- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
Bəstəkarlar hamısı istəyirdilər ki, onların mahnısını Rübabə Muradova oxusun. O isə hər mahnını bəyənməzdi, səsinə düşəni, ürəyinə yatanı seçib oxuyardı. İndi o mahnıların hamısı Qızıl Fondda və Dövlət Səs Yazıları Arxivində saxlanılır...
Martın 22-də doğum günüdür görkəmli xanəndə Rübabə Muradovanın. İndi onunla həmyaşıd olan, səhnəni bölüşən, konsertlərini müşayiət edən sənət yoldaşları, səhnədə ifasını canlı izləyən tamaşaçılar çox deyil.
“Amma xanəndənin qeyri-adi, qəlblərə işləyən səsi Azərbaycan musiqisi yaşadıqca təkcə lent yazılarının deyil, xalqın yaddaşında yaşayır”, - deyə sənət yoldaşları onu xatırlayırlar.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Onlar sənətdə sözlərini deyib getdilər”
Görkəmli tarzən, Xalq artisti Vamiq Məmmədəliyev 1961-ci ildə Rübabə Muradovanın Opera və Balet Teatrında oynadığı “Leyli və Məcnun” operasının tamaşaçısı olub:
“Mən “Leyli və Məcnun” operasını zaldan böyük məhəbbətlə izlədim. Rübabə Muradova səhnədə Qulu Əsgərovla oynayırdı. O zaman Əbülfət Əliyevlə Sara Qədimova da bu operanı oynayan tərəf-müqabil kimi məşhur idilər. Həmin tamaşalar zamanı Opera Teatrı ağzına qədər dolu olurdu. Onlar bir neçə il bu tamaşanı eyni anşlaqla oynadılar. O zaman üç-dörd məşhur qadın xanəndə vardı. Onlar o dövrün ən yaxşı oxuyanları idilər. İndi o səslərdən yoxdur və bir daha olmayacaq. Onlar sənətdə sözlərini deyib getdilər...”
“Doldur piyaləmi Arazdan mənim”
Xalq artisti, mahir tar ifaçısı Ağasəlim Abdullayev xatırlayır:
“Rübabə xanımla 1969-cu ildə Baba Salahovun rəhbərlik etdiyi televiziya və radionun Xalq Çalğı Alətləri Ansamblında tanış olmuşam. O zaman məni həmin ansambla konsertmeyster kimi dəvət etmişdilər. Bizim məşqlərimizə çox müğənni gəlirdi. Onlardan biri də Baba Salahovun ən sevimli xanəndəsi Rübabə Muradova idi. Baba Salahov dünyasını dəyişəndən sonra da Rübabə Muradova ansamblı tərk etmədi. Baba müəllimin ölümündən sonra - 1981-ci ildə ansamblın bədii rəhbərliyi mənə həvalə edildi. Hazırda həmin ansambl Baba Salahovun adını daşıyır. Əvvəllər “Araz” ansamblı da adlanırdı. Baba müəllimdən sonra mən Rübabə xanımın bizim ansambla nə qədər sədaqətli olduğunun şahidi oldum. O, çox sədaqətli qadın idi. Mənim rəhbərliyim altında olanda da ansamblla çalışdı. Baba müəllimdən yeddi-səkkiz ay sonra Rübabə xanım da dünyasını dəyişdi”.
A.Abdullayev xanəndə ilə “Humayun” dəstgahını yazdığını xatırlayır:
“Hazırda həmin dəstgah Qızıl Fondda qorunur. Sonra da biz Rübabə xanımla bir çox mahnılar yazdıq. Bəstəkarlar hamısı istəyirdilər ki, onların mahnısını Rübabə Muradova oxusun. O isə hər mahnını bəyənməzdi, alardı, səsinə düşəni, ürəyinə yatanı oxuyardı. İndi o mahnıların hamısı Qızıl Fondda və Dövlət Səs yazıları Arxivində saxlanılır”.
Tarzən Rübabə xanımla el şənliklərinə getdiyini də xatırlayır:
“Münasibətimiz o qədər yaxşı idi ki, el şənliklərinə də birlikdə gedirdik. Bir dəfə Lənkərana toya getdik. Rübabə xanımın toyda oxumağa ehtiyacı yox idi, amma camaatın içərisində görünmək istəyirdi. İnanın, toyda stadionda olan qədər insan vardı. İnsanlar elə bil nümayişə gəlmişdilər. O zaman hər oxuyanı toylara aparmırdılar. Rübabə xanımın evində də çox məşq etmişik. Onunla radio üçün “Mirzə Hüseyn” segahını yazdıq. Rübabə xanımla qastrollara, konsertlərə getmişik. Həbsxanalarda konsertlər verirdik. O heç vaxt belə tədbirlərdən imtina etməzdi. “Dustaqlar üçün oxumaq savabdır” deyirdi”.
Tarzən Rübabə xanımın içindəki Ərdəbil nisgilini də yaxşı xatırlayır:
“Rübabə xanım əslən cənubi azərbaycanlı idi. Onun içində nisgil vardı. Muğam üstündə “Doldur piyaləmi Arazdan mənim”, - deyə oxuyur və gözləri dolurdu”.
A.Abdullayev xanəndənin milli Opera Teatrı tarixində zəngin irs qoyduğunu qeyd edib:
“Rübabə xanım “Leyli və Məcnun”u Qulu Əsgərovla, daha sonra Arif Babayevlə oynayıb. Onun bu operada tərəf-müqabilləri çox olub. Çünki o səhnəmizin əvəzolunmaz Leylisi idi”.
Tarzən Rübabə xanımın son günlərini də xatırlayır: “Rübabə xanım xəstələnəndə ona baş çəkməyə getdim. Beş saylı xəstəxanada yatırdı. Onu görəndə elə bil dilim tutuldu. Çox arıqlamışdı. Bir müddət sonra da dünyasını dəyişdi…”
O, “Humayun”u elə oxuyub ki…
”Heç bilməzdim, nə vaxtsa Rübabə xanım haqqında xatirə danışacağam”, - deyə Əməkdar artist Mirnazim Əsədullayev xatırlayır:
“Mən kamança ifaçısı Baba Salahovun ansamblına gələndə 1969-cu il idi. O vaxt Rübabə xanım da ansamblla məşq etməyə gəlirdi. Tanışlığımız ansamblda yarandı. Onunla ilk konsertim 1970-ci ilin may ayında oldu. Rübabə xanımla ən böyük işimiz “Humayun” dəstgahını yazmaq oldu. Əlibaba Məmmədov dedi ki, “Humayun”u indiyə qədər belə oxuyan olmayıb. O lent yazıları yadigar qaldı.... Rübabə xanım əlçatmaz sənətkar idi. Leylini onun kimi oynayan yox idi. Bir az kövrək insan idi. Əslən Ərdəbildən idi, elə bu həsrətlə də dünyadan köçdü. Sovet dövrü olduğu üçün getməyə qoymurdular. Onun səsində bu nisgil, bu yanğı həmişə hiss olunurdu. O vaxt “Qubanov” küçəsində (indiki Zivər bəy Əhmədbəyov) “Demokratların klubu” vardı, orada məşqlər edirdik. Məmməd Salmanov da əslən cənubi azərbaycanlı olduğu üçün ora gəlirdi. Biz hər il orada iranlıların gününü qeyd edirdik. Bəstəkar Bəxtiyar Kərimov da məşqlərə gəlirdi. Bir gün “Rübabə xanım üçün Şəhriyarın sözlərinə “Heydərbabaya salam” mahnısını yazmışam” dedi. Bu mahnını məşq etdik, gözəl də alındı. Rübabə xanım bütün konsertlərdə bu mahnını elə oxuyurdu ki, bütün zaldakılar ağlayırdı. Biz onunla qastrol səfərlərinə gedirdik. O vaxt rayonlarda “Məhsul bayramı” keçirilirdi. Camaat onu o qədər çox istəyirdi ki...”
İfaçı Rübabə xanımın xəstə olduğu günlərini kədərlə xatırlayır:
“Mən bir musiqiçi kimi yox, bir oğul kimi ona qulluq elədim. Bütün konsertlərdə onun yanında idim. Xəstələnəndə ona baş çəkməyə getdik. “Qoy ayağa durum, o qədər səs yazıları edəcəm ki, qoy xalımız üçün qalsın”, - dedi. Amma daha yataqdan qalxa bilmədi...”
- Fotoda Tağı Əhmədov...
19 may 2024 16:16
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 2024 23:22
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 2024 19:09
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 2024 18:09
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 2024 18:04
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 2024 17:47
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 2024 12:09
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 2024 12:27
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Fotoda Tağı Əhmədov...
19 may 16:14
- İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar
19 may 12:33
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18