilə cinyət işi başlanılaraq qanunauyğun qaydada istintaq hərəkətləri aparılmışdır. 10.11.2021-ci il tarixdə A.İsmayılov müstəntiq polis mayoru E.Köçəriyevin qərarı ilə “cinayət işi üzrə cərərçəkmiş şəxs” qismində tanınmış və ifadəsini aldıqdan sonra «Magna Trans» MMCin direktor müavini R.Xəlilovla üzləşdirmə istintaq hərəkətləri aparılmışdır və o, üzv olduğu mütəşəkkil bir dəstənin bütün cinayət əməllərini istintaqa tam etriaf etmişdir. 25.12.2021-ci il tarixdə direktor müavini R.Xəlilova cinayət işi üzrə CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və haqqında qəti imkan tədbiri seçilmişdir. 29.03.2022-ci il tarixdə - təqsirləndirilən şəxs R.Xəlilovun cinayət əməlləri CM-nin 179.3.2. maddəsinə tövsüf edilərək, cinayət işi aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Cinayət işi Sabunçu rayon prokurorluğunun icraatına daxil olan vaxtdan: 1) 19.05.2022-ci il tarixdə - müstəntiq Tural Mürsəlov cinayət işinin istintaqını CPM-nin 53.1.1. maddəsi ilə dayandırılması barədə qərar qəbul etmişdir və qərarı zərərçəkmiş şəxsdən gizlətmişdir. 04.07.2022-ci il tarixdə Baş Prokurorun birinci müavini Eıçin Məmmədov, müstəntiq Tural Mürsəlovun 19.05.2022-ci il tarix qərarını qanunsuz və əsassız olması səbəbinə ləğv etmiş və istintaq hərəkətlərini davam etdirmək göstərişini vermişdir. 2) 11.07.2022-ci il tarixdə - müstəntiq Tural Mürsəlov Baş Prokurorun birinci müavini Elçin Məmmədovun qərarını və göstərişini icra etmək əvəzinə, A.İsmayılovun “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” qərar vermişdir və bu qərarı zərərçəkmiş şəxsdən gizlətmişdir. 30.09.2022-ci il tarixdə, Sabunçu rayon Məhkəməsi 6(008)42/2022 saylı qərarla A.İsmayılovun şikayətini təmin edərək, onun “zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilməsi barədə” müstəntiq Tural Mürsəlovun 11.07.2022-ci il tarixli qərarını qanunsuz və əsassız olması səbəbinə ləğv etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün materialları prokurorluğa göndərmişdir. Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər. 3) 29.08.2022-ci il tarixdə müstəntiq Tural Mürsəlov “Magna Trans” MMC-nin direktor müavini R.Xəlilov barəsində “Təqsirləndirilən şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Qərarı zərərçəkmiş şəxsdən gizlətmişdir. 29.01.2024-cü il tarixdə 6(008)-2/2024 saylı və 09.02.2024-cü il tarixdə 6(008)-2/2024 saylı qərarlarla Sabunçu rayon Məhkəməsi A.İsmayılovun şikayətini təmin ermiş və müstəntiq Tural Mürsəlovun direktor müavini R.Xəlilov haqqında “cinayət işi üzrə icraata xitam verilməsi barədə” 29.08.2022-ci il tarixli qərarını qanunsuz və əsassız olması səbəbinə ləğv etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərmişdir. Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər. 4) 03.11.2022-ci il tarixdə, Sabunçu rayon Məhkəməsi 6(008)-47/2022 saylı qərarla A.İsmayılovun şikayətini təmin etmiş, onun R.Xəlilov və başqaları ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət müstəntiq Tural Mürsəlovun hərəkətsizliyini qanunsuz hesab etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları prokurorluğa göndərmişdir. Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər. 5) 20.07.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 6(103)-267/2023 saylı qərarında göstərmişdir ki, sitat: “A.İsmayılovun məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilsin. 210050957 nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun “cinayət işi üzrə icraatın dayandırılması” haqqında 02.03.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilsin. A.İsmayılovun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti AR CPM-nin 85.2.7., 220.2., 220.3. maddələrinin tələblərinin pozulmasına cəlb edilsin və bu tələblərin yerinə yetirilməsi təmin edilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.” Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər. Göstərdiklərim bir daha sübut edir ki, Sabunçu rayon prokuroru İbrahim Lənbəranski və müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev 2022, 2023 və 2024-cü illər ərzində verilmiş çoxsaylı məhkəmə qərarlarını qərəzli olaraq icra etməkdən imtina etmişlər. Azərbaycan Respublikasının Konstitusiyası tələb edir: - Məhkəmənin qərarları dövlətin adından çıxarılır və onların icrası məcburidir. (maddə 129.); - Azərbaycan Respublikasının Prokurorluğu qanunların icra olunmasına nəzarət edir (maddə 133.); Konstitusiyanın tələblərini qərəzli olarq icra etməyən prokurorlara nə ad verilməlidir? Məqsədlərini tam həyata keçirmək üçün prokuror İbrahim Lənbəranski cinayət işinə bir dəfəlik son qoymağı qərara alır və 26 dekabr 2023-cü il tarixdə 210050957 saylı cinayət işini müstəntiq Fuad Babayevin icraatına verir. İki gün ərzində cinayət işinin materiallarını “mükəmməl öyrənmiş” müstəntiq Fuad Babayev: - 29 dekabr 2023-cü il tarixdə A.İsmayılovun “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” qərar vermişdir; - 30 dekabr 2023-cü il tarixdə isə, CM-nin 39.1.1-ci maddəsinə əsasən “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar vermişdir. Müstəntiq Fuad Babayev hər iki qərarı zərərçəkmiş şəxs A.İsmayılovdan gizlətmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan cəmi iki nümunə gətirməklə, həmin sənədin hansı məqsədlə tərtib olunduğunu nəzərinizə çatdırıram: 1. Direktor M.Ağayevin ifaədsindən qərarda əks etdirilən və işin əsil mahiyyətinə aid olmayan mənasız, məzmunsuz, əlaqəsiz sözlər toplusunun hər bir sətri çoxsaylı suallar yaradır və saxtalıq olduğunu anlamaq üçün heç də xüsusi biliyə malik omağa da ehtiyac yoxdur; 2. Zərərçəkmiş şəxs kimi yeganə dəfə olaraq polisdə istintaqda dindirilmiş A.İsmaylov 3 il ərzində 120-dən çox sayda (sənədlər var) vəsatət, ərizə, şikayətlərlə bütün aidiyyəti prokurorlara müraciət edərək əlavə ifadəsinin alınmasını tələb etdiyi halda, nümunə üçün bircə dəfə olsun belə, nəinki dindirmək, onu heç prokurorluğun qapısından içəri buraxmayıblar. Lakin, polisdə istintaq aparılarkən təqsirkar şəxs kimi istintaqa cəlb edilən və haqqında qətimkan tədbiri seçilmiş direktor müavini R.Xəlilovun törətmiş olduqları cinayət əməllərini etiraf etmiş olduğu polisdə alınmış ifadəsini və zərərçəkmiş şəxslə üzləşmə ifadəsindəki sübutları gizləmək məqsədi ilə, prokurorluqda almış olduqları onun “əlavə ifadə”sindəki “bilmirəm, etməmişəm, xəbərim yoxdur” və sairə sözləri qərarda mötəbər sübutlar kimi qabardaraq ona vəkillik etməkdən çəkinməmişlər. Göstərdiyim qanun pozuntuları ilə bağlı, zərərçəkmişşəxs A.İsmayılov qanuni, əsaslı və ən başlıcası haqlı şikayətlərlə məhkəməyə müraciət edir və Sabunçu rayon Məhkəməsi onun bütün şikayətlərimi təmin edir: - 29.01.2024-cü il tarixdə 6(008)-2/2024 saylı və 09.02.2024-cü il tarixdə 6(008)-2/2024 saylı qərarlarla R.Xəlilov haqqında “cinayət işi üzrə icraata xitam verilməsi barədə” müstəntiq Tural Mürsəlovun 29.08.2022-ci il tarixli qərarını ləğv etmişdir. - 01.02.2024-cü il tarixdə 6(008)-14/2024 saylı qərarla “zərərçəkmiş şəxs qismində cinayət işində iştirakıma xitam verilməsi” barədə müstəntiq Fuad Babayevin 29 dekabr 2023-cü il tarixli qərarını ləğv etmişdir. - 13.02.2024-cü il tarixdə 6(008)-19/2024 saylı qərarla “cinayət işi üzrə icraata xitam verilməsi” barədə müstəntiq Fuad Babayevin 30 dekabr 2023-cü il tarixli qərarını ləğv etmişdir. Hörmətli Baş prokuror! Cinayət Məcəlləsinin cəmisi bircə maddəsi ilə istintaq edilən cinayət işi üzrə bu qədər kobud qanun pozuntularının olmasına dair məhkəmə qərarları olduğu halda. müstəntiqlə prokurorun haqqında Baş prokurorluğun Kollegiyasına müzakirəyə çıxarıb barələrində tədbir görmək əvəzinə, istintaqa nəzarət etməli olan prokurorlar məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsinə “karam, koram, dinmirəm” mövqeyini tutmuşlar. Yuxarıda göstərdiyim davamlı və kobud qanun pozuntularını törətmiş, zərərçəkmiş şəxsə qarşı açıq-aşkar qanunazidd hərəkətləri davam etdirən, məhkəmə aktlarını icra etməyən və tutduqları vəzifələrdən sui-istifadə əməllərini davam etdirən Baş prokurorluğun və tabeçiliyində olan Bakı şəhəri və Sabunçu rayon prokurorluqlarının aidiyyəti vəzifəli şəxslərinin himayədarlığı altında: - 210050957 saylı cinayət işinin bərbad hala salınmasına son qoyulmasının, - Sabunçu rayon prokuroru İbrahim Lənbəranski və müstəntiqləri tətəfindən çoxsaylı məhkəmə qərarlarının icra edilməsinin, - zərərçəkmiş şəxs A.İsmayılovun xüsusi əmlakı ilə bərabər, külli məbləğ miqdarda pul vəsaitini dövlət büdcəsindən gizlədilərək mənimsəmə cinayəti əməlləri törətmiş mütəşəkkil cinayətkar dəstənin, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasının təmin olunmasında köməklik edilməsini Sizdən xahiş edirik. Hörmətlə, İlqar Abbasov “Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin” baş direktoru
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53