Həsən Həsənov Atropatena-dan danışıb
Dünya9 yanvar 2019 15:17
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Atropatena//Azərbaycan dövlətinin yaranma tarixi geniş müzakirə olunub.
Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov Elmi Şuranın genişləndirilmiş iclasında "Azərbaycan” adlı dövlətin yaranma tarixi barədə geniş məruzə ilə çıxış edib.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: "Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb”. Akademik əlavə edib ki, bu günlərdə Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.
H.Həsənov iclasda tarixçi alimlərə "Azərbaycan” adlı dövlətin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumat verib. O bildirib ki, Atropatena ölkəsinin adı müasir "Azərbaycan” anlayışının fonetik versiyasıdır: "Mən Roma tarixçisi Ammian Marsellin (IV əsr) və "Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinad edərək bildirirəm ki, "Azərbaycan” adlı dövlət e.ə. VII əsrdə yaranıb. İndiyə kimi elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 321-ci ildə yarandığı bildirilir. Əslində Atropatena e.ə. IV əsrdə yaradılmayıb, e.ə. 321-ci ildə sadəcə olaraq onun müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, e.ə. 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində "Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiq edək”, - deyə H.Həsənov qeyd edib. Beləliklə, e.ə. 612-ci il "Azərbaycan” adlı dövlətin yarandığı ildir.
H.Həsənov çıxışında xüsusi qeyd edib: "Dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir, V əsr Suriya mənbəsinə görə, onun kökündə 2700 il bundan əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan "Arpat” və yaxud "Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Baş Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi”.
H.Həsənov məruzəsində bildirib ki, Albaniya dövləti e.ə. I əsrdə yaranıb: "Albaniya dövlətinin yarandığı ərazi e.ə. 612-ci ildən e.ə. II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır”.
Tədbirin sonunda Yaqub Mahmudov bildirib: "Həsən Həsənovun Elmi Şuramızda qaldırdığı məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır. Ona görə də ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”.
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Dünya ordularının reytinq sıralaması
22 mart 2024 23:02
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Nürəddin Mehdixanlının vəsiyyəti ....
21 mart 2024 19:28
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya