“Cahangir Hacıyev az qala ölmüşdü”
Ömrünün uzun illərini dəbdəbəli həyat tərzində yaşayan, xüsusi imtiyazları olan şəxslərin birdən-birə həbsxana yaşayına məhkum olunması olduqca çətindir. Digər sadə insanlardan fərqli olaraq bu tipli adamlar həbsxanada qısa zamanda sağalmaz xəstəliklərə düçar olur ya da intiharlara əl atırlar.
Hələ 2005-ci ildə Fərhad Əliyevlə birgə həbs olunan İqtisadi İnkişaf Nazirliyinin yüksək vəzifəli şəxsi Əlihüseyn Şalıyev həbsinin ilk dönəmlərində damarlarını kəsərək, intihar etdi.
Həyatının uzun illərini vətəndaşlara qarşı qanunsuz əməllərə sərf edən MTN-nin Anti-Terror Mərkəzinin rəis müavini İlqar Əliyev də həbsinin ilk günlərində özünü asaraq öldürdü. Həbxsana həyatına məhkum olunmuş məşhurlardan biri də Beynəlxalq Bankın prezidenti olmuş Cahangir Hacıyevdir. 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev ölkənin ən zəngin insanlarından biri idi. Olduqca yüksək həyat təzi keçiridir.
Bəs görəsən, O, həbs həyatına adaptasiya ola bilibmi? Bu suala Cahangir Hacıyevin məhbs yoldaşı sabiq vicdan məhbusu İlkin Rüstəmzadə aydınlıq gətirib.
O, bildirib ki, Cahangir Hacıyevdə gözləmədiyi üstünlükləri kəşf edib: “Azərbaycan məmuru deyəndə ilk olaraq insanın ağlına korrupsioner, rüşvətxor bir obraz gəlir. Beynəlxalq Bankın səhmlərinin bir hissəsinin dövlətə məxsus olmasını nəzərə alsaq o zaman Cahangir Hacıyevi də prinsip etibarı ilə məmur sırasına aid edə bilərik. Mən o adamın belə yüksək intelektə malik olmasını təsəvvür eləmirdim. Olduqca kübar və dünyagörüşlü insan idi.
Cahangir Hacıyevlə normal münasibətimiz var idi. O, həbsxanaya gələndə ən çox nəzərətdə olan mən idim. İstəmirdilər ki, siyasi məhbuslarla ünsiyyəti olsun. Çox söhbətlərimiz olub. İndi onun haqda nəsə xoş söz demək istəmirəm, bunun ona zərəri dəyə bilər. Ancaq deyə bilərəm ki, xoş bir insandır. Açığı mən elə bir nəhəng intellektin həbsdə qalmasını arzulamıram”.
İlkin Rüstəmzadə deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanda ən dözülməz şəraiti olan müəssisələrdən sayılır: “Bu müəssisəyə rüşvət verib normal şəraiti olan “zonlara” gedə bilməyənlər və siyasi sifarişli şəxslər cəza üçün göndərilir. Sabiq səhiyyə naziri Əli İnsanov da cəzasını bu müəssisədə çəkib. Bundan başqa Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Əbdül Əbilov, Fərəc Kərimli, Bayram Məmmədov və digər siyasi məhbuslar burada saxlanılıb. Burada şərait olduqca ağırdır. Təsəvvür edin ki, yataqxanada 160 nəfər yatır. İki mərtəbəli olan bir korpusda 350-400 nəfər var və onları üçün cəmi 2-3 sanitar-qovşaq var. Cahangir Hacıyev də bu məhbuslardan biridir. Ona qarşı müsbət mənada özəl münasibət yoxdur. Əksinə, ona qarşı çox ciddi təzyiqlər olub. Bir dəfə mənim gözlərimin qarşısında ölürdü. Təzyiqi aşağı düşmüşdü. Elə bir halda onu xəstəxanaya aparmadılar. Baxmayaraq ki, həbsxanada şəxsi maliyyəsi hesabına müəyyən işlər görmüşdü”. (gununsesi.org)
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15