“Diqlas”ın direktoruna Şok İttiham : “500 min dollarımı oğurlayıb” – VİDEO
Sahibkar Rübabə Vəliyeva “Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimova qarşı şok ittihamlar irəli sürüb. Bakupost.az-ın redaksiyasına gələrək A.Rəhimovu qanunsuz əməllərdə ittiham edən sahibkar qadın deyir ki, ticarət mərkəzinin rəhbəri ona 500 min dollarlıq ziyan vurub.
Qeyd edək ki, diqqətli oxucular Araz Rəhimov adını ötən ay yanıb külə dönən “Diqlas” Ticarət Mərkəzindən xatırlayır. Araz Rəhimov “Diqlas”la yanaşı, eyni zamanda “Lotos” TM-in də direktorudur.
Şikayətçi R.Vəliyeva deyir ki, 2010-cu ildən “Lotos” TM-də gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olub: “2015-ci ildə dolların bahalaşmasından sonra işlərim pisləşdi. Həmin vaxta qədər mağazanın icarə haqqında heç vaxt gecikmə yaşanmamışdı. Lakin işlərin zəifləməsindən sonra icarə haqqını bir neçə ay vaxtında verə bilmədim. Həmin dövrdə oğlum ağır xəstəliyə tutuldu. Əlimdəki pulu da onun əməliyyatına və müalicəsinə xərclədim. “Lotos”un rəhbəri Araz Rəvimovdan icarə haqqını ödəmək üçün vaxt istədim. O isə qapını plomplayıb mənə vaxt verdi. Təxminən bir həftə sonra icarə haqqını gətirdim. Gördüm ki, mağazamda təmizlik işləri aparılır. Mağazada 500 min dollarlıq malım var idi. Hamısı boşaldılmışdı. Araz Rəhimov mənə dedi ki, sənin mağazada heç nəyin olmayıb”.
Rübabə Vəliyevanın sözlərinə görə, onun malını özündən xəbərsiz yığıb satıblar: “Mənim cəmi 3260 manat icarə haqqı borcum var idi. Bu məbləğə görə, mağazamdakı 500 min dollarlıq malımı çıxarıb satıblar. Bu, özbaşınalıqdır, özgə malını mənimsəməkdir”.
Xanım sahibkar qeyd edir ki, daha sonra məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbulunda olub. M.Seyidov onu dinləyib və şikayətinin araşdırılması üçün Nizami rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmova tapşırıq verib. Polisin işə qarışmasından sonra R.Vəliyevanın mallarının bir qismi qonşu “Diqlas” TM-də tapılıb. Polis əməkdaşlarının müşaiyəti ilə R.Vəliyevanın başqa sahibkarlara satılmış malları aşkarlanıb, şəkilləri çəkilib: “Nofəl Məhərrəmovun tapşırığından sonra bir tədqiqatçı ilə getdik indi yanıb külə dönmüş “Diqlas” Ticarət Mərkəzində üç mağazada mənim mallarımı tapdıq, şəkillərini çəkdik. Ordakı sahibkarlar dedi ki, onlar geyimlərin kimin olduğunu bilmirlər, gətirib satıblar, onlar da alıb. Daha sonra getdik “Lotos”da boş mağazanı çəkdik. Müdiriyyət polisin qabağına çıxmadı. Bundan sonra N.Məhərrəmovun qəbulunda Araz Rəhimovla üzləşdik. O, polis rəisinin yanında mənə və rəisə söz verdi ki, məsələni həll edəcək. Demişdi, gedib mallarıma baxım, görüm nə çatışmır. Baxdım ki, mallarımın cəmi 10 faizini qaytarıb yerinə qoyublar. Mən də buna görə Araz Rəhimova razılaşmadım və mallarımın hamısını tələb elədim”.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41