Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəti 19 milyon 624 min 211 AZN təşkil edən 7 müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, müqavilələrdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi nəzərdə tutulur.
Fondun əməkdaşlıq etdiyi şirkətlər aşağıdakılardır:
“Rabitəinşaat” ASC
“Tunel-Metro İnşaat” MMC
“GM Construction” MMC
“Progress” Sənaye-İstehsalat Şirkəti
“Müasir Tikintilər” MMC
“Rabitə İnşaat” ASC 2 və 3 saylı binaların tikintisini həyata keçərəcək. Buna görə Fond şirkətə 6 milyon 552 min 365 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən nizamnamə kapitalı 4000 AZN olan ASC 28 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 227c-də yerləşir. ASC-nin qanuni təmsilçisi isə İskəndərov Yelmar Əmirxan oğludur.
Hakim Yeni Azəraycan Partiyasının (YAP) üzvü olan Yelmar İskəndərov 1991-ci rabitə bir sıra tikinti təşkilatlarında çalışıb. O, 1992-1997-ci illər ərzində “Azərrabitəinşaat” 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində (TQİ) baş mühəndis, 1997-2002-ci illərdə “Azərrabitəinşaat” ASC-də İdarə Heyəti sədrinin müavini, 2002-2004-cü illərdə sədri vəzifəsində işləyib. 2004-cü ildən “Rabitəinşaat” ASC-nin sədridir.
Bu şirkət əsas etibarilə mülki və yaşayış binaları üzrə ixtisaslaşmış tikinti təşkilatıdır.
Mediada gedən məlumatlara görə, “Rabitəinşaat” ASC “Azərrabitəinşaat” ASC-nin bazasında yaradılıb.
“Yelmar İskəndərov smetanın süni şişirdilməsi, alınan mal-materilların “qənaət edilmiş” hissəsinin öz aralarında bölüşdürülməsi, “ölü canlar”ın qetdiyyata salınması və bir çox başqa maxinasiyaların mahir bilicisi kimi ad çıxarıb. Hətta eyni bir rayonda 840 yerlik məktəb korpusunun tikintisini 2,5 milyon manata başa çatdırdığı halda, “Rabitəinşaat” ASC yenə də həmin rayonda cəmi 600 yerlik korpusun tikintisinə artıq 3,4 milyon vəsait sərf edə bilər. Təbii ki, bəzi sifarişçiləri də məhz bu kimi “bacarıqlar” xüsusilə maraqlandırır”, – mediada tirajlanan materiallarda qeyd edilir.
“Tunel-Metro İnşaat” MMC isə 5 saylı binanın tikintisini həyata keçirəcək. Buna görə şirkətə fond tərəfindən 3 milyon 278 min 644 AZN ödənilməlidir.
MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. 05 fevral 1997-ci ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tiflis PR, ev 3166-cı məhəllə, mənzil 113-də yerləşən şirkətin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.
Şövqi Seyfullayev barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da təsadüfi deyil. Çünki internet resurslarında apardığımız araşdırmalar zamanı aydın olub ki, MMC-nin direktoru əslində Qərib Dadaşovdur. Bu, Qərib Dadaşovun avtobioqrafiyasında da qeyd edilib. YAP üzvü olan adıçəkilən şəxs 2015-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
6 və 7 nömrəli binaların inşasını həyata keçirəcək “GM Construction” MMC bunun müqabilində 6 milyon 540 min 392 AZN alacaq.
“GM Construction” MMC 26 yanvar 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov İlqar Maarif oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin 88895.55 AZN vergi borcu var.
“Progress” Sənaye-İstehsalat şirkəti isə 3 milyon 277 min 587 AZN-ə 8 saylı binanın tikintisini həyata keçirəcək. 26 dekabr 1994-cü ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 20 AZN-dir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli, ev 20, mənzil 5B-də yerləşir. Qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğlu olan şirkətin 90 min AZN-ə yaxın vergi borcu var. Başqa bir maraqlı məqam isə şirkətin qeydiyyatda olduğu ünvanla bağlıdır. Bu ünvanda xeyli sayda şirkət qeydiyyatdadır.
1 saylı binanın tikintisini həyata keçirəcək “Müasir Tikintilər” MMC isə buna görə 3 milyon 245 min 418 AZN alacaq.
Bu şirkət 25 fevral 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN-dir. Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, mənzil 118-də yerləşir. Qanuni təmsilçisi Tusi İlkin Tusi oğludur.
Şirkət və qanuni təçsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
Araşdırmalar zamanı o da aydın oldu ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu bu şirkətlərə vaxtaşırı müraciət edir. Fondun ən iri layihələri adətən bu şirkətlərə verilir.
Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadə həm də deputatdır. YAP üzvü olan Mahir Abbaszadə 121 saylı Laçın seçki dairəsindən beşinci və altıncı çağırış üzrə Milli Məclisin deputatı seçilib.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31