Mən nazir Sahil Babayevi tərifləmirdim
Hətta ciddi insanlar belə yeni kadrlara qarşı inamsızdırlar
Səbəb…
Sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev haqqında müsbət xarakterli bir status yazdım. Əslində bu status son illər təyin edilən bütün gənc nazirlərin fəailiyyətinə ümumiləşdirilmiş bir baxış idi. Sadəcə son günlər yardım məsələsinə görə ictimai hədəfə çevrilən nazir Sahil Babayevi müsbət mənada dəyərləndirdim. Fikrimcə obyektiv qiymətləndirmə apardım.
Status təqribən bu cürdür. (Təbii ki, statusa bəzi düzəlişlər etmişəm.)
Telejurnalist Şöhrət Əli.
Son 2 ay ərzində, yəni Koronovirus pandemiyası ortaya çıxandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü işlər sosial şəbəkələrdə ciddi müzakirə edilir. Əksər müzakirələrdə bu nazirlik yarıtmaz bir obrazda təqdim olunur. Və görülən işləri dibindən baltalamaq kimi mövqe sərgilənir. Bəzilər hətta Sahil Babayevin istefasını tələb edir. Mənim fikrimcə bu düzgün yanaşma deyil. Təbii ki, nazirliklə bağlı ciddi narazalıqlar var və gələcəkdə də olacaq. Çünki bu dönəmdə görülən işlərin miqyası çox genişdir. İnsanların sayı milyonlarladır. Ortada texniki və insan faktoru var. İstər-istəməz problemlər yaranır. Təbii ki, biz bu problemləri, nöqsanları görüb deməliyik ki, düzəltsinlər. Ümidverici hal odur ki, kütləvi yeyintilər, mənimsəmələr yoxdur. Nazir Sahil Babayev gəncdir, Avropa təhsili görüb, işləməyə həvəslidir, özündən əvvəlkilərə rəhmət oxutdurmadı, onlar kimi acgözünə yeyib dağıtmır. Ona tapşırılan işi düzgün əməl etməyə, büdcədən ayrılan pulları düzgün paylamağa cəhd edir.Yeyintiyə yol verməməyə çalışır. Təqribən redaktə edib yazı formasına saldığım bu statusa, mətbuatda və cəmiyyətdə kifayət qədər mövqeyi olan şəxslər tərəfindən maraqlı, ən əsası isə qərəzsiz fikir bildirdilər.
Telejurnalist Asəf Quliyev
Nikbinlik niyə yoxdur deyim.
1. Əhalinin sosial durumunun xəritəsi yoxdur. Çünki əhalinin 90 faizinin gəliri barədə məlumat bəlli deyil. Nazirdən tutmuş fəhləyə qədər.
2. Nazir və müavinləri sosial ehtiyacın nə demək olduğunu anlayan biri deyillər.
3. Sosial yardım mexanizmini sadələşdirmək əvəzinə mürəkkəbləşdirirlər. Mürəkkəblik isə dolaşıqlıq yaradır.
4. Əhalinin sosial yardıma ehtiyacı olan təbəqəsi müasir texnologiyalarla tənzimlənən sistemdən yararlanmaq imkanından məhrumdur.
TimeSoft şirkətinin direktoru, İT mütəxəssisi. Elvin Abbasov.
Dünyada o cümlədən ölkədə yaranan fövqəladə hal heç də əvvəldən planlaşdırmamışdı. Mediadan gördüyümüz kimi dünyanın ən inkişaf etmiş ölkələri, o cümlədən Avropa ölkələri bu vəziyyətdə çox aşağı göstəricilər nümayiş etdirdilər. Və bu sınaq onlar üçün çətin keçdi. Azərbaycan Avropa ölkələrinə baxanda bu sınaqdan daha yüksək göstəricilərlə çıxdı. O ki, qaldı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Təbii ki, bu qurum fövqəladə vəziyyətdə ön planda xidmət etməli oldu. Misal üçün 190 manat yardım məsələsi ən çox tənqid olunan mövzudur. Əksəriyyət elə düşünür ki, orda kimsə oturub deyir ki, yardımı filan kəsə verək, filan kəsə yox. Halbuki, proses bu tip vəziyyətlərdə proqram təminatı tərəfindən qoyulan şərtlər və digər aidiyyatı qurumlardan gələn servis məlumatları əsasında, insan faktoru olmadan həyata keçir. Məncə tənqid etmək, qınaq obyektinə çevirmək asandır nəyin ki, təklif və ya təşəkkür etmək. Məncə pandemiya ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox yüksək göstəricilərlə iştirak etdi.
Ehtiyatda olan zabit, politoloq Üzeyir Cəfərov.
Üzeyir Cəfərovun bir sözi tənqid formatından çıxdığına görə yazıdan çıxartdım.
Dəyərli Şöhrət bəy, 21-ci əsrdə, kömpüter əsrində belə işləyən nazir və nazirlik kimə lazımdır? Sahil Babayev kimi qorxaq nazir hələ o sistemdə olmayıb. O günü Biləsuvarda həbs olunan əməkdaşından dərhal imtina etdi ki, sən demə bir neçə gün bundan əvvəl işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb?!
Fazil Talıbova yazığım gəlir. (Nazirliyin mətbuat xidmətinin rəhbərini nəzərdə tutur) Ara yerdə bu cavan oğlan olan-qalan hörmətdən də düşdü. Sahil Babayev çox uğursuz kadrdır. Baxmayaraq ki, prezident onu bir balaca təriflədi. Zamanında baxarsız. Ən çox narazılıq yaradan adam və qurumdur bu nazirlik.
Telejurnalist Şöhrət Əli
Məncə zamanı gözləmək lazım. Gənc kadrdı. İş prinsipi əvvəlki canavarlardan fərqlənir. Nəsə etməyə cəhd edir. Nəticələri də azdan-çoxdan var. Biz bu tezliklə, birdən-birə niyə onu kəsib atmaq istiyirik. Hal-hazırda mənimdə bu qurumdan ciddi narazılığım var. Amma mən bu miqyasda bir işin altına girib, heç də uğursuz olmayan işlər görən kəsi baltalamağın tərəfdarı deyiləm. Har halda Sahil Babayevdən əvvəl “işləyən” nazirləri mən də yaxşı tanımışam.
Terapevt-androloq Hidayat Mustafayev
Bilirsənki fikirlərinə hormətlə yanaşıram. Burda sənlə razı deyiləm. Çunki dövlət strukturları normal isləmir. İnformasiya prezidentə düzgün çatdırılmır. Bu vəziyyətdə yeganə isləyən prezident oldu. Heç bir nazirdən təşəbbüs gəlmədi.
RF Dağıstan Respublikasının Azərbaycanda nümayəndəliyi Xosrov Həsənbəyov
Bu günkü durumda, respublikanın ən çətin vaxtlarında hesab edirəm ki, nazir Sahil Babayev kifayət qədər professional və şəffaf iş göstərdi. Və inanıram ki, o öz vəzifəsinə tam məsuliyyətli və professional yanaşaraq çox uğurlara nail olacaq.
Telejurnalist Şöhrət Əli
Gördüyünüz kimi mənim nazir Sahil Babayevlə əlaqədar sosial şəbəkədəki fikirlərim heç də cəmiyyətin nüfuzlu və peşəkarı olduğu sahələrin nümayəndələri tərəfindən bir mənalı qarşılanmadı. Hər halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi cəmiyyətin ziyalı təbəqəsinin, peşəkar iş qabiliyyəti olan mütəxəssislərinin fikirlərini dinləyib nəticə çıxartması daha düzgün olardı.
Şöhrət Əli
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir
21 mart 2024 11:32
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 2024 16:47
- Sabiq nazir Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzini özəlləşdirib
15 mart 2024 20:30
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56