General-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova
Cəmiyyət22 noyabr 2020 10:14
“Mən çox sevindim ki, torpaqlarımız şükür Allaha ki, işğaldan azad olunur. Gün o gün olsun düşmənlərimiz Kəlbəcərimizdən, Laçınımızdan, Xankəndimizdən də çıxsınlar”
Bunu Moderator.az-a açıqlamasında noyabr 1991-ci il tarixində Qarakənd faciəsi nəticəsində həlak olmuş daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova deyib:
“Bu gün mən Fəxri Xiyabana getdiyim üçün ölkə başçımızın çıxışına baxa bilmədim, amma təkrar verəcəklər baxacam. Mən çox sevindim ki, torpaqlarımız şükür Allaha ki, işğaldan azad olunur. Gün o gün olsun düşmənlərimiz Kəlbəcərimizdən, Laçınımızdan, Xankəndimizdən də çıxsınlar. Bu gün qonaqları qəbul edə-edə radiodan eşitdim ki, 20 noyabr Azərbaycanın tarixinə Ağdamın azad olunması kimi düşdü. Daha sonra isə diktor heç nə demədi. Mən də fikirləşdim ki, 1991-ci ildə 18 oktyabr müstəqillik aktına Məhəmməd Əsədov kimi aydınlarımız imza atmışdılar. Daha sonra 20 noyabrda onlar Qarakənd kəndi üzərində şəhid oldular. Yəni 20 noyabr tariximizdə ilk dəfə bu cür yadda qalıb. Düşündüm ki, gərək diktor Qarakənd faciəsində şəhid olan ziyalılarımızı da xatırladardı. Əksinə, 1991-ci ildə o aydınlarımız şəhid olmasaydı, bu 20 ildə ölkəmizin vəziyyəti bu cür olmazdı, erməninin nə ixtiyarı var idi ki, torpaqlarımızı işğal etsin?”
M.Əsədova Məhəmməd müəllimin torpaqlarımızın işğaldan azad edilməsi dövründə yuxusuna girmədiyini bildirib:
“Mən sizə yalan deyə bilmərəm, yuxuma girməyib. Amma mən Məhəmməd Əsədovu həmişə canlı görürəm, elə bilirəm ki, nə vaxtsa qayıdıb gələcək və görəcək ki, xalqımız nə qədər əziyyə çəkib. Əvvəllər tez-tez yuxuma girərdi, amma son zamanlar yada düşmür deyə yuxuma girmir”.
M.Əsədova işğaldan azad edilən rayonlarımıza yollar açıldıqdan sonra doğulduğu Zəngilan rayonuna gedəcəyini deyib:
“İşğaldan azad olunan rayonlarımızın hər biri bir ölkədir. İnşallah gedəndə birinci Zəngilana gedəcəm. Qayınatamın Baharlı kəndinə və ordan isə Mincivana ata evimizə gedib, ziyarətgahımıza baş çəkəcəm. Bilirsiniz ki, ermənilər o yerləri talan ediblər. Zəngilanda qızıl yataqları olduğu üçün ermənilər rayonu bizə vermək istəmirdilər. Bizim ordumuz Zəngilanı alandan sonra ermənilər ikinci dəfə rayonu qaytarmaq istəyirdi. Qızıl yatağına görə Zəngilanda başqa ölkələrin də marağı var. Biz Məhəmməd Əsədovla bir dəfə Ağdamda olmuşuq və onda Ağdamın inkişaf edən vaxtları idi. İndi Zəngilandan sonra Allah qismət etsə, övladlarımla birlikdə Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya gedəcəm”.
M.Əsədovu heç vaxt digər ziyalılardan ayırmadığını deyib:
“Mən 1991-ci il hadisəsini heç vaxt unuda bilmərəm. Bir dəfə Milli Məclisdən təklif etdilər ki, Məhəmməd Əsədova Azərbaycanın Milli Qəhrəmanı adını verək. Mən də dedim ki, Məhəmməd Əsədov vertolıyotda tək deyildi, əgər hamısına bu adı verirsinizsə, verin. Amma tək Məhəmməd Əsədova bu adı vermək istəyirsinizsə, mən onu onlardan ayıra bilmərəm. Düşünürəm ki, dövlətimiz nə vaxtsa, Qarakənd faciəsinin şəhidləriylə bağlı da müəyyən qərarlar qəbul edər. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya