Elmar Məmmədyarova ölkədən çıxmağa icazə vermək olmaz
Müsahibə4 iyul 2020 18:52
İnanmadığım, fakta və arqumentə söykənməyən hər hansı bir fikrin önə çıxarılmasının hər zaman əleyhinə olmuşam. Gümanlar üzərində fikirlərin söylənməsi insanlarda çaşqınlıq yarada bilər. Lakin Elmar Məmmədyarovun fəaliyyət trayektoriyasını, onun özünü aparma səviyyəsini təhlil edən hər kəs bu nəticəyə gələ bilərdi. Ola bilsin ki, çoxları bu nəticəyə gəlib, amma ictimailəşdirməyiblər. Mənim üçün dövlətin maraqları hər zaman uca olduğu üçün bu mövqedən çıxış etmişəm.
Bunu Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı “Yeni Müsavat”-a açıqlamasında bildirib.
Qeyd edib ki, işğal edilmiş torpaqlarımızın azad edilməsində Xarici İşlər Nazirliyinin (XİN) oynayacağı son dərəcə mühüm rol hər birimiz üçün həyati bir məsələdir. Ölkə prezidentinin geniş, qlobal xarakter daşıyan xarici siyasətində söykəndiyi hücum diplomatiyası Azərbaycan həqiqətlərini artıq dünyada təsdiq edə bilib. Lakin bütün bu məsələlərə Elmar Məmmədyarovun zərrə qədər də olsun töhfəsi olmayıb. O, sadəcə olaraq, hansısa prinsiplərə, öhdəliklərə söykənərək heç zaman prinsipial mövqe göstərməyib:
“Mən heç vaxt onun bu cür mövqeyini qəbul etməmişəm. Fikirlərimi kəskin şəkildə ifadə etmişəm. Ötən il isə Milli Məclisdəki çıxışımda onun istefasını tələb etmişəm. Bu vaxta qədər Xarici İşlər Nazirliyi öz yerində, sadəcə, fırlanıb. Nazirlikdə normal, sağlam, psixoloji mühit belə yoxdur. Elmar Məmmədyarov öz müavinləri ilə münasibətlərdə belə gərginlik yaşayır. Nazirlikdəki qanunsuzluqları dəfələrlə dilə gətirmişik. İndi Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı sübut edir ki, orada korrupsiya, rüşvətxorluq adi bir vəziyyət idi. Əlimdə fakt olmadığı üçün bunu açıqlamamışam. Amma belə söhbətlər də gəzirdi ki, diplomatlardan pul alınmadan onları vəzifəyə təyin etmirmişlər. Elmar Məmmədyarov tərəfindən seçilən səfirlərin özləri də onun kimi qeyri-müəyyən mövqe tuturlar. Bütün bunlar görülən idi. Bilirdim ki, Xarici İşlər Nazirliyində bir silkələnmə olacaq, islahatların küləyi bu nazirliyə də çatacaq”.
F.Ağamalı həmçinin bildirib ki, nazirlikdə korrupsiya, rüşvət halları ilə yanaşı digər cinayət əməllərinin üzə çıxması da mümkündür.
Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları ilə də əməkdaşlıq istisna edilmir:
“Mən bunu bir neçə dəfə ehtiyatlı şəkildə öz açıqlamalarımda bildirmişəm. Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm. Lakin bu sübut olunmalıdır. Bunun ətrafında ciddi araşdırmalar aparılmalıdır. Onun işğal olunmuş torpaqlarımızla bağlı sərgilədiyi son dərəcə ört-basdır, yumşaq mövqeyi bunu deməyə əsas verir”.
F. Ağamalı qeyd edib ki, bu əməliyyatlar ərəfəsində E. Məmmədyarovun ölkədən çıxışına qadağa qoymaq lazımdır:
“İndi təəssüf edirəm ki, Xarici İşlər Nazirliyi kimi mötəbər bir qurumda yaramaz hərəkətlər, qanunsuzluqlar uzun müddət özünə yer tapıb. Bu əməliyyatdan sonra Elmar Məmmədyarova ölkə sərhədlərindən kənara çıxmağa icazə vermək olmaz. Çünki onda kifayət qədər dövlət sirləri var. Şübhə etmirəm ki, bu cür xarakterli insan həmin sirləri ermənilərə ötürə bilər. Buna qətiyyən şübhə etmirəm, çünki onun ruhunda millilik yoxdur...”.
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Sarımsağın bu ZİYAN-larını bilirsiniz?
22 mart 2024 20:04
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya