18 yanvardan sonra bizi nə gözləyir?
Həkim qaydaların yumşaldılmasının tərəfdarıdır: “Metro da açılmalıdır, digər obyektlər də”
Dünyada koronavirusa yoluxma halları pik həddə çatıb. Belə ki, biz bu materialı hazırlayan zaman dünyada ümumilikdə 90 milyon 748 min adam yoluxub. Onlardan 1 milyon 944 nəfəri dünyasını dəyişib. Bu zamana qədər müalicə alaraq sağalanlar isə 64 milyon 892 nəfərdir. Ötən sutka koronavirusa 612 min 446 nəfər yoluxub. 8 min 893 nəfər isə son 24 saatda bu virusdan dünyasını dəyişib. Hər iki göstərici ötən aylarla müqayisədə yüksəkdir. Koronavirus hazırda dövrünün ən pik həddini yaşayır. Bundan sonra nələrin olacağı isə məlum deyil.
İndiyə qədər COVİD-19-la bağlı bir neçə dəfə proqnozlar verilib və bildirilib ki, hazırda koronavirusa yoluxma pik həddədir. Əksər mütəxəssislər hesab edirdilər ki, getdikcə bu rəqəm enən xəttə keçəcək. Lakin son zamanlar bunun əksini müşahidə etdik.
Hazırda dünyada vaksinasiya prosesi başlayıb. Bununla bağlı hər gün yeni məlumatlar verilir və Azərbaycanın da yaxın günlərdə vaksinasiya prosesinə başlayacağı gözləniləndir. İlk olaraq risk qrupuna daxil olan şəxslərə (tibb işçiləri, 65 yaşdan yuxarı olan şəxslər və sairə) vaksin vurulacaq. Bu barədə daha öncəki saylarımızdan detallı məlumatlar yazdığımız üçün bu barədə xırdalıqlara getmirik.
Hazırda Azərbaycanda hər kəsi maraqlandıran məsələ ölkəmizdəki sərt karantin rejiminin nə zaman qaldırılacağıdır. Nazirlər Kabinetinin qərarına əsasən ölkədə 18 yanvara qədər sərt karantin rejimi tətbiq edilib. Yəni bu zamana qədər sərt karantin rejiminin aradan qaldırılacağı real görünmür. Heç bu barədə hansısa rəsmi açıqlama da mövcud deyil. Gözləntilər bu tarixdən sonraya aiddir. Hazırda ölkədə demək olar ki, obyektlərin hamısı online xidmətə keçib. Bir çox sahələr istisna olmaqla, iş fəaliyyətləri xeyli məhdudlaşdırılıb.
Yoluxma sayında isə karantindən əvvəlki dövrlə müqayisədə azalma görürük. Son göstəriciyə görə (10 yanvar) Azərbaycanda 13 min 61 nəfər aktiv koronavirus xəstəsi var. Yoluxma ən çox Bakının payına düşür (52.1 faiz).
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sonxeber.az saytına bildirib ki, 18 yanvardan sonra karantinin yumşaldılması ilə bağlı onda heç bir məlumat yoxdur:
“Hazırda yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq edilir. Sərt karantin rejimi ilə bağlı hər hansı məlumat çıxarsa, tərəfimizdən bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Onu da qeyd edək ki, artıq dünyanın bir çox yerində Miladla bağlı tətbiq edilən sərt karantin rejimi aradan qaldırılıb. Məsələn, İtaliyada Milad və Yeni il bayramları ilə bağlı tətil dövrü başa çatdıqdan sonra ölkədə karantin qaydalarında yeni mərhələ başlayıb. Yanvarın 11-dən etibarən İtaliyanın regionları səviyyəsində tənzimlənmiş işıqfor sistemi yenidən qüvvəyə minib və 20 regiondan 15-i “sarı zona” elan edilib. Bu isə o deməkdir ki, həmin regionlarda epidemioloji vəziyyət qastronomiya obyektlərinin yenidən fəaliyyət göstərməsinə icazə verib. Həmin regionlarda kafe və restoranların fəaliyyətinə icazə verilməsi 220 min obyektin qapılarını öz müştəriləri üçün açmasına imkan yaradıb.
Ölkənin beş regionu (Lombardiya, Emiliya-Romanya, Veneto, Karabriya və Siciliya) isə yoluxma səviyyəsi yüksək olduğuna görə “narıncı zona” elan edilib.
Karantin qaydalarının yumşaldılması ilə bağlı ən böyük xaos isə təhsil sistemində hökm sürür. Nazirlər Kabineti yanvarın 11-də bütün ölkə üzrə yuxarı siniflər üçün tədrisin bərpa olunacağını nəzərdə tutsa da, Lombardiya və bir sıra böyük regionların hökumətləri tədrisin distant formada davamına qərar veriblər. Məktəblərin açılışının hər regionda fərqli tarixdə nəzərdə tutulması valideyn və müəllimlər arasında narazılıqla qarşılanıb. Hökumətin koronavirus böhranında yürütdüyü təhsil siyasətinə etiraz olaraq ötən həftəsonu ölkənin müxtəlif regionlarında şagirdlərin maraqlarını təmsil edən təşkilatlar aksiyalar təşkil ediblər.
Həkim Qalib Əsədov “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda da karantin rejimi tamamilə ləğv edilməlidir:
“Sərt karantin rejimini tətbiq etməyən Belarus, Koreyanın, İsveçrənin göstəriciləri ilə bizim göstəricilərimizi müqayisə etsək görərik ki, karantin yoluxmanın qarşısını almaq üçün həll yolu deyil. Koreyada 600 nəfər, bizdə isə 3 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Ona görə də karantin rejimi tamamilə götürülməli, insanlar əvvəlki həyatlarına qayıtmalıdırlar. Dünyada hazırda vaksinasiya prosesi gedir və bir yandan da mutasiya xəbərləri gəlir. Artıq sübut olunub ki, hazırkı vaksinlər mutasiyaya uğrayan viruslara da təsir edir. Lakin bu cür təşkilatçılıqla mənə elə gəlir ki, prosesi uzatmaq istəyirlər. Ciddi işlər görülməlidir. Belə təşkilatçılıq olmaz. Əgər bizdə sərt karantin olmasaydı, koronavirusa yoluxma ölkəmiz üçün çoxdan bitmişdi. İnsanlarda kollektiv immunitet yaranardı və biz daha yaxşı yaşayardıq”.
Həkim hesab edir ki, dünya bizim yolumuzla getmir:
“Dünyanın heç bir yerində SMS-lə küçəyə çıxılmır, 10 aylıq sərt karantin rejimi olmayıb, ölkədaxili gediş-gəliş bu cür məhdudlaşdırılmayıb, çimərliklər bağlı saxlanılmayıb və sairə. Ona görə də biz karantini ləğv edib, metronu açmalıyıq. Cəmiyyət əvvəlki şəraitinə qayıtmalıdır. Yalnız bundan sonra koronavirusa qalib gələ bilərik”.
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05