Laçındakı keçi fermasından - Reportaj
Hər zaman ət, süd və yun istehsalına görə öndə gedən rayonlarımızdan olmuş Laçında heyvandarlıqla bağlı ənənələr bərpa edilir.
Bu baxımdan 1 ilə yaxındır ki, rayonun Zerti kəndində yaradılmış Heyvandarlıq Seleksiya Mərkəzi xüsusi rol oynayır.
Müasir standartlara cavab verən, lazımi infrastruktura malik, hər birinin ölçüsü 240 kvadratmetr olan 5 saxlancdan ibarət Mərkəzdə xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması, onların sayının artırılması üçün müxtəlif növ keçilər və qoyunlar saxlanılır.
Əsasən Laçın sakinləri olmaqla 15 nəfərin daimi çalışdığı Mərkəzin işi ilə bizi sahə üzrə nəzarətçi Əli Cəmilzadə tanış edir. Onun sözlərinə görə, buradakı keçilər müxtəlif ölkələrdən gətirilib. Hazırda yerli şəraitə uyğunlaşma dövründə olan heyvanlardan gələcəkdə ətlik-südlük və yun çıxımı daha yüksək olan cinslərin əldə edilməsi planlaşdırılır.
"Əsas məqsəd müxtəlif növ heyvanların seleksiyasını təşkil etməkdir. Hazırda mərkəzdə 31 baş keçi saxlanılır. Bunun da 5-i xaricdən gətirilmiş Hələb, Honamlı, Alpin, Klis və Saanen tipli cins heyvanlardır. Onların hər birinin öz xüsusiyyətləri var. Məsələn, Hələb keçisi xarici görünüşünə görə digərlərindən kəskin fərqlənir. Onun vətəni başda Suriya olmaqla Şərq ölkələridir. Ona görə də Hələb keçisi eyni zamanda Şam keçisi, Dəməşq keçisi kimi tanınır. Keçi 50-dən çox ölkədə yayılıb, isti iqlimə dözümlü olduğu üçün təsərrüfatlarda baş sayı getdikcə artır. Hələb keçisinin erkək növünün (təkə) hündürlüyü 1 metrə, çəkisi 130 kiloqrama qədər, dişi növünün isə hündürlüyü 75 sm-ə qədər, çəkisi isə 85-95 kiloqrama qədər olur. Bu keçinin yeni doğulan balası isə 5 kiloqram ağırlığında olur. Ətlik-südlük cins olsa da onun südünə daha çox üstünlük verilir. Hər cür iqlim şəraitinə tez uyğunlaşan, sürü halında asan idarə olunan bu heyvanları gündə iki dəfə sağmaq mümkündür. Keçinin baş sayı artdıqda texnoloji üsulla sağımın tətbiqi qaçılmaz olur. Fermerlər deyir ki, otarılma ilə yanaşı, qüvvəli yem verilərsə, gün ərzində 3-6 litr süd sağmaq mümkündür. Ümumiyyətlə isə həm Hələb keçisi, həm də digər keçilər məhsuldarlığı ilə seçilir. Onların südü çox proteinli olur", - deyə nəzarətçi qeyd edir.
Cənubi Qafqazda qoyunçuluğun beşiyi Azərbaycan sayılır. Odur ki, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində həm də 15 növ xarici cinsdən olan 75 baş qoyun saxlanılır. Ə.Cəmilzadə deyir ki, mərkəzdə Fransa, Cənubi Afrika, Rusiya və Türkiyədən gətirilmiş qoyunlar var:
"Məsələn, Türkiyə sortu olan Anadolu Merinosu əsasən iplik üçün nəzərdə tutulur. Həmçinin bu sort ətlik istiqaməti üzrə də yüksək potensiala malikdir. Azərbaycanda xalq seleksiyası yolu ilə çoxlu qiymətli qoyun cinslərinin genefondları yaradılıb. Həmin cinslərdən Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Azərbaycan dağ merinosu və Pirəsoranı göstərmək olar. Amma xaricdən gətirilən heyvanların məhsuldarlığı çoxdur. Buna görə də bu cinslərə tələbat var. Bu mərkəzdə yetişdirilən xırdabuynuzlu heyvanlar Laçının yenidən heyvandarlıq mərkəzi kimi tanınmasına töhfə verəcək. Laçının otlaqları və suları boldur, bunlar heyvandarlığın inkişafına imkan verəcək".
Ə.Cəmilzadə Laçında həyatın yenidən qaynamasına çox sevinir. "Laçın mənim valideynlərimin yurdudur. Uşaqlıqdan Laçın həsrəti ilə böyümüşəm. Burada xidmət göstərmək və bu böyük quruculuğun bir parçası olmaq çox sevindiricidir. Laçın möhtəşəmliyini geri qaytarır", - müsahibim fikrini tamamlayır.
"Report"
- Kosmosa uçmaq istəyən məşhur azərbaycanlı jurnalistə nə mane oldu...
28 yanvar 2024 16:15
- Alimpaşa Məmmədov azadlıq yolunda - əmlaklarını necə xilas etdi..
26 yanvar 2024 13:56
- Ruben Vardanyanla bağlı yeni faktlar üzə çıxdı (VİDEO)
19 dekabr 2023 08:44
- UCALIĞIN SİMVOLU və yaxud İNSANLIĞIN ƏDƏBİYYAT GÜNƏŞİ
11 oktyabr 2023 09:05
- Eldar Mahmudovun kabinetində itən 2 qızıl keçi - sensasion təfərrüat
23 iyun 2023 08:54
- Azərbaycanda 17 uşağı olan yeganə ailə... - Video
12 may 2023 11:36
- “Qum hamamı”: Oğul anaları subay gənc qızlara burada müştəri gözü...FFOTO
7 may 2023 22:25
- Əmək Nazirliyi 74 milyona qoyun, keçi, inək alıb camaata verəcək-Təndir)
19 mart 2023 18:50
- Qarajda əzablar içində öldü - Əməkdar artistin faciəvi taleyi (VİDEO)
12 mart 2023 13:52
- Özünü “məzlumların hamisi” sayan Xomeyninin nəvələri Avropada ....
25 noyabr 2022 13:46
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53