Xruşovla kraliçanı dost edən Qarabağ atları
Ermənilər bu dəfə Azərbaycan xalqına məxsus Qarabağ atlarını özününküləşdirir. Bunun üçün işğal altındakı Xocalının Muxtar kəndində yeni atçılıq mərkəzi yaradıblar.
Hətta mərkəzdə Qarabağ atlarının sayının artırılması və sonradan xaricə satılması da planlaşdırılır.
Beynəlxalq aləmdə Qarabağ atları necə qorunur ?
Məsələ ilə bağlı 4-cü nəsil atçı, məşqçi Sərxan Tağıyev Modern.az-a danışıb:
“Ermənilər heç bir zaman deyə bilməz ki, Qarabağ atları bizimdir. Çünki onların 4 min illik bir tarixçəsi var. Qarabağ atlarına bənzər atlar var, amma bu o demək deyil ki bu Qarabağ atıdır. Ermənilər sadəcə bu barədə boş bir informasiya yayırlar. Düşünürəm ki, onlar məhz bunu ərazinin adından istifadə edərək, adlandırıblar. Qarabağ atları satılmır ki, ermənilər də bu atlara sahib çıxsınlar.Ölkədə də bu istiqamətdə yetəri qədər tədbirlər görürülür. Beynəlxalq aləmdə hər kəs Qarabağ atlarının Azərbaycana məxsus olduğunu bilir. Çünki zaman-zaman bu atların tanıdılması üçün tədbirlər təşkil olunub. Yəni onların Qarabağ atlarını özünüküləşdirməyə ixtiyarları çatmaz, bununla bağlı Azərbaycan tərəfi dərhal öz mövqeyini beynəlxalq aləmdə bildirər. Çünki o zaman Qarabağ müharibəsi vaxtı Ağdamda olan zavodda bir baş belə də olsa, Qarabağ atı qalmadı. Hamısı çıxarılaraq birbaşa Bakıya Cıdır meydanına gətirildi. Ola bilər ki, kəndlərdə qarşıq at növləri qalsın. Ancaq Qarabağ atı təmiz cinsdir və həqiqiliyinin yoxlanılması üçün onların özünün pasportu və nəsil şəcərəsi olmalıdır”.
Sərxan Tağıyev söhbət zamanı Ağdamda Qarabağ atları üçün xüsusi bir zavodun tikildiyini də vurğulayıb:
“1949-cu ildə babam Cəlal Tağıyev və 4 nəfər yerli mütəxxəsis Ağdam Atçılıq Zavadonu yaradıblar. Çünki Qarabağ atlarını dünyaya tanıtdırmaqdan ötrü mütləq idi ki, hər bir at pasportlaşsın. Məhz bu səbəbdən də zavodun tikilməsi vacib bir faktor idi. Bir məqamı söyləyim ki, dünya üzrə Azərbaycanın iki cins atı daha çox tanınır. Bunlardan biri, Qarbağ atıdır, digəri isə Qazax rayonunda yetişdirilən Dilbaz atlarıdır. Qarabağ sözü bizim yaralı yerimiz olduğundan ona görə ən çox Qarabağ atlarının adı çəkilir. Dünyada da bu cins atlar artıq öz sözünü demiş atlardır. O zaman sovet hökuməti, yəni Xruşov hakimiyyətə gələndə, Avropa ilə yaxınlaşmaq istəyir. Belə qərara gəlirlər ki, ilk olaraq İngiltərə dövləti ilə münasibət qursunlar. İngiltərə kraliçası da atları çox sevirmiş. Xəbər verilib ki, Azərbaycanda qeyri-adi at cinsi var ki, onu kraliça görsə valeh olacaq. Xruşovun təkidi ilə böyük bir briqada, Azərbaycana gəlir və birbaşa Ağdama yollanırlar. Nəhayət ki, oradan Zaman adlı atı seçirlər. 1956-cı ildə babam Əli Tağıyev həmin atla Londona yola düşür və sovet höküməti adından bu at II Yelizavetaya təqdim edilir. Hətta Zamanın Londonda ingilis atı ilə cütləşmədə Jasmin adlı balası doğulur. Kraliça II Yelizaveta at belində şəkil çəkdirərək, babama göndərir".
Qarabağ atlarının əsas özəlliyi...
“Əslində Qarabağ atları yeganə at cinsidir ki, qızılı kürən rəngdə olur. Bu atlar Qafqaz cinsi olduğundan günəşi daha çox sevirlər. Günəşin altında qızıl kimi parıldayırlar. Qarabağ atlarının boyu o qədər də hündür olmur. Boyu başının hündürlüyündən yox, belinə, yəni yəhər qoyulan hissədən ölçülür. Boylarının hündürlüyü 1,40-dan başlayaraq, 1,55-ə kimi dəyişir. Çox dözümlü cinslərdən hesab olunur. Çox nadir ola bilər ki, 100 baş atdan biri səməndi rəng olsun. Alınlarında və ayaqlarında ağ rəngli ləkələr olur. Bellərinin ortasında qara rəng kəmər gedir. Ümumi görünüşə diqqət yeirsək ideal bədən quruluşuna malik at cinslərindən biridir. Bu atlar insanla tez uyğunlaşır, dost olmağa meyillidirlər”.
4-cü nəsil atçı Qarabağ atlarının yarışlarda ,digər atlarla müqayisədə sürətli olmadığını da söyləyib:
“Çox sürətə malik deyillər, özlərinə məxsus sürət hədləri var. Məsələn, dünyada ən sürətli at növü ingilis atı hesab olunur. Tutaq ki, ingilis atı yarışda 1000 metr məsafəni 58 saniyə və uzaqbaşı 1 dəqiqə 3 saniyəyə qaçır. Ancaq Qarabağ atı 1 dəqiqə 18 saniyəyə qaçır. Qarabağ atları ola bilər ki, dövlətin zavodunda satılmasın. Ancaq sahibkarlar öz aralarında satırlar. Əslində gözəl bir təşəbbüs olar ki, bu atlar yerli sahibkarlar arasında daha çox satılsın. Ən sadə Qarabağ atının qiyməti 50-100 mindən başlayır. Ancaq bildirim ki, atın konkret rəsmi qiyməti olmur. Bu atlar o qədər gözəl görünüşə malikdirlər ki, inandırım sizi bəlkə də ona 1 milyon da versən az olar”.
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05