Uşaq pulları ilə bağlı yeni xəbər
Müsahibə14 avqust 2019 12:31
Son zamanlar uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin ("uşaq pulu") bərpa edilməsi ilə bağlı müxtəlif fikirlər səslənib.
Hətta Milli Məclisin üzvləri də çıxışlarında dəfələrlə uşaq pulunun bərpa edilməsini zəruri hesab ediblər. Qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda "uşaq pulu” verilmir.
Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində sosial müavinət hazırda da mövcuddur. 18 yaşına qədər uşaqların dövlət tərəfindən təminatı Avropada mühim əhəmiyyət kəsb edir.
Qurumlarımız əksər hallarda beynəlxalq təcrübəni silah kimi əllərində saxlayırlar, lakin bu məsələyə heç də beynəlxalq yanaşa bilmirik, bir sözlə beynəlxalq təcrübə maraq dairəmizə daxil ola bilmir. Rusiyada "uşaq pulu” birdən-birə 50 rubldan 10 min rubla qədər artırıldı. 18 yaşına qədər də "uşaq pulu" verilir. İtaliya, Ukrayna, Belarus, Qazaxıstan, Avstraliya, Almaniya, Fransa, ABŞ, İsveç, Polşa, Yeni Zellandiya, Cənubi Koreya, əksər Mərkəzi və Şərqi Avropa ölkələrində və daha bir çox ölkələrdə "uşaq pulu" verilir...
Bu bir növ insan həyatına verilən dəyərin göstəricisidir. Əslində, uşaqlar müəyyən yaş həddinə çatana qədər "uşaq pulu"nun verilməsi bir baxımdan da zəruri haldır. Bunu zəruri edən səbəblərdən başlıcası isə bir sıra ailələrin aztəminatlı olmasıdır və aztəminatlı olan ailələrin onlar üçün nəzərdə tutulan sosial müavinəti ala bilməməsidir. Sosial müavinətlər aztəminatlı ailələr üçün nəzərdə tutulur, lakin buna baxmayaraq, bu gün yüzlərlə ailə haqqı olanı ala bilmir. Nəticədə maddi sıxıntılara görə ailədaxili problemlər yaranır. Uşaqlar üçün lazım olan qida, geyim və digər şeyləri valideynlər məhz maddi sıxıntıya görə ala bilmirlər. Yəqin ki, uşaq qidalarının digərləri ilə müqayisədə daha baha başa gəldiyi də məlumdur. Həmçinin onların sağlamlığına da qayğı göstərmək lazımdır ki, bunu da maliyyə hesabına etmək mümkündür. Buna görə də, ən azından uşaqların xərclərinin ödənməsi üçün "uşaq pulu"nun bərpa edilməsi vacibdir.
Bəs görəsən, Azərbaycanda "uşaq pulu" nə vaxt bərpa olunacaq?
"Cümhuriyət”ə açıqlama verən iqtisadçı Vüqar Bayramov təklif irəli sürüldükdən sonra beyin mərkəzi olaraq parlament üzvləri və bir sıra hökumət qurumları ilə məsələni müzakirə etdiklərini bildirib:"Uşaq pulunun bərpası ilə bağlı təkliflər paketi İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən hazırlanıb və Azərbaycan hökumətinə təqdim olunub. Biz bir neçə ay öncə "uşaq pulu"nun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm digər dövlət qurumları ilə məsələ müzakirə edildi. Məsələ parlament üzvləri arasında da müzakirə olunub. Parlamentdə ilkin olaraq 3 yaşına qədər "uşaq pulu”nun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən uşaq pulunun bərpası ilə bağlı vaxt göstərilmədi".
Ekspert 3 yaş qrupuna aid olan uşaqlar üçün 2.6 milyard manat vəsait lazım olduğunu qeyd edib. Bununla yanaşı büdcədən həmin vəsaitə qənaət etmə yollarını da göstərdiklərini diqqətə çatdırıb: "Biz isə "uşaq pulu”nun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox "uşaq pulu”nun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var.
İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir. Üçüncü mərhələyə 7-17 yaş arası olan uşaqlar daxildir. Bizim hesablamalarımız göstərir ki, bütün 17 yaşına qədər uşaqlara "uşaq pulu”nu vermək üçün 2.6 milyard manat vəsait tələb olunur. Biz eyni zamanda büdcədə həmin vəsaitə necə qənaət edilməsinə və həmin vəsaitin maliyyələşdirilməsi yollarını da göstərmişik. Ona görə də düşünürəm ki, uşaq pulu bərpa oluna bilər.
Demək olar ki, inkişaf etmiş ölkələrin hamısında uşaq pulu verilir. Fərqli mexanizmlər var. Məsələn, İtaliyada "uşaq pulu” ailənin gəlir səviyyəsinə uyğun verilir, daha çox gəliri olan ailələrə "uşaq pulu” verilmir. Bəzi ölkələrdə uşaqların sayına görə verilir. Birinci uşağa vəsait verilmir, ikincidən başlayaraq uşaqların sayı artdıqca "uşaq pulu”nun da məbləği artır. Əksər ölkələrdə əhalinin gəlirlərindən və uşaqların sayından asılı olmayaraq "uşaq pulu” verilir. Azərbaycanda da bunun üçün kifayət qədər maliyyə var”.
Vüqar Bayramov deyib ki, "uşaq pulu”nun bərpası üçün imkanlar var, son qərarı hökumət verməlidir: "Sosial paketin də təqdim olunduğunu nəzərə alsaq, "uşaq pulu”nun bərpasını mümkün hesab edirik. Amma bütün hallarda qərarı hökumət verir. Nəticəni bilmək üçün hökumətin rəsmi qərarı olmalıdır. Ümid edirik ki, yaxın vaxtlarda "uşaq pulu”nun bərpasını görə biləcəyik”.
Ekspert deyib ki, parlament üzvləri arasında məsələ ilə bağlı fərqli mövqelər var: "Bəziləri 3 yaşadək uşaqlara "uşaq pulu”nun verilməsinin tərəfdarıdır, bəziləri 17 yaşadək verilməsini müdafiə edir. Parlamentdə Fazil Mustafa tərəfindən bir neçə dəfə bu məsələ irəli sürülüb. 3 yaşınadək uşaqların sosial müavinətinin artırılması ilə bağlı açıqlamalar olub, amma bu parlamentin gündəliyinə daxil edilməyib. Bəzilərinin mövqeyi isə ondan ibarətdir ki, uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin mərhələli şəkildə verilməsinə ehtiyac var. Amma bu, onların hər birinin şəxsi mövqeyidir”.
Deputat Fazil Mustafa da "Cümhuriyət”ə açıqlamasında deyib ki, məsələ növbəti sesiyada təkrar müzakirəyə çıxarılacaq: "Parlamentin yanaşmasını izah etmək mənim üçün çətindir. Çünki parlamentdə mənim özüm də daxil olmaqla ayrı-ayrı millət vəkilləri tərəfindən məsələ gündəmə gətirilib. Amma bütövlükdə parlamentin münasibəti qərar şəklində olur və hələki bu qərar yoxdur. Biz çalışırıq ki, belə bir qərar qəbul olunsun. Hətta mən təklif vermişdim ki, ən azı altı yaşa qədər uşaqlar üçün tətbiq olunsun. Çünki "uşaq pulu”nun olması ailələrin sıxıntılarının azalması deməkdir.
Biz buna nail olsaq, ən azı bu uşaqların sağlam böyüməsi üçün ilkin addımı ata bilərik. Çünki çoxunun qida, müalicə, sağlamlıq problemi var. Ona görə də bu məsələlərdə problemə daha əhatəli yanaşmalıyıq. Bunu biz gündəmə vaxtaşırı gətiririk. Yəqin ki, növbəti sesiyada da məsələyə təkrar qayıdacağıq. Oktyabrda sesiya başlayacaq. Lakin qərarın nə vaxt qəbul olunacağını deyə bilmərəm”.
Oxşar xəbərlər
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
7 may 2024 08:55
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
Xəbər lenti
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
Video & Fotoqalereya
Video
Fotoqalereya