Mixalkovun ermənilərlə bağlı filmi: Azərbaycanı nə gözləyir? (REJİSSORLAR)
Müsahibə29 yanvar 2020 15:22
"Nikita Mixalkovun belə bir film çəkməsi Rusiyanın müəyyən qədər mövqeyini dəyişdirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında kinorejissor, künoşünas Ayaz Salayev Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı çəkəcəyi filmdən bəhs edərkən deyib. Onun sözlərinə görə, sözügedən film tarixi layihə olacaq:
"Məsələdən xəbardaram. Bu, tarixi bir layihə olacaq. Açığı, bu mənim çoxdankı arzumdur. Layihə haqqında çoxdan xəbərdaram. Biz bu filmdən çox şey gözləyirik. Əgər Rusiya rejissoru Nikita Mixalkov bu filmi reallaşdırsa, ona Bakıda balaca bir heykəl də qoymaq olar. Nikita Mixalkov Rusiyanın ən nüfuzlu insanlarından biridir. Onun belə bir film çəkməsi Rusiyanın müəyyən qədər mövqeyini dəyişdirəcək. Bu, Rusiyanın bizə münasibətinin dəyişməyindən də xəbər verir. Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filminin çəkilməsi Nikita Mixalkovun çox cəsarətli bir addımıdır. Ona qibtə edirəm və çox arzulayıram ki, bu baş tutsun. Sadəcə, indi inamım yoxdur ki, o, bunu edə bilə. Əgər Nikita Mixalkov ermənilərin 150 il bundan öncə Qarabağa köçürülməsini göstərə bilsə, hamıya məlumdur ki, mən nə demək istədim”.
Bu tarixi layihə ilə əlaqədar Xalq yazıçısı, kinorejissor, ssenarist Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. Rüstəm İbrahimbəyov sualımızı sona kimi kimi dinlədi və "mənim danışmağa vaxtım yoxdur”,- deyə telefonu qapadı.
Rejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin də filmlə bağlı "fikri” belə oldu:
"Hazırda İncəsənət Universitetində imtahandayam. Burada uşaqların taleyi həll olunur, siz mənə Mixalkov deyirsiniz. Sonra danışarıq”.
Kinoşünas Aydın Kazımov Azərbaycan Mədəniyyət Nazirliyinin rusiyalı rejissorla layihəsinə başlamamışdan öncə görüşüb müzakirə aparmağı təklif edib:
"Əgər bu filmdə həqiqətlər əks olunsa, onun Azərbaycan tərəfinə çox böyük xeyri olar. Amma ermənilərin tərəfini tutsa, Azərbaycanın əksinə gedəcək. Bunu bilmək lazımdır. Hər halda Azərbaycanın məsuliyyətli oranları var - Mədəniyyət Nazirliyi, Azərbaycan Kinomotoqrafçılar İttifaqı var və bu qurumlar yəqin ki, sözügedən layihə ilə bağlı rejissorla əlaqə saxlayırlar. Onlar əvvəlcədən öyrənə bilərlər ki, filmdə nələr əks olunacaq. Mixalkov rus kinosunun tarixinin ən gözəl yaradıcılarından biridir. İstər tarixi, istər inqilabdan əvvəlki, istərsə də müasir dövr olsun onun filmlərində həyata real baxışlarla əksini tapıb. O, həm də aktyordur. İndi nizam tərəzisi itib, etibar elədiyin adam bir də baxırsan 160 dərəcə dəyişdi. Heç bilmirsən ki, bu adam niyə belə dəyişdi. Ona görə bu dəqiqə desək ki, Mixalkov filmdə hər seyi olduğu kimi verəcək, yalan olar. Çünki Moskvanın yarısı ermənilərdən ibarətdir. Bu da Moskvada yaşayır. "Mosfilm” studiyanın ən böyük direktoru ermənidir - Karen Şahnazarov. Mixalkov ona qarşı çıxacaq? Bundan ötrü hünər, kişilik, əqidə lazımdır. Öz əqidənə, peşənə sadiq qalıb real həyatı çəkəcəyin filmdə olduğu kimi göstərəsən. Ümid eləmək olmaz. Çünki sağ əlin sol ələ etibarı yoxdur. Lazımdır ki, Mixalkovla əvvəl görüşəsən. Əgər sabah film çəkiləndən sonra baxsaq ki, orada bizim əleyhimizə gedilib, istəyirsən lap yüz dənə bəyanat ver, yenə də faydasız olacaq. Onun filmi isə Azərbaycanın ziyanına işləyəcək”.
Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov mətbuata ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlaması barədə açıqlama verib. Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən "Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.
Rusiyalı kinorejissor filmin çəkilişlərinin Azərbaycanın Qarabağ bölgəsində və İranda çəkiləcəyini qeyd edib.
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya