Bu gün Ukraynada ACLIQ soyqırımı günüdür
Bu gün Ukraynada Holodomor qurbanlarının xatirəsi ehtiramla yad ediləcək.
Ovqat.com-un məlumatına görə, Ukrayna Prezidentin 1998 və 2007-ci il fərmanlarına əsasən, hər il noyabr ayının dördüncü şənbə günü ölkədə Holodomor qurbanlarının xatirəsi milli matəm kimi qeyd olunur.
Holodomor faciəsi SSRİ dövründə Rusiyanın şüurlu siyasəti nəticəsində milyonlarla ukraynalını acından öldürməsi anlamına gəlir. SSRİ-nin ilk quruculuq illərindən 1947-ci illərə qədər – hardasa 26 il müxtəlif aralıqlarla həyata keçirilən süni qıtlıq siyasətilə ölkədə kolxozlaşmaya qarşı çıxan ukraynalıların əlindəki bütün ərzaq ehtiyatlarını alan sovet rejimi xalqı aclıqla imtahana çəkərək müqavimətini qırmağa çalışmışdı. Nəticədə milyonlarla ukraynalı aclıqdan qırılmışdı. Rusiya bu faktı indiyədək məxfi saxlamaq məqsədilə arxivləri bağlı tutduğundan Holodomor aclığı zamanı nə qədər insanın öldüyünü müəyyənləşdirmək mümkün deyil. Bəzi iddialara görə, 4 milyon, bəzi iddialara görə isə 8 milyon ukraynalı aclıq imtahanının qurbanı olub. Bu isə ölkənin 20-25 faizinin kütləvi şəkildə qətliamı deməkdir.
Sovet hakimiyyəti illərində ukraynalılar üç süni qıtlıq yaşayıblar: 1921-1923, 1932-1933 və 1946-1947-ci illər qıtlığı. Ən ağır qıtlıq isə 1932-1933-cü illərdə baş verib. Ölkədə hazırda Stalin rejiminin törətdiyi bu süni qıtlıq Ukrayna xalqının soyqırımı kimi də qəbul olunur və qurbanların xatirəsi yad edilər.
Holodomor soyqırımı Ukrayna ziyalılarına və ruhanilərinə qarşı aparılan repressiya siyasətinin davamı idi və milli ənənələri məhv edib yeni sovet adamı yaratmaq siyasətinə qulluq edirdi. Rusiya bu qırğını 1922-1953-cü illərə qədər SSRİ-nin əzazil diktatoru olmuş İosif Stalinin ayağına yazmağa çalışsa da, hadisələrin Stalin hakimiyyəti illərindən əvvəl başladığı da sirr deyil. Bu mənada 1921-ci ildə həyata keçirilən və 3 il davam etdirilən süni qıtlıq siyasəti hansısa siyasi xadimin deyil, Sovet rus imperiyasının dövlət strategiyası idi. Başlıca məqsədlərdən biri də müstəqil yaşamaq istəyən Ukraynanı sındırmaq və digər respublikalara göz dağı verməkdi.
Holodomor soyqırımının ən yüksək zirvəsi sayılan 1932-1933-cü il qırğınları Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin 18 Noyabr 1932-ci il tarixli "Taxıl tədarükünün gücləndirilməsi tədbirləri haqqında" qərarı ilə başlayıb. Qərarda taxıl yığımı planlarını yerinə yetirmədiklərinə görə cəza tədbirləri nəzərdə tutulurdu - təsərrüfatlar natural qaydada cərimələrlə cəzalandırılır, 15 aylıq ət normasına əl qoyulurdu. Sonradan qadağan edilmiş məhsullarının siyahısına kartof və yağ da əlavə olunmuşdu. İlin sonunda isə uzun müddət saxlanması mümkün digər məhsullarla siyahi genişləndirilmişdi. Bundan əlavə, həmin gün çıxan "Əksinqilabçı yuvaların ləğvi və kulak qruplarının məğlub edilməsi haqqında" Fərmanda "əksinqilabi cinayətlər" maddəsinə əsasən taxılın kəndlilərdən zorla alınmasına icazə verilirdi.
Bu fərmanların ardınca 26 noyabrda Ukrayna Ədalət Xalq Komissarlığı və Ukrayna SSR Baş Prokuroru tərəfindən onun həyata keçirilmə mexanizmi barədə sərəncam imzalanır və sərəncamda "repressiyaların taxıl satınalmalarına qarşı sinfi müqaviməti aradan qaldırılmasının ən güclü vasitələrindən biri olduğu" vurğulanır. Dolayısıyla, süni şəkildə yaradılmış aclıq bəlkə də tarixdə ilk dəfə düşünülmüş və etina ilə həyata keçirilmiş cəza növünə çevrilir.
Ukraynada Holodomor abidəsi
Bu fərman və sərəncamlara istinad edən ruslar Ukrayna kəndlilərinin əlindəki bütün qida məhsullarını müsadirə edir və onlara dolanışıq üçün heç nə buraxmırdılar. Kəndlilərin öz azuqə ehtiyatlarını evlərində gizlətmək şansları da yox idi. İstənilən an müfəttişlərin evlərə basqın edib hər yeri axtarmaq hüququ vardı və azuqəsini gizlədənlər “kulak” adıyla ya güllələnilir, ya da Sibirə sürgün olunurdular.
Beləcə, illərlə qeyri-ərzaq məhsulları yeməklə ayaqda dayanmağa çalışan Ukrayna kəndliləri kütləvi şəkildə qırılırdılar. Sovet hakimiyyəti isə Ukraynadan topladığı taxılı xarici ölkələrə satırdı. Rəsmi statistikaya görə, SSRİ 1932-ci ildə 1.7 milyon, 1933-cü ildə isə 1.84 milyon ton taxıl ixrac etmişdi.
Məlumata görə, 1932-ci ilin dekabrında Ukraynanın 82 bölgəsində qida ticarəti qadağan edilmiş, sənaye məhsullarının tədarükü belə dayandırılmışdı. 1933-cü ilin əvvəlində aclıqdan əziyyət çəkən əhalinin Ukraynadan çıxmasına da qadağa qoyulmuşdu. Ukrayna kəndlilərinin son xilas ümidləri də əllərindən alınmışdı. “Kolxozlaşmaq” istəməyən kəndlilər rəsmən acından ölümə məhkum olunmuşdular.
1932-33-cü illərdə 22 ay davam edən aclıq terroru dünya tarixinə ən acımasız soyqırım kimi düşə bilər. Təsadüfi deyil ki, 7 dekabr 2016-cı ildə Ukrayna parlamentinin digər dövlətləri Holodomoru Ukrayna xalqının soyqırımı kimi tanımağa çağırmasına bir çox ölkədən müsbət reaksiyalar verilib. Hazırda 17 ölkə bu barədə qərar qəbul edib, digər 10 ölkə rəsmi sənədlərində Holodomoru totalitar Stalin rejiminin törətdiyi ağır faciə kimi qınayıb.
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Rusiya vətəndaşı olan Cəlilabadlı Ukraynada döyüşdə həlak olub - FOTO
22 mart 2024 16:05
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Putini QULDUR adlandırdı - Video
16 mart 2024 10:49
- Rusiyalı general-polkovnik Ukraynada öldürüldü
12 mart 2024 10:04
- Erməni terrorçular 31 türk diplomatını ÖLDÜRÜBLƏR
11 mart 2024 18:20
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41