Eldar Həsənovun Türkiyədə spirtli içki biznesi
Maraqlı23 avqust 2019 09:47
Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun qohumları Türkiyədə spirtli içkilərin istehsalı ilə məşğul olan şirkətə sahibdirlər.
Bu haqda məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. O, bildirib ki, şirkəti Bəhruz Əsədbəyli, sabiq baş prokuror, Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib.
"2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir”.
27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib.
Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı itehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var.
İki il əvvələ qədər "Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından idi. Türkiye Sicili Gazetesinda yer alan məlumata görə, 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb.
Bu həmin Rabil Hüseynovdur ki, 2015-ci ildə Vergilər Nazirliyi onun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi. Rabil Hüseynovun ortaqlıqdan çəkilməsi çox güman ki, həmin ərəfədə digər oğlunun həbs edilməsi və başının üstünü qara buludların alması ilə bağlı idi.
Rags alkoqollu içkilər zavodu Kırklareli, Kızılcıkdere Organize Sanayi Bölgesi 2.-də 3,75 hektarlıq ərazidə fəaliyyət göstərir, istehsal təsisatlarının və anbarlarının ərazisi 1.41 hektardır.
Şirkət zavodun ərazisini genişləndirmək və istehsal gücünü artırmaq (illik 800.000 litr ağ şərab, illik 200.000 litr qırmızı şərab və illik 2.775.000 litr likör qablaşdırılması) niyyətilə bu yaxınlarda Türkiyənin rəsmi məqamlarına müraciət edib.
Zavod etil spirtindən alkoqollu içkilər qablaşdırmaqla yanaşı sərinləşdirici içkilər də istehsal edir. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır.
"Dostoyevski", "Rus yıldızı", "Russian Gold", "1934 Rags" araqları, "Destan" rakısı, "MONTBLANC", "Rags" likör və şərabları ən məşhurlarıdır.
Məlumatlara görə, Əkbər Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb. Əkbər Fərəcovun atası da Türkiyədə bizneslə məşğuldur və burada onun şirkətləri var.
Tekirdağdakı spirtli içkilər zavodunun Türkiyə bazarında realizasiyasını RAGS İÇECEK PAZARLAMA İTHALAT İHRACAT VE TİCARET ANONİM ŞİRKETİ həyata keçirir.
Hüquqi qeydiyyat ünvanı İstanbulun ÇOBANÇEŞME MAH. SANAYİ CAD. NİSH İST. NO:44 D-BL.K.5 D.59 olaraq qeyd esilən şirkətin təsisçiləri isə Eldar Həsənovun kürəkəni, həmçinin Bakı Şərab-2 ASC-nin Rabil Hüseynovun oğlu Qabil Hüseynovdur. Onun şəriki isə Bəhruz Əsədbəylidir.
RAGS İÇECEK PAZARLAMA İTHALAT İHRACAT VE TİCARET ANONİM ŞİRKETİ 12 iyun 2013-cü ildən fəaliyyətdədir.
Hələ 3 il əvvəl Balkanlarda və digər regionlarda mütəşəkkil cinayətkarlıq və korrupsiya halları üzrə araşdırmalar aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı jurnalist təşkilatı Eldar Həsənovun bir qrup şəxslə əlbir olaraq maliyyə maxinasiyaları, çirkli pulların yuyulması və bu kimi oxşar korrupsiya əməllərini törətmək məqsədilə ticarət və ya biznes pərdəsi altında fəaliyyət göstərən qurumlar yaratdığı barədə məlumat yaymışdı. Həmin şəxslərin sırasında Alev Balgi Kupredin, Ridvan Kupredin və Ruslan Vələdovun adları çəkilirdi.
Rumıniya-Azərbaycan Ticarət Palatasının sədr müavini Ruslan Vələdovun Rumıniyadakı şirkətləri ilə bağlı sənədlərdə RAGS spirtli içkilər zavodunun təsisçilərindən olan Bəhruz Əsədbəylinin iştirakı da təsdiq olunur.
Əslində Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərindən biri olan Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.
Əsədbəyli eyni zamanda Türkiyədə 2009-cu ildə təsis edilmiş daha bir şirkətin - İRON DANIŞMANLIK ENDÜSTRİYEL ÜRÜNLER SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ-nin təsisçilərindəndir.
Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. Maraqlıdır ki, Eldar Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verir.
Əsədbəyli Türkiyədə daha bir şirkətin ZENİTH CHEM KİMYA SANAYİ VE DIŞ TİCARET LTD şirkətinin və boya, yapışqan, təmizləyici maddələr kimi kimyəvi məhsullar istehsal edən fabrikə də rəhbərlik edir.
Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-dir. Bu şirkətdə Əsədbəylinin ortaqları qismində maraqlı adamların adı keçir.
Bunlar keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir.
Avtomobillərin kirayəsi və servisi ilə məşğul olan şirkət 2004-cü ildə 3 milyon lirə (o dövr üçün təxminən 2.1 milyon dollar) nizamnamə kapitalı və 41350 sicil nömrəsi ilə qeydiyyatdan keçirilib.
Qabil Hüseynov eyni zamanda Türkiyənin ÖZGÜL şirkətlər qrupunun idarə heyətinin üzvüdür. 2013-cü ilin yanvarında Eldar Həsənov hələ Rumıniyada səfir vəzifəsində çalışarkən şirkət bu ölkənin UPETROM GROUP-u ilə dənizaltı kabellərin çəkilməsi, eləcə də Türkiyədə neft və qaz axtarışları ilə bağlı müqavilə imzalayıb.
Yeri gəlmişkən, Upetrom şirkətlər qrupunun rəhbəri, neft milyarderi Qabriel Valentin Komanesku Eldar Həsənovun yaxın dostlarındandır. Onun sayəsində Komanesku Azərbaycanın Konstansa şəhərində fəxri konsulu təyin edilib. Sözügedən müqavilənin imzalanmasından cəmi iki ay sonra Eldar Həsənov Rumıniyadan uzaqlaşdırıldı, ondan iki il sonra isə, 2015-ci ilkn iyulun 23-də prezident İlham Əliyevin sərəncamı ilə Komanesku fəxri konsul vəzifəsindən azad olundu.
2018-ci il dekabrın 2-də Eldar Həsənovun kürəkəni Türkiyədə - İstanbul, Kadıköydə daha bir şirkəti - AGROAZ TARIM ANONİM ŞİRKETİ-ni qeydiyyatdan keçirib.
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Türkiyədə 11 vilayəti qadınlar idarə edəcək
6 aprel 2024 13:05
- Türkiyədə ən az səsi bu partiya topladı
2 aprel 2024 10:35
- Türkiyədə seçkidə dava - 1 ölü, 11 yaralı
31 mart 2024 17:54
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edildi
22 mart 2024 16:26
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- Bakı xəstəxanalarından oğurluq: Həkimlərin brilyant üzüyü, pulları, əl çantaları aparılıb
13 mart 2024 09:44
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya