Zibili sata bilərsiz - “Kiloya görə qiymət dəyişir”+Video
Bəlkə də əyninizdəki köynəyin, hər gecə başınızın altına qoyub yatdığınız balışın, naharda istifadə etdiyiniz birdəfəlik qabların tərkibini nə vaxtsa içib zibil qutusuna atdığınız plastik butulkalar təşkil edir.
Əslində xarici marka adı ilə aldığımız həmin bu köynək, balış və ya qablar elə öz yerli xammalımızdan hazırlanır. Belə ki, Bakıda sözügedən plastik qabları zibil qutularından yığaraq emal edən zavod fəaliyyət göstərir. Həmin bu zavod hazırladığı xammalı təkrar emal üçün xarici ölkələrə göndərir. Bu ölkələr isə bizim atdığımız tullantılardan iplik, sintepon, birdəfəlik qablar və s. hazırlayıb yenidən bizim ölkəyə satırlar.
Biz də “Qafqazinfo” olaraq plastik tullantıların yığımı və təkrar emal üçün hazırlanma prosesini yaxından müşahidə etmək üçün bu dəfə “AzEkol” şirkətinə yollanırıq. Əvvəlcə onu qeyd edim ki, şirkət yerləşdiyi ərazidən asılı olaraq həftədə bir neçə dəfə plastik tullantıların konteynerlərdən yığımını həyata keçirir. Daha sonra yığılan tullantılar birbaşa olaraq şirkətə yenidən emal üçün aparılır.
“AzEkol” MMC 2010-cu ildə yaransa da, 2017-ci ildən Balaxanı Sənaye Parkında zavod kimi fəaliyyətə başlayıb. Fəaliyyətinin əsas istiqaməti isə tullantı poliqonlarında yığılmış PET (Polietilentereftalat) şüşələrinin emal edilməsidir.
Şirkətin rəhbəri Ruslan Ağayevin sözlərinə görə, zavodun illik istehsal həcmi 1500 tondur və hazırda 35 nəfərlik bir heyətlə fəaliyyət göstərirlər:
“Əvvəllər xammal əldə etdiyimiz yeganə yer Balaxanı poliqonu idi. Daha sonra isə bu işi genişləndirərək regionlardan da yığıma başladıq. Bizim sırf ixtisaslaşdığımız sahə PET-in təkrar emalıdır. PET neftdən istehsal olunmuş polimerlərdəndir və təkrar emalı iki cürdür: kimyəvi və texniki. Bizim hazırda göstərdiyimiz xidmət sırf texniki emaldır. Yəni, respublikanın müxtəlif zonalarından toplanılan PET-lər buraya gətirilir və təkrar emal üçün hazırlanır.
Xammal halına gətirilmiş PET Rusiya, Belarus, Türkiyə və İrana ixrac olunur. Bu polimerin digərlərindən fərqi ondan ibarətdir ki, maya dəyəri daha ucuzdur. Buna görə də su, şirə və digər qida istehsalçıları bu cür qablaşmalardan daha çox istifadə edirlər. Təbiətdə tullantıların 0,3 faizini sırf polietilentereftarat təşkil edir”.
Plastik butulkaların kiloqramı 15-25 qəpik arasında götürülür
PET şüşələrin qəbulu əsasən regionlarda qeyri-rəsmi işləyən poliqonlardan və tullantı materiallarının çeşidlənməsi zavodundan qəbul olunur: “Aztəminatlı əhalinin müəyyən bir kütləsi bu işlə məşğul olur. İstəyirik, bu işi o həddə çatdıraq ki, insanlar plastik qabları poliqona tullamadan bizə təqdim etsinlər. Dekabr ayından etibarən pilot layihə kimi Bakının 50 MTK-da konteynerimiz yerləşdiriləcək.
Bizim zavoda gətirilən bütün mallar müəyyən maliyyə vəsaiti müqabilində əldə olunur. Daşınma xərcinə görə qiymətlər fərqlidir. Ortalama desək, PET məmulatarının hər kiloqramının qiyməti 15-25 qəpik arasında dəyişir”.
Zavodda gedən iş prosesini müşahidə edirik. Plastik butulkalardan yaradılmış “dağ” qısa müddət ərzində bir neçə dəfə azalıb-çoxalırdı. Onlar xammal halına salınmaq üçün 12 mərhələdən keçir. Əvvəlcə məmulatlar bunkerə daxil olur. İkinci olaraq etiket soyana yönləndirilir. Daha sonra isə üyüdücü anbara yollanır. Bu iki qurğu arasında çeşidləmə xətti var. Orada çeşidləyici əməkdaşlar qəhvəyi və yaşıl rəngli butulkaları seçərək sadəcə şəffaf və mavi rəngi saxlayır. Üyüdücüdə qablar qapağı ilə birlikdə üyüdülür. Yuyucuya keçdikdən sonra PET hissə suyun altına çökür, qapaq hissə isə suyun üstünə qalxır. Oradan ayrı-ayrı çıxışlardan anbarlara toplanır.
Daha sonra bir neçə dəfə yuyulub sıxılan xammal kisələrə doldurulur. Bununla da şirkət işini bitirir və sifarişlər xarici ölkələrə yola düşür.
PET-in təkrar emalından paltarlar üçün iplik, sintepon, birdəfəlik istifadə üçün qablar və s. hazırlanır
R. Ağayevin sözlərinə görə, hazırda əsas müştəriləri Rusiyadandır və onlar şirkətin təkrar emal etdikləri xammaldan iplik hazırlayırlar:
“Həmin iplik pal-paltar üçün istifadə olunur. Balarusda bir müştərimiz var, PET-lent düzəldir. Həmin lentdən isə birdəfəlik qablar, qida ilə təmasda olmayan qutular hazırlanır. Bundan başqa, sintepon istehsal olunur ki, yerli şirkətlər onu xaricdən alır. Bizim ölkədə hazırda sintepon istehsal edən şirkət yoxdur. Çünki idxalı daha sərfəlidir, nəinki yerli istehsalı.
Bu təkrar emalın ekologiyamız üçün təsiri həddindən artıq böyükdür. Bizim işimizdə yardımçı olduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürümü bildirirəm”.
“Şüşə, kağız və karton qablaşdırmaya qayıtmaq lazımdır. Bu, daha sağlam üsuldur və təbiətə də zərər vurmur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın bu fikirləri bir daha təstiqləyir ki, nazirlik plastik məhsullardan istifadənin tədricən azaldılması istiqamətində ciddi işlərə davam edir:
“Bu yaxınlarda Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, plastik qablardakı məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, nazirlik tərəfindən ictimaiyyət arasında sorğu keçirilir, plastik məmulatların zərəri və fəsadlari təbliğ edilir, kompleks tədbirlər planı hazırlanır”.
Ölkəmizdə plastik tullantıların həcminin gündən-günə artdığını vurğulayan Nazirliyinin sektor müdiri Mehman Nəbiyev isə çirklənmənin 50%-nin son 25 ilin payına düşdüyünü bildirib:
“Artıq bir çox ölkələrdə bununla bağlı tədbirlər görülməyə başlayıb. Tullantıların toplanması və çeşidlənməsinin daha da yaxşılaşdırılması baxımından əhalinin sıx məskunlaşdığı ərazilərdə, regionlarda konteynerlər yerləşdirilib. Artıq 35-ə yaxın rayon mərkəzində 110-a qədər konteyner quraşdırılıb. Burada toplanan tullantıların yığımı təkrar emal müəssisələri tərəfindən həyata keçirilir”.
Günel Hacı
Fotolar - Video: Nuran Məmmədov
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06