Putinin “Dostluq” ordeni verdiyi Feyruz İsayev kimdir?
İdman6 sentyabr 2020 13:06
MDB və Avropa məkanında məşhur iş adamı, "LUKOIL-Moldova” şirkətinin baş direktoru Feyruz Abdul oğlu İsayev Rusiya Federasiyasının dövlət mükafatı olan "Dostluq” ordeni ilə təltif edilib.
Musavat.com-un Moldova mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq fərmanında deyilir ki, bu mükafat Moldova Respublikasının vətəndaşı olan həmyerlimiz Feyruz İsayevə "neft və qaz sənayesinin inkişafındakı böyük töhfəsinə və uzun illər vicdanla çalışmasına görə" verilib.
Feyruz Abdul oğlu İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982-1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir.
Feyruz İsayev 1990-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990-1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub.
1997-ci ildən bəri neft məhsulları bazarında çalışan azərbaycanlı iş adamı Moldovaya 1997-ci ildə 45 yaşı olarkən gəlib. O, "Arch-Petrol” şirkətini təsis etməklə bir il yarım müddətində 16 yanacaqdoldurma məntəqəsi və iki topdansatış bazası quraraq ilk uğuruna imza atıb. 2001-ci ildə qurduğu biznesi "Lukoyl” şirkətinə satır və onun rəhbərlərindən birinə çevrilir. İlkin dövrlərdə "Lukoyl”da baş direktorun birinci müavini vəzifəsində çalışan F.İsayev sonra Moldovanın neft məhsulları bazarında lider olan bu şirkətə rəhbərlik edib. O, bu illər ərzində Moldovanın ən məşhur iş adamlarından biri olmaqla yanaşı, digər sahələrdə də biznesini inkişaf etdirərək böyük şöhrət qazanıb.
O, bundan əvvəl Moldova Respublikasının Əmək Şöhrəti Ordeni (2007) və Moldova Respublikasının Fəxri Ordeni (2012) ilə təltif olunub.
Feyruz İsayev təkcə uğurlu iş adamı deyil. O, həm də ləyaqətli azərbaycanlı, çalışdığı ölkələrdə daim soydaşlarımıza bütün imkanları ilə arxa-dayaq olması ilə seçilir. 1997-ci ildən Moldovada olduğu müddətdə bu ölkədəki diasporumuzun güclənməsi üçün əlindən gələni edib. Moldovadakı azərbaycanlılar birmənalı olaraq onu özlərinin ağsaqqalı qəbul ediblər.
Moldova Azərbaycanlıları Konqresinin sonuncu konfransında o, yekdilliklə MAK-ın fəxri sədri seçilib.
Oxşar xəbərlər
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya