“Elçin Quliyev rüşvət almasa belə, məsuliyyət daşıyır”
Bir sıra hakimiyyət orqanlarında korrupsiya və rüşvətxorluqla mübarizə ilə bağlı aparılan həbslərdən sonra “indi növbə kimindir” sualı aktual mövzuya çevrilib.
Neftçala, Biləsuvar, İmişli rayonlarının icra başçılarının həbsindən sonra proses daha yuxarı dövlət strukturlarına yayılmağa başlayıb. Mədəniyyət Nazirliyindəki korrupsiya faktları və həbslər sonda nazir Əbülfəs Qarayevin vəzifəsini itirməsi ilə nəticələndi.
Qeyd edək ki, analoji hadisələr Dövlət Sərhəd Xidmətində də yaşandı . DSX rəis müavini, general-leytenant Əfqan Nağıyev və Sahil Mühafizə Xidmətinin beş nəfər yüksək rütbəli zabiti həbs edilib. Onlar vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməkdə ittiham olunur.
Bu hadisədən sonra DSX-nin rəisi Elçin Quliyevin də vəzifədən çıxarılacağı ilə bağlı ehtimallar səslənir. Hələlik məsələnin görünən tərəfi ölkədə korrusiya və rüşvətxorluqla mübarizə dalğasının DSX-dən yan keçməməsidir. İctimaiyyət üçün bir növ qapalı quruma çevrilən DSX-da vəziyyətin heç də ürəkaçan olmadığı məlum olur. Lakin bir sual hələ cavabını gösləyir.
Təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bizimxeber.az-a açıqlamasında rüşvətxorluqla mübarizə tədbirlərinin ciddi effekt vermədiyini dedi.
Onun sözlərinə görə, hər bir dövlət orqanında baş verən korrupsiya və rüşvət hallarında rəhbərliyin xəbəri olur. Ona görə həmin qurumların rəhbərləri baş verənlərə görə hüquqi məsuliyyət daşıyır: “İstər Mədəniyyət Nazirlyində, istər Dövlət Sərhəd Xidmətində rüşvət hallarının rəhbərliyin xəbəri olmadan baş verməsi mümkün deyil.
Çox təəssüf ki, Azərbaycanda çox pis ənənə var. 2015-ci ildə keçmiş Milli Təhlükəsilik Nazirlyinin rəhbər strukturlarındakı vəzifəli şəxslərin əksəriyyəti həbs edildi. Amma nazirə toxunmadılar. Həmin proses indi də davam edir. Əgər hər hansı hakimiyyət orqanında rüşvətxorluq varsa, buna görə də həmin quruma rəhbərlik edən şəxslər məsuliyyət daşıyır.
Çünki bu elə məsələdir ki, son nəticədə rəhbərliyin nəzarətindən keçir. Yəni nəyi isə imzalamaq, icazə vermək, hansısa bir işi görmək rəhbərliyin iradəsindən kənar qala bilməz. Əgər rəhbərlik bunu bilmirsə, deməli o öz yerində deyil, öz işinə səhlənkar yanaşıb. Yəni hər iki mənada rəhbərlər tutduğu vəzifədən uzaqlaşdırılmalıdır.
Onların günahının olmadığını düşünmək inandırıcı deyil. Lakin baş verən hadisələr yalnız həmin orqanlarda islahatların, dəyişikliklərin aparılması ilə yekunlaşmamalıdır. Bütün ölkədə islahat aparılmalıdır. Naziri və ya müavini işdən çıxartmaqla problemi həll etmək mümkün olmayacaq. İdarəetməni elə təşkil etmək lazımdır ki, rüçvət hallarına yol verilməsin”.
İlham İsmayılın sözlərinə görə, Elçin Quliyevin DSX-nin rəisi vəzisindən çıxarılması mümkündür: “Elçin Quliyevi indi də çıxartmaq olar. Əgər o, rüşvət almayıbsa belə, işini pis yerinə yetirdiyinə görə vəzifədən azad edilə bilər. Elçin Quliyev görünür, öz işinin öhdəsindən gəlməyib, pis rəhbərlik edib, səhlənkarlıq edib. Xüsusilə də Dövlət Sərhəd Xidməti hərbi strukturdur. Ona görə də hər iki halda rəhbərlik cəzalanmalıdır”.
Azad
Bizimxeber.az
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05