Nizami Gəncəvi harada anadan olub?
Maraqlı16 yanvar 2021 21:50
Zaur Əliyev, dosent
Dünya şöhrətli Nizami Gəncəvinin harada anadan olması barədə bir çox müzakirələr aparılır. Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvinin guya Qaxın Qum, İran alimlərinin iddiasına görə isə İranın Qum şəhərində anadan olması barədə fikirlər səslənir.
Bunu iddia edənlər də Hacı Lütf Əli bəy "Ataşkadah” bioqrafik əsərinə istinad edirlər. Nizami Gəncəvinin Qum şəhərində anadan olmasını iddia edən Hacı Lütf Əli bəy "İsgəndərnamə” əsərinin ikinci hissəsi olan "İqbalnamədə” şairin
Gəncə dənizində olsam da pünhan,
Yerim Qum şəhridir, yurdum Qohestan.
Təfrişdə Ta adlı bir kənd dayanıb,
Nizami ad-sanı ordan qazanıb! - misrasını əlində əsas tutaraq dahi şairin Gəncədə anadan olmamasını yazır.
Bundan sonra da bu informasiyadan çıxış edərək XVIII əsrdən başlayaraq dünya şərqşünaslığı ilə yaxşı tanış olan insanlar İranı Nizaminin vətəni hesab etməyə başladılar. Lakin kimsə bu misranın orjinalını və doğurdanmı Nizami Gəncəvinin əsərində belə bir sitatın olmasının ardınca düşmədən onu fars və İran şairi hesab etməyə başlayıblar.
Birincisi, coğrafiyaya nəzər salsaq görərik ki, İran ərazisində Qohestan deyilən bir yer yoxdur. İkincisi isə Qum Nizami Gəncəvinin şəhər adlandırdığı kriteriyalara uyğun gəlmir. O zaman Qum balaca bir kənd idi və onun böyük şəhər olması mümkün deyildi. Qaxın Qum kəndi də o illərdə elə böyük bir yer deyildi və şəhər kimi onun barəsində heç bir məlumat yoxdur. Bunun üçün alim olmaq lazım deyil, eləcə coğrafi yerlər haqqında google.az-da axtarış aparmaq kifayət edər ki, məlumat əldə edə biləsiniz.
Uzun illər Nizami Gəncəvinin İran şairi olması bir çox şərqşünas alimlərin əsərində qeyd edilməyə başladı. Bu alimlər ən etibarlı mənbə olan Nizaminin orta əsr bioqraflarının hamısı, xüsusilə Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) və s.) şairin doğulduğu şəhər kimi, onun bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncə şəhərində anadan olub fikirlərini görməzdən gəldilər. Bu anlaşımazlıq uzun zaman çəkəcək idi ki, XX əsrin birinci yarısında məşhur rus şərqşünası akademik Y.E.Bertels mövzunu araşdırmaq qərarına gəlməsəydi. Məhz o, Nizami Gəncəvinin bütün əsərlərini, xüsusilə "İsgəndərnamə” əsərini ciddi-ciddi tədqiq edib, sübut etdi ki, Hacı Lütf Əli bəyin iddia etdiyi kimi yuxarıda qeyd etdiyim "Qum şəhərindəm adlı” sətirlər Nizaminin həmin əsərinin digər əlyazmalarda, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni bu sətirlər şairin "İskəndərnamə" əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır.
Akademik öz tədqiqat əsərində yazır: "Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında bu sətir də yoxdur".
Onun ardınca akademik Y.Kraçkovski, akademik A.E.Krımski, Azərbaycan alimləri H.Arazlı, C.Heyət, R.Əliyev və başqaları "İsgəndərnamə” əsərinin orjinallarını tədqiq edərək dahi şairin Azərbaycanın Gəncə şəhərində anadan olmasını sübut etdilər. Lakin həmin illər sovet elmi dünya miqyasına tam çıxmamışdı və II Dünya müharibəsinin başlaması, Qərb alimlərinin akademik Y.E.Bertelsin əsərlərinə çıxışı olmaması bu sübutun onlara çatmamasına səbəb yaratdığı üçün onlar Nizamini İran şairi kimi qələmə verməkdə davam etdilər. Lakin elmdə vicdanlı alimlər də var, İranda Nizami Gəncəvinin əsərlərinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onun İranda anadan olmasını "təsdiqləyən" şəxslərdən fərqli olaraq əsl elmi tədqiqat aparan İran ədəbiyyatşünaslarından V.Dəstgerdi haqlı olaraq Nizaminin Qumda anadan olmadığını, "İsgəndərnamə” əsərinin üzünün köçürülməsi zamanı Qumda anadan olması barədə fikirlərin sonradan mirzələr tərəfindən salındığını iddia edir. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmayıb.
Nizaminin Qaxın Qum şəhəri ilə bağlı versiyalara gəldikdə isə şairin yubileyi ərəfəsində görkəmli şərqşünaslar R.Əliyev və A.Sarovlu Azərbaycan höküməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdən sonra onlardan hesabat tələb edəndə cavab bu olub ki, Qum kəndi kiçik bir kənddir və guya Nizaminin "Qum şəhərində” anadan olması barədə "böyük şəhər Qum” bura ola bilməz.
Nizami Gəncəvi özü "Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində konkret anadan olduğu yeri qeyd edir: "Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”
"Qum şəhəri Qəhrestanı” məhəlləsinə gəldikdə isə bu onun əsərlərinin sürətini köçürən şəxslərin artırmalarıdır. Çünki, Nizami əsərlərinin ojrinal nüsxələrndə belə bir şey yoxdur. Konkret olaraq qeyd edək ki, Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində "İsgəndərnamə"nin "İqbalnamə” hissəsinin bir yerində şair Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək Qumla bağlı dörd misra qəsdən artırılıb.
Oxşar xəbərlər
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya