Elmar Məmmədyarov 313 illik maaşı ilə bir oğluna iki ev alıb
Araşdırmaçı jurnalist Cavanşir Həsənli Elmar Məmmədyarovla bağlı yaydığı bir məlumata görə oxucularından üzr istəyib. Sən demə, Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda oğluna bir ev almayıbmış.
Ovqat.com xəbər verir ki, jurnalistin dünən axşam öz facebook səhifəsində paylaşdığı həmin “üzrxahlıq mesajı”nda bildirib:
“Əziz dostlar, xarici işlər naziri Elmar Məmmədyarovla bağlı yaydığım məlumata görə üzrxahlığımı bildirirəm. Ona görə ki, bundan əvvəl yaydığım məlumat natamam idi və əslində XİN rəhbəri oğlu Emin Məmməyarovun adına Nyu-York, Riverside Boulevard 120 ünvanında bir deyil, 2 mənzil alıb.
Mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb.
Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər. Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub. Yəni ümumilikdə 4 milyon 250 min dollar!
Sizə aşağıda Nyu York şəhər Maliyyə Departamentinin mənzillərdən birinə aid 2015070B00529001 nömrəli sənədini (Şəhər Qeydiyyat idarəsindən çıxarış) təqdim edirəm.
Sənəddə mənzilin dəyərinin tam ödənildiyini əksini tapıb. Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova) da bu mənzillərdə qeydiyyatdadırlar.
Baxaq, XİN bu sənədə nə cavab verəcək?”
Sual oluna bilər: ölkənin ən təmiz naziri kimi tanıdığımız Elmar Məmmədyarov bu evləri neçə aylıq maaşı ilə alıb?
Gəlin, hesablayaq: 4 milyon 250 min dollar bizim pulla 7 milyon 225 min manat edir. Elmar Məmmədyarovun aylıq maaşı isə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamıyla müəyyənləşdirilib. Həmin sərəncama əsasən, nazirlər 1925 manat maaş alır. Yerli və beynəlxalq qanunvericiliyə əsasən, nazirlərin, iri məmur və deputatların biznes fəaliyyətilə məşğul olması da qadağandır. Deməli Elmar Məmmədyarov həmin evi maaşıyla alıb. Bəs, Nyu Yorkdakı iki evin qiyməti neçə aylıq maaş edər?
4, 250, 000 X 1.7 = 7, 225, 000 manat.
7, 225, 000 / 1925 = 3, 753 ay.
3, 753 /12 = 313 il.
Bəli, hardasa 313 il.
Üstəlik, Elmar Məmmədyarovun bir yox, iki oğlu var. Riad adlı digər oğluna da eyni gözlə baxıbsa, bu 626 illik maaş edər.
Niyə təəccüblənirsiniz? Tövrata görə, Nuh peyğəmbər 950 il yaşayıb. Nuh peyğəmbər 950 il yaşaya bilər, Elmar Məmmədyarov 626 illik maaşı ilə övladlarına ev ala bilməz?
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06