Azərbaycanda yeni zavod açılır: “RUS AZERİ SPİRTS” zavodu Qusarda fəaliyyət göstərəcək (FOTOLAR)
Maqazin21 sentyabr 2019 10:04
"CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən "RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır. Zavod Qusar şəhərində yerləşir.
Bu barədə Qaynarinfo-ya "CARÇIOGLU GROUP” MMC-nin mətbuat katibi Səbinə Yusif məlumat verib.
İstehsal üçün mütəxəssislər Rusiya Federasiyasından - Tatarıstan respublikasının "Tatspirtprom” şirkətindən dəvət olunublar.
Rusiya Federasiyasında iki böyük zavodda araqlar gümüş və qızıl filtrlərdən süzülür. Azərbaycanda isə ilk olaraq "RUS AZERİ SPİRİTS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək.
Arağın istehsalı üçün yalnız ALFA tipli spirtdən istifadə olunacaq. Yeni və müasir 4 pilləli filtrlərdən istifadə olunacaq.
1. Yumşaldıcı filtrlər
2. Gümüş filtrlər
3. Acılığı götürən filtrlər
4. Qızıl filtrlər
Araq və spirtin analizləri üçün labaratoriya ən yeni və müasir tipli Qaz Xromotoqrafla təmin olunub.
İstifadə olunacaq su Qusar rayonu "Qarabulaq” bulağından götürüləсək. Sular yumşaldıcı filtlər və geriyə osmos üsulu ilə təmizlənəcək. Sular həmçinin bakteriya əleyhinə lampalardan keçiriləcək.
DÜNYA MARKALARI ARTIQ AZƏRBAYCANDA SATIŞA ÇIXARILACAQ
Ukrayna, Rusiya, Belarusiya və Avropanın bir neçə dövlətlərinin istehsal etdiyi araq markalarının Azərbaycanda ilk olaraq lisenziyalı istehsalına başlanılacaq. Dünya markaları artıq Azərbaycanda satışa çıxarılacaq. Əsas məqsədimiz ölkənin qeyri-neft sektorunun inkşafına xidmət etməkdir.
Zavodun özəlliklərindən biri də budur ki, eyni xarici məhsulları biz istehsal edirik və milyonlarla pul Azərbaycan büdcəsinə qalır. Qiymətlərimiz xarici bazarlardan alınan məhsullarla müqayisədə 30-40% aşağı olacaq. Bu da təbii ki, alıcıların cibinə uyğun olacaq. Texnologiya, texnoloq, qablaşdırma bütünlükdə xarici bazarlarda satışa çıxarılan araqlarla tam uyğundur. İstehsal zamanı həmin zavodların mütəxəssisləri məhsulların istehsal və qablaşdırmasında iştirak edəcəklər.
Lisenziyalı məhsullarımız: Tatspirtprom araqları "TUNDRA”, "Graf LEDOFF”, Rusiya araqları "KREMLİNKA”, "ВОЗДУХ”, İsveç arağı "TOVARITCH”.
Yeni lisenziyalı süzülən məhsullarımız: Rusiya araqları "AKDOV”, "РУССКАЯ ВАЛЮТА”, Tatspirtprom "Серебряная Гора”, Ukrayna araqları "PRIME”, "ЖИТНИK”, "ПЕРША ГИЛЬДИЯ”, "Rada”, "Celsius”, "BAYADERA”, Krım Алеф-Виналь "MARLIN”, "SOLOD”, Rusiya "BIONICA”. Bunlardan əlavə Sankt-Peterburq məhsulu "ЦАРСКАЯ” arağı istehsal olunacaq.
UKRAYNA, RUSİYA, BELARUSİYA ARAQLARI 30-40 FAİZ UCUZLAŞACAQ
"RUS AZERİ SPİRİTS” zavodu həmin araqları istehsal edib (Ukrayna, Rusiya, Pribaltika araqlarını) dünya bazarına satışa çıxaracaq. Məhsullarımız Bolqariya, Türkiyə, İraq və Orta Asiya ölkələrinə satışa çıxarılacaq. Həmin dövlətlərlə artıq müqavilələr bağlanılıb. Şirkətimiz istehsal etdiyi məhsullarla Azərbaycana idxal olunan araq məhsullarının 80 %-ni dayandıracaq. Bu isə bazarda Ukrayna, Rusiya, Belarusiya məhsullarının 30-40 % ucuzlaşması deməkdir. Keyfiyyətimiz isə Azərbaycana idxal olunan məhsullardan olduqca üstün olacaq.
Zavodumuz eyni zamanda yerli məhsullar da istehsal edəcək. "WHITE TIGER”, "WHITE BEAR”, "EXCLUSIVE” araqları həmin məhsullara daxildir.
"TEQUILA” içkiləri Meksikada istehsal olunur. Keçmiş Sovet ölkələrindən yeganə olaraq "TEQUILA” məhsullarının istehsalına Azərbaycanda "RUS AZERİ SPİRİTS” zavoduna icazə verilib. Zavod "TEQUILA”nın üç məhsulunu istehsal edəcək: "DILIGENCIAS”, "Sombrero”, "SENOR”.
Zavod birnövbəli çalışacaq. İşçilər yerli əhali olacaq. Bu da rayonlarda yeni iş yerlərinin açılmasına böyük töhvədir. Zavodun qonaq evi var. Qonaq evi hər bir şəraitlə təmin olunmuşdur. Yaxın gələcəkdə zavod yeni layihələrlə müştərilərinin xidmətində dayanacaq. Respublikada ən yeni pivə zavodu "RUS AZERİ SPİRİTS”in nəzdində inşa olunacaq. Həmçinin zavodun nəzdində mağazalar olacaq. İstehsal olunan məhsullar həmin mağazalarda satışa çıxarılacaq. Hal-hazırda bir mağaza zavodun girişində, bir mağaza Bakı şəhərində istifadəyə hazırdır. Bakı, Gəncə və digər şəhərlərdə mağazalarımızın açılışı nəzərdə tutulur.
Oktyabr ayının ortalarında zavodun möhtəşəm açılışı olacaq. Açılışda Rusiya, Ukrayna, Tatarıstan, Meksika səfirləri iştirak edəcəklər. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin məsul şəxsləri, yerli icra hakimiyyətləri, marketlər şəbəkələrinin nümayəndələri, tanınmış simalar və media nümayəndələri də açılışda iştirak edəcəklər.
"RUS AZERİ SPİRİTS” Azərbaycanda analoqu olmayan zavoddur. Yeni zavodlarımızın açılışı işsizliyin aradan qaldırılması deməkdir. Hədəfimiz keyfiyyəti yüksəltmək, qiymətləri endirməkdir.
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya