Leninin karikaturasını çəkdi, İstiqlal Bəyannaməsini yaşatdı - Foto
Milli Azərbaycan Tarixi Muzeyində maraqlı bir kompozisiya qorunub saxlanılır. 28 May 1918-ci ildə elan edilən Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinə həsr edilən bu kompozisiyanın müəllifi xalq rəssamı Əzim Əzimzadədir.
Bu gün rəssamın 140 yaşı tamam olur.
Ailə həyatı
Ə.Əzimzadənin babası Əbdüləzim və atası Aslan bənna olublar. Atasının beş övladı olsa da, yalnız Əzim sağ qala bilib. Ə.Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində doğulub. Dövrün şərtlərinə uyğun olaraq 1888-1891-ci illərdə mollaxanada, ardınca 1891-1894-cü illərdə “Rus-Türk məktəbi”ndə təhsil alıb. Rəsm çəkdiyinə görə mollaxanadan qovulub, gələcəkdə bu mövzuda əsər də yaradıb.
Kiyevdə rəssamlıq məktəbində təhsil alan Əzimzadə fəaliyyəti müddətində satirik qrafika, siyasi plakat, illüstrasiyalar, şarjlar çəkib. Həm siyasi, tarixi, həm də məişət mövzularında əsərlər yaradıb.
Əzimzadə 1903-cü ildə ailə həyatı qurub. Həyat yoldaşı Səriyyə xanımla evliliyindən beş övladı olub: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan, Sevda. Oğlu Həbib karikaturaçı olub, atasının ev muzeyinin ilk direktoru olub. Yeri gəlmişkən, Əzimzadənin həmkəndlisi Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə, eləcə də Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Kazım Kazımzadə də Əzimzadənin yetirmələrindən idilər.
İlk əsərləri
Ə.Əzimzadə Bakının zəngin tacirlərindən Ağabala Quliyevin evində rəssam Maslovla tanış olub, ondan dərs alıb. İlk karikaturası ““İrşad”ın müştərisi” satirik jurnal olan “Molla Nəsrəddin”də (19.05.1906 tarixli 7-ci say) dərc olunub. O, eyni zamanda dövrün maarifçi təşkilatlarından “Nicat”, “Nəşri-maarif” cəmiyyətlərində təmsil olunub. “Molla Nəsrəddin”lə yanaşı digər satirik jurnallar olan “Zənbur”, “Kəlniyyət”, “Baraban”, “Məzəli”, “Tuti”, “Babayi-Əmir” jurnalları ilə əməkdaşlıq edib.
Bu dövrdə Sabirin “Hophopnamə” əsərinə illüstrasiyalar çəkib, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarına, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarına, Zülfiqar Hacıbəylinin “Aşıq Qərib” operasına geyim eskizləri verib.
Əzimzadə portret janrında Məhəmməd Füzulinin, Cəlaləddin Ruminin, Səlahəddin Əyyubinin obrazlarını yaradıb.
Cümhuriyyət dövründə
Ə.Əzimzadə Cümhuriyyət illərində məktəbdə rəsm müəllimi işləyib. 1919-cu ildə “Türk nəşriyyat cəmiyyəti”nin çap etdiyi “Zənbur” jurnalında 100-dən çox karikatura dərc etdirib. “Zənbur” jurnalının bir sayınının qapağında verilmiş Azərbaycan Cümhuriyyətinin bayrağı olan təsvir də ona aiddir. “Zənbur” jurnalında çəkdiyi karikaturalar həm hökumətin fəaliyyətinə, həm də xarici müdaxiləçilərə həsr edilib. Azərbaycan Cümhuriyyəti dövrü satirik mətbuatını araşdıran həmkarım İlqar Əhməd onun haqqında belə yazıb: “O, öz rəsmlərini əksər hallarda gizli imzalar altında çap etdirirdi. Bir çox mətbu orqanında “Əzim”, “Ə-v”, “Çujoy”, “Neop”, “Aslan”, “Avropalı rəssam” imzaları ilə çıxış etsə də, “Zənbur”da açıq “Ə.Əzimzadə” imzası qeyd olunurdu. Əzimzadə jurnalın 9 iyul 1919-cu il tarixli 14-cü nömrəsində “Azərbaycan” adlı karikaturasını oxucularına çatdırır. Dərin siyasi məna kəsb edən rəsmdə sağlam bir inək təsvir edilib və üstündə Azərbaycan yazılıb. Bu inəyi sağmaq üçün isə xarici dövlətlər əllərində vedrələr növbəyə düzülüblər, biri isə oturub sağır. Vedrəsi dolmasına baxmayaraq, durmaq bilmir. Növbədə duranlardan biri deyir: “Ağayi ingilis, cəld ol. Növbədə dayanmaqdan ayağımız qırıldı””.
İ.Əhmədin yazdığına görə, “Zənbur”un 4 iyun 1919-cu il tarixli 9-cu nömrəsində quduzlaşmış canavar şəklində təsvir edilmiş Denikinin karikaturasının altında bu sözlər yazılmışdı: “Denikin: Azərbaycandan heç zad istəmirəm, bir neft istiyorum vəssalam”.
Ə.Əzimzadənin çalışdığı “Zənbur” satirik jurnalı siyasi məsələlərə geniş yer verdiyinə görə, burada milli hökumətin başçısı Nəsib bəy Yusifbəylidən Cənubi Qafqaz ölkələrini ələ keçirməyə çalışan Leninə qədər təsvirlərə yer verilib. Bu karikaturalarda Ə.Əzimzadənin mövcud siyasi prosesləri çox aydın dərk etdiyini görürük. Məsələn, İlqar Əhməd Leninlə bağlı karikatura haqqında yazır: “Jurnalın 23 iyul tarixli 16-cı nömrəsində də maraqlı bir karikatura təqdim olunub. Karikaturada Lenin ayaq üstə təsvir edilib. Aşağıda isə Zaqafqaziya millətlərinin nümayəndələri oturub və əllərində respublikalarının açarları göstərilir. Lenin mülayim bir görkəmdə: “Lenin: Qoçaqlarım, veriniz, dayı saxlasın!” deyə açarları onların əlindən alır”.
Sovet Azərbaycanı dövründə
Rusların Azərbaycanı işğalından sonra qurulan yeni idarəçilikdə Əzim Əzimzadə Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinə rəhbərlik edib, teatr və rəssamlıq emalatxanalarının təşkilində rol oynayıb. 1922-ci ildə “Molla Nəsrəddin” jurnalı yenidən nəşrə başlayarkən dərginin Baş rəssamı olub. 1931-ci ilə qədər jurnalda fəaliyyət göstərib. 1927-ci ildə yaradıcılığının 20 illiyi keçirilib, xalq rəssamı adını alıb.
1930-cu illərdə onun “İnqilab və Mədəniyyət” jurnalında yazıçı və şairlərə həsr etdiyi dostluq şarjları yer alıb. Hüseyn Cavidə, Yusif Vəzir Çəmənzəminliyə, Mikayıl Rəfiliyə, Süleyman Rüstəmə həsr edilən bu şarjlar böyük maraq doğurur. Əzimzadə 1938-ci ildə Mirzə Fətəli Axundzadənin yubileyi münasibətilə onun beş komediyasının personajlarının eskiz silsiləsini yaradıb.
1932-1937-ci illərdə Əzimzadə əsasını qoyduğu (1920-də) məktəbin direktoru olub.
1940-cı ildə rəssamın Bakıda fərdi sərgisi açılıb, 1200-dən artıq əsəri sərgilənib. Həmin il Moskvada da sərgisi baş tutub. O, həmin il yaradılmış Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub.
II Dünya müharibəsi illərində müharibə mövzulu plakatlar, rəsmlər çəkib. Oğlu Lətifin müharibədə həlak olması onun ölümünü tezləşdirib, 16 iyun 1943-cü ildə vəfat edib.
Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılan ev muzeyi 1968-ci ildən etibarən fəaliyyət göstərir. 2019-cu ildə muzey əsaslı təmir edilib. Rəssamın xatirə muzeyində 2117 eksponatı, Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə 499 eksponatı saxlanılır.
Ə.Əzimzadənin adı paytaxtdakı küçələrdən və parklardan birinə verilib. Ömər Eldarov onun mərmər büstünü hazırlayıb.
Qaynaq:
- İlqar Əhməd. “Cümhuriyyət dövründə satirik mətbuat: “Zənbur””. “Çapar” jurnalı, sayı 8, 2019.
- “Əzim Əzimzadə”, Bakı, 2013
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Moskvada konsert zalında dəhşət: 15 ölü, 50 yaralı – VİDEO + FOTO
22 mart 2024 22:29
- Rusiya vətəndaşı olan Cəlilabadlı Ukraynada döyüşdə həlak olub - FOTO
22 mart 2024 16:05
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı ŞOK detallar ortaya çıxdı - FOTO
22 mart 2024 09:40
- Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO
22 mart 2024 00:05
- Prezident Tənzilə Rüstəmxanlını təltif etdi - FOTO
21 mart 2024 23:00
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05