Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
Kriminal24 fevral 2021 21:57
2020-ci ilin yayında Mərkəzi Bank "AGBank”ın ləğvi haqda qərarını açıqladı. Qərarda qeyd olunurdu ki, "AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.
Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkməklə, 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqe tutdu. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank "xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı. Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun "çətiri” altında idi. E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dönəmdə Çingiz Əsədullayev bankı qanunsuzluq yuvasına çevirmişdi. Bank işini nüfuzdan salan, əhalinin banklara inamını azaldan əmanətlərə xəyanətlər, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, "çirkli pulyuma” əməliyyatları adi hallar idi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı bankı öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayevin da "dağlarına qar yağdı”.
Azərbaycandan 5 milyardı kimlər çıxardıb?
İllərlə Mərkəzi Bankın qanuni tələblərini yaxına buraxmayan Əsədullayev çox çətin duruma düşdü. Bankçılıqdan uzaq bankında problemlər günü-gündən artmağa başladı. Bankdakı qanunsuzluqlar nəhayət ki, kölgədən çıxarıldı və ittiham aktlarında Çingiz Əsədullayevin adı yer almağa başladı.
2020-ci ildə bankın ləğvinə qərar verildiyi günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam edirdi. Külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işinin araşdırılması zamanı üzə çıxan faktlar bankın çöküşünün labüdlüyünü ortaya qoyurdu. Məsələn, şahid qismində ifadə verən, bankda kassir işləmiş Vidadi Əliyev dindirilərkən demişdi ki, onu işə təqsirləndirilən Malik Əliyev dəvət edib. Təkcə 2014-cü ilin oktyabrında "Elektromaş” MMC-nin adına 10 milyona yaxın pul köçürülüb. Proses zamanı o da məlum olub ki, elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin Vidadi Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb. Bununla da Malik Əliyevin rəhbərliyi ilə bu şəbəkə "AGBank”ın ofisində icarədar kimi ofis götürərək bank kimi fəaliyyət göstərib. Bununla da onlar fəaliyyətlərinə bank görüntüsü yaradıblar. Daha sonra həmin pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb. Bütün bu əməliyyatlar 2013-2015-ci illərdə həyata keçirilib və ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkət adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına, sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib. Rəsmi ittihama görə, M.Əliyev "Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD” vasitəsilə 79 milyon manat, "Primo A” MMC vasitəsilə 213,5 milyon manat, "İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Ümumi məbləğ 5 milyard 500 milyon manatdır. Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər. Onlar hansısa təzyiqlərdən qorxaraq bunu gizlədirlər. Yoxsa gün ərzində milyonlar daşıyan adamın pulların əsl sahibini tanımaması nə qədər inandırıcıdır?
Bu məhkəmə prosesi davam etdiyi günlərdə belə xəbərlər vardı ki, bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq nazir Eldar Mahmudova məxsus olub. Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə dəfələrlə məlumatlar dərc etmişik. Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon manat bir gündə ölkədən çıxarılıb. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı. 30 milyon manat Dominikan Respublikasında qeydiyyatda olan "Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb.
Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğ idi. Aydındır ki, Eldar Mahmudov ölkədən pulqaçırma əməliyyatlarını etibar etdiyi, güvəndiyi şəxsin – Çingiz Əsədullayevin bankı üzərindən həyata keçirib. Ölkədən onun rəhbərlik etdiyi bank üzərindən 6 milyard manatdan artıq pul qaçırılıb və Çingiz Əsədullayev heç nə olmamış kimi ortalıqda gəzir. Halbuki ölkədən qaçırılan, büdcə vəsaitləri olması şübhə doğurmayan məbləğlərin geri qaytarılması zamanı çoxdan çatıb. Əsədullayev kimi xalqın cibindən oğurlanmış vəsaitlərə əli bulaşmış hər kəs əməlinə görə cavab verməlidir. Həmin məbləğlərlə işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı xalqın, ölkənin bir çox problemlərini də çözmək olar. İndi milyardları oğurlayanlardan hesab sormaq zamanıdır.
(Pravda.az)
Oxşar xəbərlər
- Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
11 aprel 2024 11:06
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya