Müqəvva baş nazir – Surət Hüseynov 1 il üç ay vəzifədə, 7 il türmədə oturdu
Surət adlı, 34 yaşlı bir zavod direktorunun birdən-birə Azərbaycanın baş naziri təyin edilməsinin 30-cu ildönümüdür.
Bu hadisə 30 il öncə iyunun 30-da baş verib. Təfərrüatı, tarixi hadusələri bilməyənlər düşünə bilər ki, adamda fərasətə, qabiliyyətə, istedada bax ki, gənc yaşında, əyalətdə müəssisə rəhbəri ikən ölkədəki nazirlərin başçısı olub. Amma həmin ilin iyun ayının 4-dən 30-na kimi ölkədə hansı hadisələrin baş verdiyini, nə kimi prosesin cərəyan etdiyini bilənlər bu qara təyinatın səbəbini yaxşı anlayırlar. Elə 30 il öncə televiziya ilə canlı yayımlanan brifinqdə elan ediləndə ki, Surət Hüseynov ölkənin baş naziri olacaq, çox adam təəccüblənmişdi. Əksəriyyət 26 gün öncə hərbi qiyam qaldırmış və ölkə rəhbərliyinin fəaliyyətini iflic etmiş, prezident Elçibəyin paytaxtı tərk etməsinə səbəb olmuş bu əldəqayırma polkovnikin ən uzağı köhnə vəzifəsinə - baş nazirin müavini (eyni zamanda Qarabağ üzrə səlahiyyətli nümayəndə) postuna bərpa ediləcəyini düşünürdü. Hətta bir az yuxarıdan gedənlər onun müdafiə naziri təyin ediləcəyini güman edirdilər.
Ona görə də adamın birdən-birə baş nazir təyin olunması siyasi baxımdan məntiqli görünmədi. Həmin gün brifinqdə xarici və ölkə jurnalistlərinin suallarına cavab verərkən, ən sadə sualın qarşısında gözünü döyən və “Heydər Əliyevin dedikləri ilə razıyam”dan başqa bir ağıllı cümlə qura bilməyən bu şəxsin nəinki baş nazir postuna layiq olmadığı ortaya çıxdı, hətta məlum oldu ki, onu Nazirlər Kabinetində ən aşağı vəzifəyə təyin etmək belə artıqdır. Fəqət gerçəklik beləydi: ölkənin qanuni hakimiyyətini o devirmişdi, ölkədə ətrafında 3-5 min silahlı və aqressiv şəxsin olduğu yeganə adam o idi, ona görə də “hakimiyyət piroqu”nun ən azı yarısı ona çatmalıydı. Əslində ölkədə elə bir durum yaranmışdı ki, Surət “vapşe prezident özüm olajam” deyə, dirəşə bilərdi. Ancaq onun prezident olmağa başı ilə bərabər yaşı da çatmırdı. Üstəlik, iyunun 15-dən sonra yaranmış situasiya onu ikinci plana sıxışdırmışdı. Həmin gün Heydər Əliyev parlamenti sədri seçilmişdi, ayın 24-də parlamentin deputatları prezident səlahiyyətlərinin Milli Məclis sədrinə keçməsi barədə qərar layihəsi qəbul etmişdi. Bu durumda ölkədə hakimiyyət dəyişikliyi istəyən siyasi müxalifətlə hərbi müxalifətin yolları haçalanmışdı. Onlar Surətin baş nazir təyin edilməsini gözləmirdilər və buna qarşıydılar, hesab edirdilər ki, həbəş özü işini görüb və həbəş silahını da götürüb Yevlağa, Goranboya getməlidir.
