- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir (FOTO/VİDEO)
Reportaj18 noyabr 2018 13:54
Gələn il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi respublika səviyyəsində qeyd ediləcək. Gələn il həm də Bakının məşhur "Nəsimi bazarı” söküləcək.
Bu iki məlumatın xəbər lentində ard-arda yer almasının bir təsadüf olub-olmadığı bilmirik. Amma bilinən odur ki, gələn il gerçəkləşdiriləcək bu hadisələrdən biri Nəsiminin adını yaşadacaq, digəri isə bir məkandan Nəsimi adını ömürlük siləcək.
Birinci xəbərlə işimiz yoxdur, bizi daha çox ikinci hissə maraqlandırır. Yaşı 60-dan çox olan bu bazarın birdən-birə bağlanması zərurəti haradan yarandı?
Bu suala birinci cavabı xəbər yayılan kimi Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov verib.
O bildirib ki, ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir.
"Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsi ilə bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlar aparılır”.
Bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənəcək.
Bu açıqlamada bir məqam diqqət çəkir. Bazar görüntüyə uyğun deyilsə, o təmir edilə və fəaliyyəti davam etdirilə bilər.
Daha söküb bina tikmək niyə?
Üstəlik, dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində bu cür bazarlar var. Məsələn, Parisdə "Saint-Ouen” bit bazarı, İstanbulda "Balıq bazarı”, İngiltərədə "Borough Market” bazarları qədim olduqlarına görə turistlərin daha çox diqqətini cəlb edir. Xatırladım ki, bu bazarların 100-150 illik tarixləri var.
İndi biz 60 yaşlı bazar köhnədir deyə onu necə sökə bilərik?
Əsas səbəbi araşdırmaq üçün üz tutduq bazara. Bazardakı sakitlik və alıcı qıtlığını səhər saatları, eləcə də həftə içi olduğu ilə əlaqələndirsək də, məlum oldu ki, əsas səbəb sökülmə xəbərləridir. Alıcılar deyir ki, bu xəbərlər yayılandan alıcı üzünə həsrətdirlər.
60 il əvvəl bu bazara gəlib
1959-cu ildə ilk dəfə tələbə vaxtı rayondan bu bazara kartof satmaq üçün gələn 79 yaşlı Yunis adlı satıcı deyir ki, zavodda işdən çıxandan sonra yenidən satıcı kimi bazara üz tutub. Ömrünün son 20 ili bu bazarda keçib.
"İllərdir hamımız çörək pulumuzu burdan çıxarırıq. 50-60 nəfər burdan qazandığı pulla ailə saxlayır. Hər ailədə 5-6 nəfər olduğunu nəzərə alsaq, nə qədər adamın çörəyinin kəsiləcəyini təxmin edərsiniz. İndi birdən-birə xəbər yayılıb ki, bazar bağlanır. Amma bazar rəhbərliyi bizə heç bir xəbərdarlıq etməyib. Bu yaşımda gedib harada işləyə bilərəm? Əslində özümdən çox bu gəncləri düşünürəm. Mən pensiya ilə dolanmağa çalışacam, bəs bu cavanlar necə edəcək”.
Yunis dayı ilə söhbətimizi görən satıcılar bir-bir başımıza toplaşır. Məlum olur ki, onlar söküntü ilə bağlı ancaq mediadan eşidiblər. Bazar rəhbərliyi isə onlara heç bir söküntünün olmayacağını deyib.
Satıcıların bəziləri bazarın Bakının müasir görüntüsünə uyğun olmaması fikrini qəbul etdiklərini deyir, amma onları bundan daha çox öz aqibətləri narahat edir:
"Burada daimi alıcılarımız var. İndi bizi hansı bazara köçürəcəklər, orada normal alıcı tapa biləcəyikmi?”
50 yaşımda harada iş tapacam?
Satıcılar bazara gələnlərin hər dəfə söküntü barədə sorğu-sualından bezdiklərini deyirlər:
"Çünki bir tərəfdən müdriyyət heç bir söküntü olmadığını, televiziyalar isə bazarın söküləcəyini deyir. Biz də çaşqınlıq içərisindəyik. Söküntü xəbərlərindən sonra təzə mal gətirmək istəmirik. Bizə söküntüdən altı ay əvvəl xəbər verməlidirlər ki, mallarımızı sataq, ya da yeni yer tapaq. Bazar rəhbərliyi də bizə deyib ki, elə bir şey olsa, beş-altı ay əvvəldən məlumat veriləcək. Paltar satanlar arasında bəziləri bütün pullarını, hətta evini satıb mal alıblar. İndi bazar bağlansa, onların vəziyyəti necə olacaq?” 50 yaşımız var, bundan sonra harada işləyə bilərik? Bazar bağlansa, havada qalacağıq”.
Alıcılar arasında bütün bu söhbətlər xəbərsiz olacağına and içənlər də oldu, hətta bazarın bağlanmasından narahat olmadığını deyənlər də.
Amma 15 ildir həyat yoldaşı ilə bazarda satıcılıq edən Lalə xanım bu xəbərin ən çox narahat olanlardandır:
"Özümün 60, yoldaşımın 64 yaşı var, təqaüd almırıq, bu yaşımda da məni heç kim işə götürməz. Nə etməliyəm? Bazar bağlansa, mütləq bizə əlavə yer verməlidirlər. Yeddi nəfərlik ailəyik burdan gələn pulla dolanırıq. Bazar bağlansa nə edəcəyik?”
Adını demək istəməyən başqa bir satıcı qadın deyir ki, onlara xəbər verilmədən bazar sökülsə hüquqlarını qorumaq üçün lazımi addımlar atacaqlar:
"Bazar bağlanmadan 6 ay əvvəl bazar rəhbərliyi bizə xəbər verməlidir. Mən kimsəsiz qadınam, evim yaxınlıqdadır. Ona görə də bura rahat gəlib-gedə bilirəm. Təqaüd yaşım da deyil, sabah bazar bağlansa, mənim aqibətim necə olacaq? Heç olmazsa, əvvəldən desələr, malları əldən çıxararıq. Ermənistanda 5 il Ali Sovetin deputatı işləmişəm, qanunları bilirəm. Xəbər verilmədən heç kimin evini sökə bilməzlər. Xəbər vermədən bazarın sökülməsi bizim hamımızın dənizə tökülməsi deməkdir. Onlarla ailə buradan dolanır”.
Rəhbərlik nə deyir?
Bütün ölkə Nəsimi bazarının söküləcəyindən danışarkən alıcıların bundan xəbərsiz olması şübhəlidir. Bu şübhəyə son qoymaq üçün bazar rəhbərliyi ilə bir də biz danışmaq istəyirik. Alıcılardan öyrənirik suallarımıza Vaqif adlı nəzarətçi cavab verə bilər, o da səhərdən bazardadır, "polkalar”ı gəzir. Lakin bir anda Vaqif bəyi gördüm deyən olmur. Bazar rəhbərliyi üçün müəyyən edilmiş otağa baş çəkirik. Orada bazar gözətçisi kimi özünü təqdim edən şəxs Vaqif bəyin 15 dəqiqəyə gələcəyini deyir. Vəd etdiyi vaxt tamama yetəndə isə onun işinin çıxdığını azı bir-iki saat olmayacağını bildirir və üstəlik, bazar nəzarətçisi ilə telefonla danışmağımızın mümkünsüz olduğunu deyir. Nə Vaqif bəyin nömrəsini verir, nə də özünün telefonu ilə danışmağımıza imkan yaradır. Bunu deyib yanımızdan elə qaçır ki...
Bazar rəhbərliyindən cavab ala bilməsək də, ərazidə tikinti aparan "Olympus Park Şirkəti”nin Nəsimi nümayəndəsi Fizamməd Xankişiyevlə danışa bildik. O bildirdi ki, tikinti işləri Azadlıq prospekti ilə akademik M.Mirqasımov və Mirəli Qaşqay küçələrinin kəsişməsində pilot layihə əsasında həyata keçirilir.
"Pilot layihəni bizim şirkət aparır. Nəsimi bazarına bitişik həyət evlərini sökərək tikinti işlərinə başlamışıq. Ərazidə 4 bina tikilir, bir bina bazar ərazisinə düşür. Pilot layihələr zamanı yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri ilə danışıq aparırıq. Pilot layihələrin icrası zamanı sakinlərin razılığının alınması ilə bağlı şərt var. Biz də hazırda bazar sahibi ilə razılaşma aparırıq, müəyyən detalların sonlanma mərhələsindəyik. Yəqin ki, növbəti ilin əvvəlində bazar söküləcək. Bazarın söküləcəyi dəqiqdir, lakin hansı aydan başlanacağı məlum deyil. Danışıqlarda tam detallar həllini tapmalıdır. Həmin bazar ərazisində tikiləcək binanın 3 mərtəbəsi ticarət mərkəzi olacaq və bazar sahibinə həmin ərazidə obyekt veriləcək. Bazar sahibi icarədarlarına yer var”.
F.Xankişiyev bildirdi ki, tikinti başlanandan 18-24 ay sonra başa çatmalıdır.
"Bu müddət ərzində bazar ərazisində fəaliyyət göstərən satıcıların aqibəti barədə bazar sahibi məlumatlı ola bilər. Bizim işimiz bazar sahibi ilə razılıq əldə etməkdir”.
Mənbə: publika.az
Oxşar xəbərlər
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
Xəbər lenti
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya