Azərbaycan yazıçısının Livanda əsir düşməyi
İdman5 avqust 2020 23:59
Ataqam
1999-cu il. Beyrutda işlərimi yekunlaşdırmışam, Həmrada gəzişirəm. Livanda bir məbəd var - Bəəlbək məbədi. Dünyanın yeddi möcüzəsindən biridir.
Romalılar Yupiterin şəninə tikiblər. O məbəd Beyrutdan Dəməşqə tərəf iki satlıq yoldadır. Xariciləri ora buraxmırlar. Təhlükəli yerdir. Suriya əsgərlərinin nəzarətindədir.
Livana gələsən, Bəəlbəki görməyəsən?!
Taksi saxlayıram. Sürücü ingiliscə bilmir, mənim də ərəbcəm eləcə qəhvə almağa çatır. Əl-qolla danışırıq. İndi olmasın, 75 dollara aparıb-gətirməyi boynuna götürür. Kirimişcə gedirik. Darıxıram. Maqnitofona işarə eləyib musiqi qoymasını istəyirəm. "Lə”-"yox” cavab verir. Maqnitofonun altı audiokassetlə doludu. Deyirəm, ərəb müsiqisini xoşlayıram. "Lə” deyib durur.
Bekaa vadisinin girişində yan-yana iri nəzir qutusu qoyublar. Saxlayırıq. Gedib pul atır. Mən də düşürəm. Bəəlbəkin eşqinə qutuya 10 dollarlıq atıram. Taksi sürücüsünün gözü işıqlanır, mənə mehriban-mehriban baxır.
Yenidən taksidəyik. Sürücü kassetlərin birini götürür maqnitofonun ağzına aparır, mənə baxıb irişir:
- Musiği?
- Şafla getsin, - deyirəm.
Musiqi... Sözləri ikicə sətirdən ibarət:
"Lə İləhə illəllah, (ləhli-lülü) Hezbullah”.
Qaqaşın qarnının ağrısını indi anlayıram. Bura - Bekaa vadisi, Nəbatiyyə bölgəsi şiələrin məkanıdır, burda Hezbullah at oynadır. (Beyrutda şiə-sünni, müsəlman-xristian söhbəti eləyənləri qulaqlayıb zirzəmiyə atırlar.)
Bəəlbəkə az qalmış Suriya əsgərlərini görürük. Bizə mane olmurlar, keçib gedirik. Bəəlbək haqda təəssüratımı yazmıram, Allah sizə qismət eləsin, gedin, özünüz görün!
Qayıdırıq. Kepkamı gözümün üstünə basmışam ki, banan, xurma, zeytun plantasiyaları Bəəlbək təəssüratımı yaralamasın.
Maşın dayanır. Əliavtomatlı əsgər pəncərəni döyür:
Tapmacanın cavabı tapılır: demə, mən o 10 dolları Hezbullaha keçiribmişəm.
- Bassbort!
Pasportumu o tərəf-bu tərəfə çevirirlər, Firudin Şuşinski cəbrayıllılar haqda "bu xxx da təzə çıxdı?!” dediyi kimi məəttəl-məəttəl baxırlar.
- Yəhudi?
- "Yox” deyə bilən bütün orqanlarımla - dilimlə, əlimlə, başımla "yox”deyirəm.
- Yə-hu-diii, - ceyran ovlamış ovçu kimi içi gülür, qolumdan yapışıb maşından çıxardır.
Taksi sürücüsünə baxıram: büzüşüb, qorxudan sallaq qara bığları ağarıb.
Bir nəfər əlisilahlı qabağımca, biri də dalımca məni aparıb bir otağa salırlar. Pasportumu içəridəki uzunsaqqallıya verirlər.
- Yəhudi?! – adam da pasportumu vərəqləyib soruşur. Saqqalının uzunluğundan bu adamın əsgər olmadığını dərk eləyirəm. Güman ki, Hezbullahın "zampoliti"dir.
- Lə, muslim! – deyirəm, sonra da Azərbaycanın harda yerləşdiyini izah eləyirəm.
Üzündə "mənə nağıl oxuma” ifadəsi yaranır. Yavaşca əlavə eləyirəm: - Şiə.
Yenə inanmır. Vərəq götürüb nəsə yazır. "Ölüm əmrimi yazır”- düşünürəm. Özümdən asılı olmadan "Fatihə” surəsini oxuyuram. Əlini saxlayıb dinləyir. Dinmir. Vaxt qazanmaq üçün bir də oxuyuram; can zəhrimar şirin şeydir. Yenə dinmir. Hiss eləyirəm ki, "ölüm, ya olum” sualının cavabını fikirləşir. Ayrı surələri əzbər bilmədiyimdən, "Kəlmeyi-şəhadət”i oxuyuram və təsirli çıxsın deyə, "Əliyyən vəliyyullah”ı deyəndə Ağalar müəllim kimi səsimi titrədirəm.
Yenə kirimiş durduğunu görüb, əl atıb uşaq vaxtı gilas ağacından yıxılanda təpəmin ortasında yaranmış çapığı göstərib, Həzrəti Hüseyn yolunda başımı qəməltilədiyimi də çatdırmaq istəyirəm, amma yadıma düşür ki, çapığın üstünü tük basıb.
Bu vaxt bir əlisilahlı əsgər taksi sürücüsünü yanımıza gətirir, mənim saqqallı "müstəntiq”imin qulağına nəsə pıçıldayır. Taksi sürücüsünün mənə baxıb gülümsədiyini görürəm. Ürəklənirəm. Müstəntiq ayağa durub yanıma gəlir, "xalas!” deyib əlini kürəyimə vurur.
Bizi mehribanlıqla yola salırlar.
Yolboyu taksi sürücüsündən bizi niyə rahatlıqla buraxdıqlarını öyrənməyə cəhd eləyirəm, məlum məsələdir, alınmır.
Bekaa vadisinin çıxışındakı həmin nəzir qutularının yanında dayanırıq. Sürücü məni çəkib qutulardan birinin yanına aparır, qutunu göstərib "Hezbullah, Hezbullah” deyir.
Tapmacanın cavabı tapılır: demə, mən o 10 dolları Hezbullaha keçiribmişəm.
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya