Zakir FƏRƏCOV super YALANÇIDIR, ƏMƏLİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR" - İŞ ADAMI MÜQAYİS Verdiyev
İqtisadiyyat20 may 2020 12:05
ZAKİR FƏRƏCOV SUPER YALANÇIDIR, ƏMƏLİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR" - İŞ ADAMI MÜQAYİS VERDİYEV
İş adamları ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında yaşanan milyonluq borc qalmaqalı getdikcə, daha da böyüyür. 2016-cı ildən davam edən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ətrafında baş verənlərdən dolayı rəsmi qurumlara edilən müraciətlərə də məhəl qoymadığı deyilən icra başçısının əsas arqumenti pulun ödənilməsini iddia etməsidir. Lakin Bulvarın tikintisini həyata keçirən şirkətin rəhbəri, iş adamı Müqayis Verdiyev Zakir Fərəcovun dediklərini nəinki təkzib edir, hətta onu yaıançılıqda ittiham edir.
JAMAZ.İNFO-ya açıqlama verən Müqayis Verdiyev prosesin detallarını açıqlayıb. O deyir ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisini o və daha bir neçə sahibkar həyata keçirib. "Həmin layihə çox böyük idi. Bizim gördüyümüz işin smeta dəyəri 12,8 milyon manat idi. Tikinti işləri nəzərdə tutulduğu vaxtda, yəni 2016-cı ilin avqustunda başa çatdı. Həmin işlərin görülməsi üçün 123 min kv.metr ancaq tamet daşlar döşənib. 19 min kub metr betondan istifadə etmişik. Mən hələ digər istifadə olunan tikinti materiallarını sadalamıram. Bütün bu işləri görmək üçün isə 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib. Həmin 10 min manatı da "Avromed" şirkəti ödəyib. Yerdə qalan pulu isə 4 ildir ala bilmirik. Ümumilikdə, Sumqayıt Bulvarının tikintisində onlarla şirkət və 600 nəfərə yaxın fəhlə işləyib".
Müqayis Verdiyev deyir ki, Zakir Fərəcov bu puldan əlavə 1 milyon 50 min manat da fəhlələrə ödəyib. "Zakir Fərəcov super yalançıdır. İddia edir ki, guya, pulu ödəyib. İndi sual edirəm ki, həmin pulu nə vaxt və kimə ödəyib? Yalanın da bir həddi var. Bu qədər yalan olmaz. Ödədikləri ortadadır, sənədnən, sübutnan. Komissiya təşkil etsinlər sübut edim ki, Zakir Fərəcov bizim pulu yeyib, üstündən də su içib. Yuxarıları da aldadır ki, guya, pulumuzu verib".
İş adamı bildirir ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulları "otkat" yolu ilə özünə götürüb. "Bunun başqa adı yoxdur. Dövlət pul ayırır, vəsait verir, Zakir Fərəcov da həmin pulları özünə götürür. Biz evlərimizi, maşınımızı girov qoymuşuq və bu gün də əmlakımız girovdadır. Amma Zakir Fərəcov məhz həmin Bulvarda prokuror işləyən oğluna restoran tikdirir. Müavini Gündüz Əliyev tennis kortu inşa etdirir. Qanun dövlət məmurunun bizneslə məşğul olmasını qadağan edir. Amma bu adamlar qanuna məhəl qoymur. Dövlətin pulu ilə özünə sərvət toplayan məmur məmur deyil, dövlətin düşmənidir".
Müqayis Verdiyev iş prosesi maraqlı məqamlar da açıqlayıb. O deyib ki, Zakir Fərəcov Bulvarın tikintisi ilə bağlı maliyyə məsələlərini həmin vaxt müavini olan, indi isə memarlıq şöbəsinin müdiri Adil Xudadatova həvalə edibmiş. "Adil Xudadatov Zakir Fərəcovun kassiri sayılır. Görülən işlərə görə maliyyə məsələlərini də Adil həll edirdi. Hər dəfə pul lazım olanda Adil deyirdi ki, Zakirin tapşırığı ilə obyektlərdən, tikintilərdən pul yığıb gətirir. Mənə maraqlıdır ki, niyə obyektlərdən pul yığılmalıdır? Niyə iş adamları talanmalıydı? Bəs, dövlətin ayırdığı pulları Zakir Fərəcov hara "xərc"ləyib? Bunun özü talançılıq, dövlət malına göz tikmək deyil ki. Biz işə başlayanda dövlətin vəsaiti əsasında tikinti aparacağını düşünürdük. Haradan biləydik ki, Zakir Fərəcov dövlətin pulunu cibinə qoyub, sahibkarlardan xərac toplayaraq, Bulvar tikəcək".
Sahibkar vurğulayır ki, 2016-cı ildən bu günə qədər pullarını ala bilmirlər. "Zakir Fərəcov min hoqqadan çıxır ki, pulumuzu verməsin. Gah deyir ki, ödəmişəm. Gah deyir ki, təkrar audit keçirib, yerdə qalan məbləği müəyyən edərək, pulu ödəyəcək. Yuxarı dairələri də bu şəkildə aldatmağa çalışır. İndi ondan soruşan yoxdur ki, pulu harada və kimə ödəmisən. Əgər ödəyibsə, bircə kağız, sənəd ortaya qoysun".
Verdiyev bildirir ki, Zakir Fərəcov ödənilməli olan pulun 30 faizini onlardan tələb etməkdən də çəkinməyib. "Bu adam əvvəlcə pulu verməkdən boyun qaçırdı. Sonra yalanı üzə çıxandan sonra sahibkarları yanına çağırıb, ağlıycan anlaşma əldə etmək istədi. Şərti də bu idi ki, həmin pulun 30 faizini ona versinlər. Təbii ki, heç kim şərti qəbul etmədi. Bundan sonra başladı təhdidə. Bizi həbs etdirəcəyini, gedər-gəlməzə göndərəcəyini söylədi. Hətta Sumqayıt polis və prokurorunun hazır dayandığını da vurğuladı. Bu təhdidlərin faydası olmadı. Bu gün heç kim bir addım da olsa geri çəkilməyib. Çünki biz öz halal haqqımızı tələb edirik və sona qədər də davam edəcəyik".
İş adamı söyləyir ki, Zakir Fərəcovun əməllərinə hüquqi qiymət verilməlidir. "İndiyə qədər danışmamağımın səbəbi abır-həya gözləməyim idi. Düşünürdüm ki, Zakir Fərəcov bəlkə özündə təpər tapıb, haqqa gələ. Lakin görünən odur ki, Fərəcov yol gözləyən, abır bilən biri deyil. Bu adamın əməlinə hüquqi qiymət verilməlidir. 700 nəfərə yaxın insanın haqqını yemək ədalət deyil. Və bu haqsızlıq qiymətin almalıdır. Bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət etmişik. Təəssüf ki, həmin müraciətlərimiz araşdırılması və cavablandırılması üçün təkrar Sumqayıt İcra Hakimiyyətinə göndərilir. Bizim şikayətimiz Zakir Fərəcovdandır. Aydındır ki, belə olanda Sumqayıt İcra Hakimiyyəti Zakiri qoyub, bizim tərəfimizi saxlamayacaq. Daha bunun harası araşdırma oldu?"
"Biz çıxılmaz vəziyyətdəyik" deyən Müqayis Verdiyev bildirir ki, girov qoyduqları əmlaklarının pulunu ödəyə bilmirlər. "Biz bu yalançıya ümid olub üzərimizə düşən işləri gördük. İndi əmlakımız girovdadır. Ödəniş də edə bilmirik. Zakir Fərəcov da hər vəchlə, yalan-dolanla pulumuzu verməkdən boyun qaçırır. Nə qədər boyun qaçırırsa, qaçırsın. Biz sonadək haqqımız uğrunda mübarizə aparacağıq. O pul bizə ödənilməyənə qədər hüquqi müstəvidə mübarizəmiz davam edəcək".
Qeyd edək ki, Müqayis Verdiyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı bir çox maraqlı detallar da açıqlayıb. Bununla bağlı yaxın günlərdə iş adamının dediklərini yayımlayacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya