Məmurlar İvanovkanı zəbt ediblər: Prezidentə müraciət – VİDEO
İsmayıllı rayonu, İvanovka kənd sakinləri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Rusiyanın ölkəmizdəki səfiri Boçarnikov Mixail Nikolayeviçə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət ünvanlayıblar.
Sakinlərin “BakuPost”a təqdim etdiyi yazılı və video müraciətdə bildirilir ki, kəndin əkinə yararlı torpaq sahələri və kolxoza məxsus yüzlərlə mal-qara 2-3 nəfər tərəfindən mənimsənilib. Hətta bu şəxslər suvarmada çətinlik çəkdikdə, əkinlərini İsmayıllı rayonunun yanğınsöndürmə maşınlarında daşıdıqları su ilə suvarırlar.
Həm yazılı, həm də video müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli cənab Prezident!
Hörmətli Birinci vitse-prezident Mehriban xanım!
Hörmətli səfir və dövlət numayəndələri!
Dövlətimizin rəhbərliyinin gördüyü işlər yüzillikləri hədəf götürmüş, tək Azərbaycan Respublikası üçün deyil, həmçinin ümumi region üçün görülmüş mühüm işlərdir. Nümayiş etdirilən konstruktiv siyasi bacarıqların nəticəsidir ki, Azərbaycan bu gün Şərqin tarixi, mədəni irsini özündə əks etdirən, bununla bərabər, müasir dünyanın bütün tələblərinə uyğun olan, dünyada makroiqtisadi göstəriciləri yüksək olan, möhtəşəm hərbi qüvvəyə malik və ən əsası daim inkişafda olan tolerant, qüdrətli bir dövlətə çevrilmişdir.
Sovet hökuməti dağıldıqdan sonra mərhum liderimiz Heydər Əliyevin dəstəyi və təkidi ilə ölkəni tərk etməkdən hamılıqla imtina edən İsmayıllı rayonunun İvanovka kəndinin rus milliyətli sakinləri Cənab Prezidentimiz İlham Əliyevin diqqətindən də heç bir zaman kənarda qalmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi razılığı ilə ölkədə saxlanılan yeganə kolxoz olan Nikitin adına kolxoz üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kolxozun 2009-cu ildə aldığı texnika və 96 baş iribuynuzlu heyvana görə olan 782.000 manat məbləğındə borcu ilə bağlı qayğıları da artıq geridə qalmışdır. Məhz dövlət başçımızın sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan olunduğu 2015-ci ildə İvanovka kəndinə məxsus borclar bütünlüklə silinmişdir.
Dövlətimizin verdiyi dəstəklər və göstərdiyi qayğılar bəzi dələduzluqla məşğul olan şəxslərin İvanovka kəndini, kəndin yüksək məhsuldarlı torpaqlarını, kolxoza məxsus heyvanları və texnikaları maraq dairəsinə çevirmişdir. 2019-cu ildə Nikitin Kolxozunun sədri Vasili İvanoviç Navaselcin kolxoza heç bir aidiyyatı olamayan Əliyev Vidadi Qəşəm oğlunu və Quliyev Tahir Mürşüd oğlunu İvanovkaya gətirərək Nikitin adına kolxozun 4000 hektardan çox əkin sahələrini kolxozun işçi və texnika qüvvələri hesabına əkib-becərmiş, hazırda becərilən məhsuldan yüksək gəlir əldə etməklə bütün gəliri mənimsəyirlər.
Artıq aylardır ki, İvanovka kolxozunda maaşlar verilmir, kolxozun sədri Vasili İvanoviçi ələ alan Əliyev Vidadi Qəşəm oğlu və Quliyev Tahir Mürşüd oğlu kolxozun torpaqlarını razılıq olmadan hədə-qorxu yolu ilə istifadə etməklə yanaşı, kolxoza məxsus yüzlərlə iri və xırda buynuzlu kənd təsərrüfatı heyvanlarını mənimsəmişlər.
Bu barədə dəfələrlə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına müraciət etsək də, qeyd olunan şəxslərin İcra Hakimiyyəti ilə olan yaxınlığı səbəbindən şikayətlərimizə baxılmamış, əksinə çiddi etiraz edən kolxoz üzvləri həbsə salınaraq digər sakinlərin susdurulmasına çalışılmışdır.
Bizlərə sonradan məlum olmuşdur ki, Əliyev Vidadi və Quliyev Tahir əvvəllər də dələduzluq və başqa cinayətlərdən həbsdə olmuş, hazırda da eyni əməllərə görə barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılmışdır.
Kolxozumuza bu günə qədər göstərilən dövlət qayğısı fonunda Əliyev Vidadi və Quliyev Tahir kimi dələduz şəxslərin və onları himayə edən icra strukturunun rəhbərlərinin əməlləri təkcə İvanovka kəndinin rus etnik qrupuna məxsus sakinlərinə qarşı deyil, həmçinin Azərbaycan dövlətinin siyasi iradəsinə zidd əməllər kimi qiymətləndirilməsini, bu çirkin əməllərin ciddi şəkildə araşdırılmasını və qeyd olunan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə lazimi tədbirlərin görülməsini Sizlərdən xahiş edirik”.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41