Tender qəhrəmanları: Bir adamın adına 200, bir ünvanda 355 şirkət...
İdman23 fevral 2020 19:40
Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olan və büdcə vəsaitlərinin mənimsənilməsində xüsusi rol alan tenderlərin, satınalmaların bir çox hallarda saxta, qurama şirkətlər tərəfindən qazanılması heç kimə sirr deyil. Əksər hallarad belə şirkətlər "tender qəhrəmanlarının” özlərinin deyil, bu işdən heç bir anlayışı olmayan kənar şəxslərin adlarına qeydiyyatdan keçirilir.
Bu səbəbdən çox vaxt bir fiziki şəxsin adına onlarla, hətta yüzlərlə şirkət qeydə alınır. Həmçinin, bir ünvana çoxlu sayda şirkət qeydiyyata götürülür. Lakin nədənsə, həmin şirkətləri qeydə alan dövlət qurumları bunun açıq-aşkar saxtakarlıq olduğuna məhəl qoymurlar. Doğrudur, qanunla bir ada, yaxud bir ünvana hansı sayda şirkət açılması ilə bağlı yəqin ki, qadağa yoxdur. Lakin reallıqda bu hal dövlət orqanlarında şübhə yaratmaya bilməz. Ancaq görünür, belə şirkətlərin özlərinə görə "arxa-dayağı” var, bu səbəbdən onların şübhəli fəaliyyətinə göz yumulur…
Belə şirkətlər və fiziki şəxslərlə bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı məlumatlar paylaşıb. Bu məlumatlardan belə aydın olur ki, Azərbaycanda bir fiziki şəxsin adına 199 şirkət, bir ünvanda isə 355 şirkətin qeydə alınması kimi faktlar var. Jurnalist iddia edir ki, həmin şirkətlər əsasən dövlət qurumlarının keçirdikləri tenderləri saxta yollarla qazanmaq və büdcə vəsaitlərinin mənimsənilməsi üçün açılıb.
Həmin paylaşımları diqqətinizə çatdırırıq: "Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? Bu şəxslərin bəzilərinin o şirkətlərdən heç xəbəri yoxdur.
AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU
199 şirkət
ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU
186 şirkət
TEYMUR ƏLİYEV MÖMİN OĞLU
181 şirkət
MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU
143 şirkət
ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU
139 şirkət
HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU
131 şirkət
ŞAMİL QANDAYEV RAMAZAN OĞLU
128 şirkət
ELVİN ƏSGƏROV CƏMİL OĞLU
125 şirkət
ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU
123 şirkət
FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU
122 şirkət
MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU
109 şirkət
ƏLİABBAS İMANOV AĞABƏY OĞLU
104 şirkət
Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin. Böyük əksəriyyəti büdcə sökən tenderlərdə istifadə olunan saxta şirkətlərdir.
BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46
355 şirkət
BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89
213 şirkət
BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54
207 şirkət
MINGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1151, m. 1
140 şirkət
BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10
120 şirkət
BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2
114 şirkət
SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39
108 şirkət
BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6
100 şirkət
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 2024 18:44
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya