Erməni zindanında 8 GÜN: "Hamilə qadını..."
Ermənistan həbsxanasında 8 gün qalan qarabağlı Dürdanə Ağayevanın danışdıqlarının yer aldığı “Erməni zindanında səkkiz gün” kitabı bir neçə il əvvəl Türkiyədə işıq üzü görüb.
Publika.az xəbər verir ki, Humanitar Yardım Vəqfi (İHH) tərəfindən nəşr olunan kitabda D. Ağayevanın gözü ilə Xocalıda 613 nəfərin öldürülməsi ilə nəticələnən soyqırım hadisələri yer alır.
Kitabdan kiçik bir hissəni təqdim edirik:
“1992-ci il fevralın 25-də bütün silahlar sakitləşdi, ətrafı səssizlik bürümüşdü. Hər kəs evində idi. Qaranlıqda atılan top mərmiləri ulduzlar kimi üzərimizə gəlirdi. Daha sonra hamımız sığınacaqlara düşdük. Bir-iki saata qədər orada qaldıq. Qapı döyüldü. Gələn adam bizə “Dayanmayın, çıxın buradan, ermənilər hava limanını ələ keçirdi” deyə bildirdi. Üç, dörd ailə birlikdə yola çıxdıq. Sonra bizə dedikləri yerdə, Xocalının kənarında axan Qarqar çayından keçən körpünün altına gözləməyə başladıq. Hava artıq qaralmağa başlamışdı. Güllə ayağıma dəyib yaralamışdı. Huşumu itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi. Yerdə sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq ana deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın qanı bir-birinə qarışdı.
Mən irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə yeriyə bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən 10-15 dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə dayandığını soruşanda, yaralı olduğu üçün yeriyə bilmədiyini dedi. Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs gəldi, kimsə Azərbaycan dilində “dayanın” dedi. Orada yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri maskalı dörd erməni gəlmişdi. “Sizə heç nə etməyəcəyik, bizimlə gəlin” dedilər. Biz də həm yaralı, həm də çarəsiz olduğumuz üçün onlarla getməyə məcbur olduq. Silahımız da yox idi ki, düşmən əlinə düşmədən özümüzü vuraq. Onda beş yaşlı uşaqla birlikdə beş nəfər idik. Dörd-beş kilometr piyada getdik. Əsgəran şəhərinə girəndə erməni qadınlar bizi söyməyə, daş atmağa başladılar. Bizi hərbi qərargaha apardılar. Orada Xocalıdan olan çoxlu uşaq, qadın, gənc qızlar var idi. Sonradan öyrəndim ki, meşənin içi ilə qaçan Xocalı sakinləri erməni kəndlərində kişilərin əlinə keçiblər. Pulları, qızılları, bir sözlə hər şeylərini onlara verib xilas olublar. Amma bizim qaldığımız yer qorxulu idi, bütün erməni əsgərləri orda idi. Bəlkə də 80-90 kişi, 50-60 qadın var idi. Kişiləri və qadınları ayrı yerlərdə saxlayırdılar. Qadınları saxladıqları yerdə şüşəsi olmayan pəncərə var idi. Yer tamamilə beton idi və topuğumuza qədər su doldurmuşdular. Ayaq üstündə dayanmağımıza imkan vermirdilər. Məcbur edirdilər ki, buz kimi suyun içində oturaq...”
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Xankəndidəki erməni: 30 il əvvəl quldur ermənilər gəldi… - Video
22 mart 2024 19:29
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41