“Həbəş” isə düşünürdü k, Elçibəyi məhz o devirib, ona görə də qələbə çələngi onun başına qoyulmalıdır. Kulislərdə, kabinetlərdə hansı danışıqlar getmişdisə, necə razılaşmalar əldə olunmuşdusa, belə qərar qəbul edilmişdi. Artıq “bundan baş nazir olarmı”, “bu ki siyasətdə sıfırdır” deyə heyrətlənməyin yeri yox idi. Güman ki, ona “sən hələ cavansan, birinci şəxs olmağa yaşın çatmır, 1 il işlə, təcrübə topla, sonra gəl prezident ol” deyilmişdi. Yaxın ətrafı da deyə bilərdi ki, tələsmə, qoy Heydər Əliyev ölkəni bir az sahmana salsın, qoca kişidir, gələn il özü çağırıb hakimiyyəti sənə verəcək. İctimaiyyət isə fərqli düşünürdü və bu variantı çox da qeyri-məqbul saymırdı. Çoxları deyirdi, Surətin şansı bununla da qapandı, Baba hələ gümrahdır, ən azı 80-ni vuracaq, Surətin aşını da 1-2 ilə bişirəcəklər. Bunun belə olacağı ortadaydı. O savadın, dünyagörüşün, boyundan 100 qat artıq olan iddianın və kriminal-mafioz ətrafın sahibi nəinki SSRİ kimi nəhəng imperiyanın rəhbərliyində olmuş təcrübəli Heydər Əliyevlə, heç onun komandasında olan və gənc yaşlarından böyük dövlət vəzifələri tutan, hərəyə iki ali məktəb bitirən, iyerarxiyanın, bürokratiyanın nə oduğunu yaxşı bilən köhnə partokratlarla da baş edə bilməzdi. Əslində onun baş nazirliyi də bir şey deyildi, Nazirlər Kabinetində müqəvva kimi oturmuşdu, 2-3 nazidən başqa heç kəs ona biət etmirdi, hamısı prezidentin iradəsi ilə oturub-dururdu. Surətə bağlı nazirlərin birinci müavinləri də həmin nazirlərdən asılı deyildi. Surət özü də hiss edirdi ki, onun sözünü saya salan yoxdur. 88888sur.jpg (32 KB) Ona görə də 1994-cü ilin sentyabr ayının axırlarında o və qiyamçı komandası yenidən hərəkətlənmək, hakimiyyəti büsbütün götürmək istdiələr. Bu işdə sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" sazişindən narazı qalan Rusiyanın da rolu vardı. Hüseynovu onlar dəhmərləmişdilər. "Əsrin müqaviləsi" imzalanan gün "Gülüstan" sarayında olmuş jurnalistlərin dediyinə görə, mərasim zamanı Surət səsini qısmadan dövlət başçısına qarşı tənqidi fikirlər səsləndirirmiş. Beləcə, onun ikkinci həmləsi fiasko ilə nəticələndi, "bir qısmat çörəh" yeməyə macal tapmamış darmadağın edildilər. Onun baş nazirliyi 1 il 3 ay çəkdi, ona biət edən nazirlər də içəri getdi. Uğursuzluq və biabırçılıqla bitən qiyam cəhdindən sonra o, guya ki, “daşdan keçən arqument” tapmışdı, deyirdi: “Mən baş nazirəm, hakimiyyətəm, özümə qarşı qiyam etmişəm?” Amma xeyri yox idi, hamı bilirdi ki, bəli, sənin müqəvva baş nazir olduğunu bütün ölkə və özün də bilirdin, ikinci qiyamla prezident olmaq istəyirdin, amma alınmadı. Sonra bir sıra hadisələr oldu: Surət gecəylə Rusiyaya qaçdı, 1997-ci ildə onu Moskvada həbs etdilər və Azərbaycana verdilər. Keçmiş baş naziri təyyarə trapından qolu qandallı qara qul kimi, qaraqabaq və qara dəri gödəkçədə düşürdülər, adi kriminal ünsür kimi başından basıb polis maşınına oturtdular və layiq olduğu yerə apardılar. Sonra, 1999-cu ildə onu mühakimə və məhkum etdilər. 1 il 3 ay ərzində baş nazir olmağın bədəlini 7 il türmədə yatmaqla ödədi. Bircə iş yaxşı olmadı ki, o, törətdiyi qiyamın və qətlə yetirilən əsgərlərin ölümünə görə cavab vermədi.
Xalid KAZIMLI
- Novruz Məmmədov vəzifəsindən azad edildi
7 may 2024 15:58
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 2024 21:40
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25