Paşinyanı paçalayaram !
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gəlib. O, Qarabağda Şuşanın ermənilər tərəfindən işğalının 28 illiyinə həsr edilən tədbirlərdə iştirak edəcək.
Məsələ ilə bağlı Şuşanın İcra başçısı Bayram Səfərovun saytımıza müsahibəsini təqdim edirik:
– Bayram bəy, Paşinyan bu gün Şuşaya səfər edib. Buna münasibətiniz?
– Nə münasibət bildirim ona? Sizin münasibətiniz necədir? Mən də sizin kimi azərbaycanlıyam, demək ki, mənim də münasibətim pisdir də. Mən ona yaxşı ola bilmərəm. Şuşa mənim vətənimdir.
– Bununla bağlı hər hansı bir bəyanat vermisiniz?
– Bura bax, bir elə bəyanat verilir, mənim bəyanatımla nə olacaq? BMT-nin qətnamələri var.. Bunlar həyasız adamlardırlar. Nə qədər ki, bunların tərəfini saxlayanlar var, mənim bəyanat verib, verməməyim nəyi dəyişəcək? Bu gün hamı şuşalı olmalıdır. Şuşa mayın 8-dən 8-nə yada düşməməlidir.
– Ötən il saytlardan birinə Paşinyanın Şuşaya səfəri ilə bağlı məsahibənizdə bir ifadəniz müzakirə mövzusu oldu: "Paşinyan Şuşaya səfər etdiyi yerdə qıçları qırılsın”. Həqiqətən bu ifadələr sizə məxsusdur?
– Siz onsuz da bundan başqa bir şey bacarmırsınız. Hər sözdə bir məna axtarırsınız. Mən nə demişdim ki? Demişdim getdiyi yerdə qıçları qırılsın! Nə deməliydim, jurnalist məni muştuluqlayırdı? Bura bax, öz gözünüzdəki tirləri görmürsüz, mənim gözümdə tük axtarırsınız. Jurnalistlər illərdir söz tapmırlar, eyni sözləri hər dəfə təkrar edirlər. Sonra da deyirlər ki, Bayram müəllim jurnalistlərlə münasibət saxlamır. Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram! Mən xalqımı da sevirəm, vətənimi də sevirəm, torpağım uğrunda, cənab Prezidentimiz uğrunda hər zaman ölümə getməyə hazıram.
– Sizin fikrinizcə, Qarabağın azadlığı müharibədən, yoxsa danışıqlardan keçir?
– Düzünü bilmək istəyərsinizsə, mən sülh yolunu seçirəm.
– Əminsiz ki, sülh yolu ilə azad olunacaq?
– Mən şuşalıyam, Şuşada döyüşlərdə olan insanları görmüşəm. Anaları övladsız qalan, qardaşları şəhid olanları, qız-gəlinləri dul qalan görmüşəm. Uşaqlar yetim qalıb, qan tökülüb, gözümün qarşısında snaryad dəyib qadının qolu yerə düşüb… Mən bunların hər birinin şahidi ololmuşam.
– Bayram bəy, siz döyüşlərdə iştirak etmisiz?
– Mən Şuşada yaşamışam və həmin vaxt vəzifədə idim. Vəzifə borcumu yerinə yetirirdim. Dağlıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kəlbəcərə yaxın yerlərin təminatı ilə məşğul idim. O vaxt "raypo” deyilən bir idarə var idi. Mən həmin idarənin sədri, eyni zamanda "Azər ittifaq”ın idarə heyətinin üzvü idim. Heç görmüsünüz, müharibədə bir nəfər azərbaycanlı desin ki, "Mənim unum, çörəyim, nöyütüm, yeməyim yoxdur?” Hamı deyirdi ki, silahım yoxdur! Mən sinəmə döymürəm, amma o xidməti mən göstərmişəm. Cəsarətlə, cürətlə tank, BTR, vertolyotla bütün kəndlərə tələbat mallarını çatdırmışam. Sonra isə mən Şuşa rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmuşam. Ondan sonra da 5 mart 1993-cü ildə keçmiş müxalifətçilərin vəzifəsini dondurması var idi, mən də onlarla bərabər vəzifəmi. Mən Şuşadan çıxanda 2009-cu ilə kimi heç kim mənə vəzifə təklif etməyib. 2009-cu ildə cənab Prezidentimizin sərəncamı ilə Şuşa rayonuna icra başçısı təyin olunmuşam. Bu günə qədər də canımla, qanımla xidmət edirəm və çalışıram ki, möhtərəm Prezidentimizin tapşırıqlarına imkanım qədər, mümkün qədər riayət edim.(konkret.az)
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- Lukaşenko Paşinyanı tələsik qərarlar qəbul etməməyə çağırdı
14 noyabr 2023 23:49
- Ermənistanda aksiyalar başladı: Yenə "Qarabağ kartı"...
21 aprel 2022 10:45
- “Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…” – ŞOK
17 aprel 2022 10:30
- Kasparov Paşinyanı dinc qazaxları öldürməkdə ittiham etdi
8 yanvar 2022 15:44
- "Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" ŞOK (VİDEO)
30 noyabr 2021 13:52
- Zərdüşt Əlizadədən : “Azərbaycan ordusu İrəvana çatanda...”
30 oktyabr 2021 12:06
- Xocalı qatili Köçəryan Paşinyanı devirməyə hazırlaşır
24 iyul 2021 12:07
- Əllərimi kəsərəm, amma Qazaxın 7 kəndinə razı olmaram ŞOK
5 iyun 2021 17:35
- Ermənistanı vətəndaş müharibəsi gözləyir"
28 may 2021 09:39
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22