E.Mİ-BAKU MMC-də nələr baş verir ? Demirtaşların oyunu
Rusiya Federasiyasının vətəndaşı olan Kukova Kseniya Yevgenyevna Moskva Statistika və iqtisadiyyat institutunu bitirib. Azərbaycanlı ilə ailə quran xanım 2012-ci ildən Bakı şəhərində yaşayır. 2014-cü ildə bir qız övladları dünyaya gəlib.
Kseniya Kukova başına gələnləri NUH.az-a danışıb:
"Mən peşəkar manikür ustasıyam. 2016-17-ci illərdə Bakıda çalışdığım vaxt Azərbaycan və Türkiyə vətəndaşı olan azərbaycanlı Mələk xanım Dəmirtaş mənim müştərim olub. 2017-ci ilin yanvarında Mələk mənə təklif etdi ki, birgə biznes quraq. Ona bildirdim ki, mən bu sahənin peşəkarıyam, biznesi təşkil edə bilərəm, amma əlimdə lazım olan maliyyə vəsaiti yoxdur. Mələk Dəmirtaş mənə bildirdi ki, əri Maksud Dəmirtaş biznesmendir və lazım olan vəsaiti biznesə yatıra bilər. Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir biznesin ( tədris kursu, satış və xidmət ) qurulması üçün 100 min dollar vəsaitin lazım olduğunu bildirdim. Mələk dedi ki, problem yoxdur, ərim lazım olan vəsaiti qoyacaq".
Ksenya Kukova bildirir ki, 2017-ci ilin mart ayında Mələk məni Türkiyə və Azərbaycan vətəndaşı olan türk Maksud Dəmirtaşla tanış etdi:
"Mən Maksud bəyə quracağımız bizneslə bağlı ətraflı məlumat verdim, ideya onun xoşuna gəldi və razılıq verdi. Sonra birgə biznesin təşkilinə başladıq. Maqsud bəy hissə-hissə maliyyə xərclərini ödədi və 30 % -i mənə, 70 %-i Mələk Dəmirtaşa məxsus "E.Mİ-BAKU" MMC şirkətini yaratdıq. Şirkəti yaradarkən çəkilən xərclər ( təmir, avadanlıqların alınması və s ) şirkətin hüquqşünasının səhvindən tərtib edilən sənədlərə daxil edilməyib. Yəni hüquqşünas xərclənmiş pulları rəsmi qeyd etməyib. Şirkətin icraçı direktoru olaraq mənim imzaladığım sənədlər bilmədiyim azərbaycan dilində olub, şifahi olaraq rus dilinə tərcümə ediblər və mən onlara inanıb məzmundan xəbərim olmadan imzalamışam. Bir gün Maksud Dəmirtaş xanımı Mələk vasitəsilə mənə çatdırdı ki, xərclənmiş pulları rəsmi sənədləşdirmək lazımdır. Biz Xətai rayonu ərazisində olan notariusda görüşdük və 185 min manat olan sənədi imzaladım. Şifahi olaraq mənə tərcümə etdilər ki, mən icraçı direktor olaraq Maksud Dəmirtaşın birgə biznesə qoyduğu 185 min manat vəsaiti təsdiq edirəm. Sonra işimizi davam etdirdik".
Ksenya Kukova sonra qeyd edir ki, 2018-ci ildə Mələk mənimlə mübahisə etməyə, icraçı direktor olaraq verdiyim qərarların əleyhinə getməyə başladı:
"Biz beynəlxalq şirkətin distrübütörü olduğumuz üçün razılaşmaya əsasən müəyyən tələbləri mütləq yerinə yetirməliyik. Mən icraçı direktor olaraq Mələyə izah edirdim ki, şirkətin kosmetika satış şöbəsi distrübütör razılaşmasını pozur və razılaşmaya riayət etmir. Və Mələyə dedim ki, Maksud bəyə desin ki, satış şöbəsinin işini düzgün qurmaq lazımdır, sonra problem olacaq. Mələk mənə dedi ki, Maqsud deyir ki, necə işləmisiniz elə də davam edin".
2018-ci ilin avqustunda icraçı direktor Kseniya Kukova, Mələk Demirtaş və şirkətin əməkdaşı İrina Zeynalova Soçi şəhərində E.Mİ şirkətinin təşkil etdiyi beynəlxalq konfransa gedir. Konfransda E.Mİ şirkətinin bütün ölkələrdəki nümayəndələri iştirak edir. Kukova NUH.az-a bildirib ki, E.Mİ beynəlxalq şirkətinin baş direktoru Vera Mireşniçenko bizə dedi ki:
" Siz distrübütör qaydalarını pozursunuz, qaydalara riayət etmirsiniz, satış şöbəniz çox pis işləyir, gələcəkdə müflis ola bilərsiniz. Biz nümayəndəliyi başqasına verməyə məcbur olacağıq. Ya işinizdə dönüş yaradın, ya da özümüz Azərbaycanda satışla məşğul olacağıq".
Kukova qeyd edir ki, bundan sonra Mələk məni günahlandırmağa başladı ki, Vera Mireşniçenko bizim şirkəti geri almaq istəyir: "O gündən başlayaraq Mələk mənimlə mübahisə etməyə, icraçı direktor olaraq qəbul etdiyim qərarlarıın əleyhinə olmağa başladı. Və ərinə dedi ki, Ksenya ilə bütün hüquqi əlaqələri kəsmək lazımdır. Maksud bəy isə mənim şirkətdən getməyimin tam əleyhinə olub. O başa düşüb ki, şirkətin bütün idarəçiliyi mənimlə bağlıdır. Bundan sonra Mələk içəridə intriqaya başladı, işçiləri mənim əleyhimə qaldırdı, öz rəfiqələrinə mənimlə bağlı xoşagəlməz fikirlər söylədi, kollektivdə konflikt mühiti yaratdı, mənim rəhbər olaraq nüfuzumu aşağı salmağa çalışdı.
Və Mələk öz doğma bacısı Günay Əliyevanı öyrətdi ki, məni məhkəməyə versin. Guya mən Günayı manikür etmişəm və onun səhhətində problem yaranıb. Buna görə məndən 20 min manat təzminat istəyir. Üş dəfə Səbail məhkəməsində iclas olsa da Günay məhkəməyə gəlmədi və iş baxılmadan bağlandı".
2018-ci ilin oktyabrında Kseniya Kukovanın evinin həyətində onun şəxsi avtomobilimin şüşələri sındırılıb. İşdə isə konflikt davam edib. 2019-cu ilin fevralında Kukova bezərək işdən getməklə bağlı ərizə yazıb:
"Mələk bütün hərəkətləri ilə məni məcbur edirdi ki, işdən gedim. 1 mart 2019-cu il tarixdə rəsmi olaraq işdən çıxdım. Ancaq şirkətdə mənim 30 %-lik payım qalırdı. 2019-cu ilin mayında şirkətdəki mənə məxsu əşyaları yığıb getdim. Onda Mələk mənə vaxtilə imzaladığım sənədi uzatdı ki, guya mənim ona 185 min manat borcum var. Mən təcili olaraq vəkil və tərcüməçi çağırıb sənədlə tanış oldum. Guya mənim Maksuda 185 min manat borcum var. Mən vəkilə müraciət etdim ki, həmin sənədin və borcun saxta olması ilə bağlı məhkəməyə müraciət etsin. 2019-cu ilin iyun ayında Yasamal məhkəməsi işə baxaraq Maksud Dəmirtaşın xeyrinə qərar qəbul etdi. 2019-cu ilin sentyabr ayında mən başqa vəkillə Apelyasiya məhkəməsinə müraciət edərək məhkəməyə lazım olan sübut və dəlilləri təqdim etdim. Mən bildirdim ki, mən heç kimin əlindən birbaşa şəxsi məqsədim üçün pul almamışam, həmin pullar şirkətə xərclənib. Nəhayət 16 oktyabr 2019-cu il tarixdə Apelyasiya məhkəməsi mənim iddiamı təmin etdi. İndi isə yeni problem ortaya çıxıb. Məni rəsmi olaraq 30 % payçısı olduğum "E.Mİ-BAKU" şirkətinə buraxmırlar. Şirkətlə bağlı rəsmi sənədləri, hesabatları mənə təqdim etmirlər və şirkətin gəlirlərindən mənə pul ödənilmir".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Bakıda yeni yolun üstünlükləri nələr olacaq? (TƏFƏRRÜAT)
7 aprel 2024 19:21
- Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...
4 aprel 2024 16:36
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31