Kosmosa uçmaq istəyən məşhur azərbaycanlı jurnalistə nə mane oldu...
Türkiyəli astronavt Alper Gezeravcının kosmosa uçuşu bir neçə gündür kosmonavtika mövzusunu gündəm edib. Həm Türkiyə, həm də Azərbaycan mediası, eləcə də sosial şəbəkələr mövzuya dair müxtəlif müzakirələr açır, yazılar dərc edirlər.
Modern.az saytı oxucular üçün maraqlı ola biləcəhyini nəzərə alaraq kosmonavtika mövzusuna dair araşdırma yazısını təqdim edir.
Yəqin ki, çoxları keçmiş Sovet İttifaqı dövründə hansı azərbaycanlı qadının kosmosa uçmaq istəməyindən, bunun üçün hətta təlim mərkəzində olmağından, tibbi komissiyadan keçməyindən xəbərsizdir. Amma belə bir hadisə olub və söhbət sıradan bir şəxsdən deyil, məşhur jurnalist xanımdan gedir.
Bu məşhur jurnalist xanım Elmira Əmrahqızı (Əhmədova) olub. O Elmira Əmrahqızı ki, Bakıda törədilmiş qanlı 20 Yanvar qırğını barədə həqiqətləri "Azadlıq" radiosu vasitəsilə ilk dəfə hayqıraraq dünyaya çatdıran azsaylı jurnalistlərdən biri olub.
Bəs Elmira Əmrahqızının kosmosa uçmaq istəyi necə yaranmışdı...
Hər şey 1989-cu ilin aprelində, keçmiş SSRİ-nin Baş Kosmos İdarəsi ilə Yaponiyanın Ti-Bi-Es televiziyası arasında bir yapon jurnalistin sovet kosmik gəmisində kosomosa uçuşu ilə bağlı qeyri-hökumət müqaviləsinin imzalanmasından sonra başladı.
Bu yapon jurnalist dünyadakı bütün həmkarları arasında Yeri kosmosdan görəcək birinci KİV nümayəndəsi olacaqdı.
Amma o zaman sözügedən müqavilə sovet ictimaiyyətinə elan olunanda SSRİ məkanında böyük hay-küy, qısqanclıq yarandı: axı niyə ancaq yapon jurnalist?
SSRİ-nin Mərkəzi Televiziyasında isə “bəs bizim jurnalistlər” sualı da səsləndirildi. Bu, ölkənin güc strukturlarına müəyyən təsir göstərdi
Nəticədə SSRİ Jurnalistlər Birliyində kosmos komissiyası yaradıldı. Sovet jurnalistlərinə də kosmosa uçuşa hazırlaşmaq üçün namizədlər irəli sürmək təklif olundu. Bununla bağlı yaradıcılıq müsabiqəsinə start verildi və 300-ə yaxın jurnalist müsabiqəyə müraciət etdi.
Müraciət edənlər arasında azərbaycanlı jurnalist Elmira Əmrahqızı da vardı.
Uçuş üçün 2 sovet jurnalisti seçilməliydi - həm əsas, həm də ehtiyat.
Kosmosa uçuş üzrə Ümumittifaq jurnalist müsabiqəsinin ilkin mərhələsi çətin keçdi və 300 nəfərdən cəmi 20-si seçildi.
1989-cu ilin sentyabrında qaliblərin Baykonur şəhərindəki kosmodroma işgüzar səfəri təşkil olundu. Onların arasında Elmira Əmrahqızı da vardı.
Baykonurdan sonra Moskvaətrafındakı Uçuşları idarə edən mərkəzlə tanışlıq oldu və ardınca da Tibbi-Bioloji Problemlər İnstitutunda ilkin tibbi müayinələr həyata keçirildi.
Bu, iştirakçılar üçün çox çətin tibbi sınaq idi. Ən ciddi sınaq isə KUK testi sayılırdı.
Bu müayinə zamanı komissiya əksər qalib jurnalistlər kimi Elmira xanımın sağlamlıq nöqteyi-nəzərdən kosmosa uçuşunu məqbul saymadı.
Müsabiqədə iştirak etmiş Rusiyanın “Hərbi dənizçi” qəzetinin jurnalisti Valeri Qromak xatirələrində yazır:
“Bütün bunları necə unuda bilərəm? Mənimlə yanaşı, bakılı Elmira Əhmədova, lvovlu Jenya Sklyarenko, cezqazqanlı Seryoja Jukov kimi “Sovet qələminin akulaları” kosmos müsabiqəsinin qalibləri arasında idilər...
Biz ünsiyyətcil və təmkinli, iddialı və təvazökar, bilikli və həm də olacaqlardan xəbərsiz idik. Bizi “kosmik müsabiqənin finalçılar qrupu” adlandırırdılar”.
Rusiyalı jurnalist Valeri Qromakın sözlərinə görə, çətin KUK testi zamanı jurnalist Elmira Əhmədovanın Koriolis sürətləndirici kreslosundan yıxılmağı komissiyadakı bütün tibb işçilərini çox təşvişə salmış, müsabiqənin digər iştirakçılarında isə qorxu hissini artırmışdı.
Bu test zamanı gələcək astronavt kresloda oturur və yavaş-yavaş fırlanmağa başlayır. Sonra fırlanma o qədər sürətli olur ki, dövrə hər iki saniyədən bir təkrarlanır. Bu məşq sayəsində bədən çəkisizlik zamanı baş verən hərəkət xəstəliyinin öhdəsindən gəlməyi öyrənir.
Elmira Əmrahqızının ardınca “Komsomolskaya pravda”dan Yaroslav Qolovanov, “Stroitelnaya qazeta”dan Aleksandr Fyodrov, “Pravda”dan Vladimir Snegirev və Andrey Tarasov, "Texnologiya və iqtisadiyyat" jurnalından Sergey Jukov, eləcə də digər jurnalistlər də tibbi komissiyada “ilişdilər”.
Birinci və “çox yumşaq” tibbi müayinədən sonra 16 nəfər qaldı. Daha sonra 10 nəfər də çıxdaş edildi. Yekunda 2 nəfər qalmalı idi...
Amma Sovet jurnalistlərilə bağlı müsabiqənin yekunu onunla nəticələndi ki, SSRİ-nin Baş Kosmos İdarəsi onlardan heç birini tibbi nöqteyi-nəzrdən kosmosa göndərməyi məqbul saymadı.
Yaponiya tərəfi öz jurnalistini kosmosa göndərə bildi - bu, Ti-Bi-Es televiziyasının 48 yaşlı əməkdaşı Toyohiro Akiyama idi. O, Ti-Bi-Es telekanalının Vaşinqton bürosunun rəhbəri idi.
Toyohiro Akiyama Yaponiyadakı tibbi müayinələrdən tam sağlam olaraq çıxmışdı.
2 dekabr 1990-cı ildə "Mir" orbital stansiyasının 8-ci əsas ekspedisiyasının ekipajının tərkibində gəmi komandiri Viktor Afanasyev və bort mühəndisi Musa Manarovla (bakılı-red.) birlikdə jurnalist Toyohiro Akiyama da tədqiqatçı kosmonavtı kimi "Soyuz TM-11" gəmisində kosmosa buraxıldı.
Toyohiro Akiyama kosmosa uçan 239-cu insan və ilk yapon oldu. O, həm də kosmosa uçan ilk peşəkar jurnalist kimi tarixə düşdü.
Kosmik stansiyada işlədiyi 7 gün ərzində o, yapon tamaşaçıları üçün bir neçə canlı reportaj hazırladı, yapon məktəbliləri üçün televiziya dərsləri keçdi.
10 dekabr 1990-cı ildə jurnalist Toyohiro Akiyama “Soyuz TM-10” kosmik gəmisində Yerə qayıtdı. Onun kosmosa uçuşunun müddəti 7 gün 21 saat 54 dəqiqə oldu.
Azərbaycanlı jurnalist - “Bakı”, “Baku”, “Nezavisimaya qazeta”, “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını”, “Azadlıq” kimi qəzet və jurnallarda, 1990-cı ildən sonra isə “Azadlıq” radisonunun Bakı bürosunda işləyən Elmira Əmrahqızı kosmosa uça bilməsə də, jurnalistikada özünəməxsus parlaq iz qoyaraq bu dünyadan köçdü.
Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev Modern.az-a müsahibəsində anasının kosmosa uçmaq istəyindən danışarkən bunları deyib:
“O müsabiqə "Kosmos - uşaqlar üçün məkan" adlanırdı. Anam da layihəyə cəlb olunmuşdu, kosmosa uçmaq istəyirdi. Anamın ikicə səhifəlik məqaləsi onu qaliblər sırasına çıxarmışdı. O, Moskvaya getdi, hətta bəzi tibbi sınaqlarda da iştirak etdi.
O vaxt SSRİ-dən də bir jurnalistin kosmosa göndərilməsi planlaşdırılmışdı. Sonradan kosmosa yalnız yapon jurnalist göndərildi”.
"Qızıl qələm", "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülmüş jurnalist 27 fevral 1998-ci ildə xərçəng xəstəliyindən vəfat etdi. Mərhum Prezident Heydər Əliyevin göstərişi ilə Elmira Əmrahqıznın nəşi II Fəxri xiyabanda dəfn olundu.
E.Əmrahqızının iki oğlu yadigar qalıb. Nəvələrindən biri isə onun adını daşıyır.
Əfqan Qafarlı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda dərc olunub.
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 2024 10:56
- Eldəniz Əzizli dördqat dünya çempionu oldu
29 oktyabr 2024 23:26
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Vanqa və Nostradamusdan qorxunc proqnoz: 2025-ci ildə...
27 oktyabr 2024 14:02
- Serbiya heç vaxt NATO üzvü olmayacaq - Popoviç
27 oktyabr 2024 13:15
- Strateji tərəfdaşlığın yeni istiqaməti
27 oktyabr 2024 16:10
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14