Qoşqar Təhməzlinin bacısı oğlu meydan sulayır... - İDDİA
Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən yeni narazılıqlar var.
Azinforum.az-ın əldə etdiyi məlumata görə,
bugünlərdə Mehriban Bağırova 10-a yaxın laborantı heç bir ciddi səbəb olmadan tutduqları vəzifədən azad edib. Müqavilərinə xitam verilən laborantları gözlənilmədən çağrıb ki, gəlib işdən azad olunmaları ilə bağlı əmrlərinin sürətini götürsünlər. Əsasız yerə kütləvi şəkildə işdən azad edilən laborantlar bunun səbəbi ilə maraqlandıqda isə Mehriban Bağırova bildirib ki, bunun səbəbini onun müdiri olan Xalid Bayramlıdan soruşsunlar, çünki həmin adamın göstərişini icra edib. Xalid Bayramlının Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bacısı oğlu olduğu bildirilir. İşdən kütləvi şəkildə çıxarılan adamlar Xalid Bayramlının qəbuluna düşə bilmirlər. Onların sözlərinə görə, buna da Mehriban Bağırova mane olur: “Əvvəlcədən Xalid müəllimə deyir ki, biz işdən niyə çıxarıldığımızın səbəbini soruşmağa gəlmişik. Xalid müəllim də aşağıdakı mühafizə xidmətinə tapşırır ki, bizi qəbula buraxmasınlar. Hər dəfə bir bəhanə ilə bizi qəbul etmir. Gah deyillər yanında çəkiliş var, gah deyillər xarici qonaqlar var. Yəni müxtəlif bəhanələrlə bizi qəbul etməkdən yayınır. Biz artıq düşdüyümüz vəziyyətdən bezmişik. Sizdən xahiş edirik ki, səsimizi daha yuxarı instansiyalara çatdırasınız. Biz ailəmizi nə ilə dolandırmalıyıq? Axı bu şəkildə adamı işdən çıxarmırlar. Qoy bizə bunun səbəbini əsasladırsınlar. Bura dövlət qurumudur, işə qəbul da, işdən çıxarılma da, qanun əsaslarla tənzimlənməlidir”.
Qeyd edək ki, qurumun rəsmi saytında Xalid Bayramlının adı Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi kimi qeyd edilir. Çox maraqlıdır, bu vəzifənin kadrların işdən çıxarılması ilə hansı əlaqəsi ola bilər? Bəlkə Mehriban Bağırova məqsədli şəkildə həmin şəxsin adını hallandır? Bu suallara da cavab tapmağa çalışacayıq.
Yazıda adları çəkilən şəxslərin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı. Onların da fikirlərinə yer verməyə hazırıq.
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
