Bir qrup alim prezidentə şikayət etdi: “Bizə kömək edin!”
Günün sitatı22 iyul 2019 15:54
Azərbaycanda bir qrup alim mənzil problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
"Yeni Sabah” xəbər verir ki, müəlliflər dəfələrlə qaldırılan bu problemin hələ də öz həllini tapmadığını bildiriblər. Alimlər 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12-də yerləşən AMEA-nın Aspirantlar yataqxanası sakinləri AMEA prezidenti və onun ətrafındakı məmurlar tərəfindən mənzil almaq hüquqlarının pozulduqlarını, layihəni AMEA və Sipark ("Evro Stroy-S” MMC) inşaat tərəfindən öz mənfəət bazalarına çevirdiklərini qeyd ediblər.
"Bu gün də bu qanunsuz əməllər davam edir. Sipark inşaatla AMEA bizə ayrılan mənzilləri sataraq bizi evsiz qoyublar. Müraciət ünvanlanandan bu günə kimi bizim problemimiz öz həllini tapmamış, təəssüflər olsun ki, səsimizi də Sizə onların havadarlarının hesabına çatdıra bilməmişik.
Biz sakinlər bu yataqxanaya qanuni yollarla gəlmişik, vaxtı ilə AMEA əməkdaşı olmuşuq və bu gün də AMEA əməkdaşlarıyıq, amma AMEA rəhbərliyi və Sipark inşaat əlbirliyi ilə bütün qanunları pozaraq bizim mənzillərimizi mənimsəyərək Sizin verdiyiniz göstərişı həyata keçirməyərək, bizləri Dövlətdən narazı salaraq Sizin idarə etmə imicinizə ziyan vururlar”.
Müraciətdə bildirilib ki, AMEA yataqxanasında yaşayan 118 ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən "Aspirantlar yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib.
Amma AMEA ilə (indiki Sipark) "Evrostroy-S” MMC arasındakı razılaşmada tikilən yeni binada yataqxana sakinlərinin mənzillə təmin olunmaları əsas şərt olsa da, həmin 118 ailə bu günə qədər yeni mənzillərini gözləməkdədirlər, bu vaxta qədər həmin mənzillərin əsil sahiblərinə verilməsi ləngidilir.
"Məsələnin həlli ilə əlaqədar sakinlər müxtəlif instansiyaların qapılarını döymələrinə baxmayaraq heç bir nəticə yoxdur.
Cənab Prezident, sizdən xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz.
Hazırda tikinti şirkəti (Sipark) "Evrostroy-S” MMC və AMEA bina sakinlərinin razılığını alıb rəsmi instansiyalardan keçərək tikinti işlərini başlatdıqdan sonra yuxarıda gostərilən şərtlərdən boyun qaçırmağa çalışır.
Yuxarıda göstərilən problemin meydana çıxmasının səbəblərindən biri də göstərilən müqaviləni o tarixdə imzalayan Elmlər Akademiyası Prezidenti mərhum Mahmud Kərimovun vaxtsız vəfatından sonra AMEA-ya akad. Akif Əlizadənin rəhbər təyin olunması ilə onun ətrafina, rəhbərliyə yeni şəxslərin gəlməsi və yeni maraqlı tərəfin yaranması ilə əlaqədardır.
Belə ki, yeni rəhbərlik Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən aspirantlar yataqxanasının torpaq sahəsində aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yataqxana binası və ətrafındakı ərazidə yataqxana sakinləri üçün yeni bina tikilməsi barədəki qərara öz istəklərinə görə şərh qoyaraq, "binanın burada yaşayan AMEA əməkdaşları olan sakinlərin” mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə AMEA ilə (Sipark) "Evrostroy-S” MMC arasında podrat müqaviləsi bağlandığını iddia edir, sözü gedən imzalanmış müqaviləni tanımaq istəmədiklərini deyirlər. Eyni zamanda tikinti şirkətinə də təsir göstərərək onların öz öhdəliklərini yerinə yetirmələrinə mane olurlar və yataqxana sakinləri tərəfindən hər hansı iddianın irəli sürülməsinin mümkünsüz olduğunu deyirlər.
Cənab Prezident, Sizdən xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, yataqxanan sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz”.
Oxşar xəbərlər
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya