İcra başçısı maaşı ilə necə milyonçu olmaq olar?
Məmur olmaq asan iş deyil. Təkcə, bilik və bacarıq, və ya xüsusi istedad tələb etmir. Həm də cəsarət, nəfsə sahib olmaq, xalqın malına xor baxmamağı da tələb edir. Di gəl, Azərbaycanda məmurlar nə nəfslərinə sahib çıxa bilir, nə xüsusi istedada sahibdirlər, nə də xalqın malına xor baxmaqdan çəkinirlər. Əksinə, əllərinə imkan düşən kimi, bütün bunları bir kənara qoyub, daha çox qazanmaq üçün yarışa başlayırlar.
Sumqayıt Azərbaycanın ən gənc şəhərlərindən biridir. 70 yaşı yenicə olub. Amma sovet dönəmindən etibarən həmişə sənaye şəhəri olaraq tanınıb. Bir zamanlar, SSRİ-nin az sayda kimya sənayesinə sahib şəhərlərindən biri idi. İndi həmin sənayedən əsər-əlamət qalmasa da, başqa mətləblərdən kifayət qədər əsərlər var.
Ya vəlvələdən, ya zəlzələdən Sumqayıt camaatının icra başçısından bəxti gətirməyib. Nə hikmətdirsə, bu şəhərə mer təyin olunanlar qısa müddətdən sonra ya bazar davasına çıxır, ya da dükanların sökülüb, yenidən tikilməsini həyata keçirməklə pul qazanırlar. Şəhərdə elə də torpaq sahəsi olmadığı üçün həmin “biznes” bir o qədər təşəkkül tapmayıb.
Şəhərin hələlik sonuncu meri Zakir Fərəcovdur. Uzun müddətdir Ssumqayıta başçılıq edir. Özü də necə? Adı elə qalmaqallarda hallanır ki, bunu bir məmura yaraşdırmaq ayıbdır. Keçmiş baş prokuror Eldar Həsənovla Balkanlardakı şərikliyi araq istehsalına bağlıdır. Qardaşının Türkiyədə pulunu “atdıq”larından prezident Ərdoğana müraciət belə yazıb. Amma bu hələ sıradan hadisələrdir.
Zakir Fərəcov o icra başçılarındandır ki, Goradildə özünə qəsəbə salıb, qapısına da şlaqbaum qoydurub ki, yad adamlar girə bilməsin. Elə camaat arasında həmin məhəlləyə “Zakir qəsəbəsi” deyirlər. Bütün qohum-əqrabasını da başına yığıb, məmurluğunun keyfini çəkir.
Amma Fərəcov təkcə, özü üçün tikmir. Həm də hörmət etdiyi, hətta şərik olduğu adamlar üçün də unikal binalar inşa etdirir. Məsələn, onun sabiq MTN şefi Eldar Mahmudov üçün Goradildə inşa etdirdiyi villa general papağının formasındadır. Bunu xeyli əvvəl mətbuat da yazmışdı. Sadəcə, xatırlatdım ki, məsələ bir qədər də aydın təsvir olunsun.
Məgər birdirmi, ikidirmi. Sayırsan bitmir. Sumqayıtın icra başçısı o qədər geniş manevrlərə malikdir ki, hətta bütün şəhərin ən gəlirli yerləri onun özünə və ya yaxınlarına məxsusdur. Dəniz kənarında restorandan tutmuş, inşaat şirkətinə qədər bütün sahələrdə əli var.
Bu yaxınlarda “Nəqliyyat” MMC-nin rəhbərinin ölkədən qaçmasını hamı yazmışdı. Deyilənlərə görə, 5 milyon manatdan bir qədər çox pul aparıb özüylə. Xanı adlı həmin şəxsin kimliyi isə elə də qəribə deyil. Çünki Zakir Fərəcovun bacısının həyat yoldaşıdır.
Və ya, Sumqayıtın abadlıq və quruculuq işlərini həyata keçirmiş şirkət və onun 426 nəfər işçilərinə 8 milyon manat pulun verilməməsi qalmaqalı bu gün də davam edir. Şəhərin Dənizkənarı Bulvarını inşa etmiş, giriş hissənin təmir edərək, gözəgəlimli edən bir şirkət və orada fəhləlik etmiş yüzlərlə insanın haqqının mənimsənilməsinin adı nədir? Axı, onlar ona görə işləyirlər ki, ailələrinə çörək aparsınlar. Evinə çörək aparan birinin haqqını verməmək, müxtəlif bəhaələr gətirib boyun qaçırmaq məmurluqdurmu? Oonsuz da həmin insanların başqa qazanc yerləri yoxdur. Onlar Zakir Fərəcov kimi, qaz vurub, qazan doldura bilmirlər. Vəzifədə olan qohumları da yoxdur ki, dar günlərində əllərindən tutsunlar. İnsaf yaxşı şeydi. Pul qazanmaq yaxşı şeydi. Amma vicdanla, doğru-düzgün qazanasan.
Zakir Fərəcov elə icra başçılarındandır ki, dövlət başçısı müşavirədə “Sahibkarlardan pul yığırlar abadlıq işləri adı altında. Belələrini cəzalandıracağıq. Belə abadlıq bizə lazım deyil” dediyi halda, Sumqayıtın icra başçısı görülən işlər üçün yenə sahibkarlardan pul yığdırır.
Bu azmış kimi, borclu olduğu iş adamlarına, fəhlələrə deyir ki, əgər borcun ümumi məbləğinin 30 faizini ona verməsələr, həmin pulu nəinki qaytarmayacaq, hətta onları polisə verib, həbs etdirəcək.
Siz deyin, bunun adı nədir? Saymamazlıq? Yoxsa, arxayınçılıq? Kimə? Bu ölkədə vəzifə baxımından prezidentdən üstün kimsə varmı? Bildiyim qədər yoxdur. Əgər bir icra başçısı onu ora təyin edən şəxsin dediklərinə əhəmiyyət verməyib, onun tənqid etdiyi işi davam etdirirsə, artıq buna nə ad vermək lazım gəldiyini deməyə gərək qalmır.
Bütün bunların fonunda, sual meydana çıxır. Əcəba, Zakir Fərəcov bu qədər pulu necə qazanıb? Geniş izahat verməyə gərək yoxdur. Fərəcov aldığı icra başçısı maaşı ilə heç öz ailəsini doğru-düzgün dolandıra bilməz. Amma bu maaş nə hikmətdirsə, ona məhəllə salmağa, villa tikdirməyə, bahalı maşın almağa, torpaq sahələri ələ keçirməyə kifayət edir. Aydın məsələdir ki, icra başçısı bütün bunları aldığı maaşla deyil, həmin yetim fəhlənin haqqını yeməklə, sahibkara pul verməsin deyə həbs etdirməklə, qohumlarını gəlirli işlərin başına keçirməklə, büdcənin pullarını öz vəsaitləri kimi xərcləməklə, iş adamlarından xərac toplamaqla əldə edir.
Məsələnin mahiyyəti budur. Yəni, Zakir Fərəcovun etdiyi əməllərin araşdırılması lazımdır. Və aydınlaşdırılmalıdır ki, bunca insanı niyə narazı salıb. “Bunca pul onda hardandır” sualına cavab verilməlidir. Belələrinin qarşısını almadan ölkədə heç nə qurmaq mümkün deyil. İki icra başçısının həbs edilməsi Zakir Fərəcov kimi adamlar üçün dərs deyilsə, ibrətlik məsələ sayılmırsa, deməli, daha sərt tədbirlərin görülməsi zərurəti var. Və ya Nizaməddin Quliyev kimi məmurların həbsi davam etməlidir. Ta o vaxta kimi ki, yeni gələn, köhnədən olan məmurlar öz üzərinə düşənləri etsinlər.
Bəs, tədbir görüləcəkmi? Bunu birmənalı demək mümkün deyil. Amma son gedişatdan anlaşılan odur ki, nəniki Zakir Fərəcov, bu işlə məşğul olan heç bir icra başçısı amanda deyil. İki icra başçısının həbsi, görülən bir çox işlər təsdiq edir ki, hər şeyin öz vaxtı var. Yəni, sıra Sumqayıtın icra başçısına da çatacaq. Ümid edək və inananaq. Təki, ədalət zəfər çalsın, insanların haqqı tapdanmasın.
Fərda Uğur
P.S. Yazıda qeyd olunan fikirlər müəllifin şəxsi mövqeyidir və redaksiyamız bu fikirlərə görə, məsuliyyət daşımır.
anaxeber.info
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31