AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
İqtisadiyyat20 yanvar 2021 10:21
AZAL prezidenti Cahangir Əsgərovun qızı Məlahət Əsgərova bu günlərdə İngiltərədə növbəti şirkətini açıb.
NUH.az xəbət verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.
Jurnalistin sözlərinə görə, MRCR ART LIMITED adlanan şirkət bu il yanvarın 8-də Britaniya Şirkətlər Evində Əsgərovlar ailəsinə məxsus Gazelli Art House-nin yerləşdiyi London, Dover Street 39 ünvanında 13123235 saylı lisenziya ilə qeydiyyatdan keçib:
"Cahangir Əsgərovun qızlarının İngiltərədə daha bir neçə şirkəti mövcuddur.
AZAL dövlət büdcəsindən hər il 10 milyon manat subsidiya alır. AZAL şefinin qızlarına məxsus təkcə iki şirkətin (GAZELLI ART HOUSE LIMITED və GAZELLI INTERNATIONAL LIMITED) son maliyyə hesabatlarına görə aktivlərinin həcmi isə 45 milyon funt sterlinq və ya 100 milyon manat təşkil edir.
Müharibədən bir ay əvvəl keçirdiyi müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid etmişdi. Demişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı.
Sitat: "Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?”"
Cavanşir Həsənli AZAL şefinin ailəsinə məxsus şirkətlərinin bir hissəsinin siyahısını da yayıb:
- Batumidəki nəhəng GLORIA” hoteli;
- Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE” hoteli;
- Tiflisdə bahalı "Veranda” restoranı;
- Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
- Naftalanda "Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
- İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi”;
- Nabranda 30 ha sahədə villa;
- Qala qəsəbəsində 265 ha badam bağı;
- "Premium Bank” ASC-də (keçmiş "Silkyway”) səhmlərin 29,085 faizi;
- Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
- SOROKA LIMITED (Londonda);
- Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
- Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
- Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
- Londonda "C3 – CIII LIMITED” şirkəti
- Türkiyədə "D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
- Londonda "SET INTELLIGENCE LIMITED” şirkəti;
- Azərbaycanda "GAZELLİ GROUP”
- İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
- İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
- Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
- ASC HANDLING LIMITED (Londonda);
- AS582 LIMITED (Londonda);
- Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
- ICLEVERWEB LTD (Londonda);
- SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
- Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
- SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);
- İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
- SEDITION LIMITED (London).
- Xaçmaz rayonu, Nabran kəndindəki "RİVER İNN Boutique Spa” hoteli.
Qeyd edək ki, dövlət şirkətlərinin idarəolunmasında şəffaflığın artırılması məqsədilə Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılıb. AZAL başda olmaqla dövlət şirkətləri holdinqin idarəçiliyinə verilib. AİH dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasını həyata keçirməlidir. Ümid edək ki, yeni yaradılan İnvestisya Holdinqi qısa bir zamanda AZAL-da şəffaflığa nail ola biləcək və dövlət şirkətinin idarəetməsini optimallaşdırmağa nail olacaq...
Oxşar xəbərlər
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- BMT Azərbaycanın xəritəsini YENİLƏDİ
21 mart 2024 23:46
- Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir
21 mart 2024 11:32
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 2024 20:40
- BAKCELL-də yeni təyinat
15 mart 2024 20:20
- Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
14 mart 2024 07:43
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya