Mikayıl Cabbarov: “Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var”
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Report" İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik
- Cənab nazir, xəbər verildiyi kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi “İT Akademiya” adlı layihəyə start verir (
- “İT Akademiya” İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün birgə təhsil layihəsidir. Layihə dünyanın 55 ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin iştirakı ilə həyata keçirilir. Bu məktəb artıq 5 ildir ki, Elm və Təhsil Nazirliyi və ölkənin universitetləri ilə birgə İT sahəsində böyük təhsil proqramlarını uğurla həyata keçirir.
İnanırıq ki, keyfiyyətli təhsil ölkənin rəqəmsal iqtisadiyyatda imkanlarının artırılması üçün vacib amildir. Rəqəmsal iqtisadiyyat isə, öz növbəsində, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırılmasına imkan yaradacaq. Buna görə də “İT Akademiya”nın məqsədi informasiya texnologiyaları sahəsində peşəkar kadrlar hazırlamaq, ölkənin İT bazarının inkişafına yardım göstərmək və təhsil sistemində informasiya texnologiyalarını modernləşdirməkdir.
Yeni layihə çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-həllər, testləşmə və sistem inzibatçılığı kimi ixtisasları sıfırdan öyrənəcəklər. Layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik. Burada təhsilin mümkün qədər əlçatan olması üçün əlimizdən gələni edirik. Belə ki, “İT-Akademiya”nın tələbələri təhsil haqlarının cəmi 10%-ni ödəyəcəklər.
- Cənab nazir, rəqəmsal iqtisadiyyatın potensialını qeyd etdiniz. Rəqəmsallaşmanın Azərbaycan iqtisadiyyatının inkişafına necə töhfə verə biləcəyi barədə fikirlərinizi öyrənmək istərdik.
- Bütün dünyada rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici amillərindən biridir. Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da rəqəmsallaşmanın ölkəmiz üçün əhəmiyyətini vurğulayır. Azərbaycanın regionda qabaqcıl İT dövləti olmaq və postsovet məkanının İT bazarında mühüm oyunçuya çevrilməklə perspektivdə Avropa ölkələrinə tədricən çıxış əldə etmək üçün kifayət qədər potensialı var.
Bu məqsədlərə çatmaq üçün lazımi addımlar atılacaq. Amma lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq. Başa düşürük ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil. Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.
Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var.
- Cənab Cabbarov, Azərbaycanın İqtisadiyyat Nazirliyi rəqəmsallaşma sahəsində Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edir. Azərbaycanda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin filialı açılıb. Onun açılmasının məqsədi nədir və bu, Azərbaycana hansı üstünlükləri verəcək?
- 2021-ci ilin aprelində Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında saziş imzalanıb və bu ilin fevralında MDB məkanında ilk dəfə məhz Bakıda Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin filialı açılıb. Filialın açılmasının məqsədlərindən biri Azərbaycanın Dördüncü sənaye inqilabında mövqeyini gücləndirməkdir. Nəzərə almaq lazımdır ki, sənaye inqilabı qlobal iqtisadiyyatda rəqabət trendlərini və qaydalarını əhəmiyyətli dərəcədə dəyişir.
Mərkəzin fəaliyyəti müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. Bu əməkdaşlıq Azərbaycanda rəqəmsal iqtisadiyyatın təkamülü və yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşması üçün böyük imkanlar yaradır. Dördüncü sənaye inqilabı çərçivəsində Azərbaycan müxtəlif çağırışlarla üzləşir. Məsələn, bunlardan biri istehsal iqtisadiyyatından informasiya texnologiyaları cəmiyyətinə keçiddir. Ölkədə təkcə xammal və faydalı qazıntıların hasilatına deyil, həm də onların sonrakı emalına, məhsul istehsalına, informasiya və elmtutumlu texnologiyalarının inkişafına diqqət yetirilməlidir. Odur ki, bu məsələ ilə bağlı da yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.
Dünya İqtisadi Forumu və Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq bu sahədə uğurlu fəaliyyətin davamıdır. Bir sözlə, Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzi qabaqcıl texnologiyaların mənimsənilməsinə və səmərəli tətbiqinə, onların vətəndaşlara və ictimai maraqlara xidmət etməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına, tədqiqat və inkişaf sahəsinin daha da təkmilləşdirilməsinə böyük töhfədir.
- “İT-Akademiya”nın yaradılmasının təşəbbüskarları Azərbaycanın Elm və Təhsil ilə İqtisadiyyat nazirlikləridir. Belə layihələr adətən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bəs İqtisadiyyat Nazirliyinin layihənin həyata keçirilməsinə cəlb olunmasının səbəbi nədir?
- İT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və ümumiyyətlə, bu sahənin inkişafı çox vaxt və xeyli maliyyə xərcləri tələb edən həcmli işdir. Buna görə də bütün məsuliyyəti bir dövlət strukturunun üzərinə qoymaq düzgün olmazdı. Bu, bizim ümumi işimizdir, çünki bütün dövlət qurumları İT mütəxəssislərinə ehtiyac duyur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksəkixtisaslı İT mütəxəssislərinin hazırlanması istiqamətində xeyli iş gördüyünü və ölkəmizdə bu sahənin inkişafı üçün layihələrin icrasını davam etdirdiyini xüsusi vurğulamaq lazımdır. “İT Akademiyası” layihəsi də bu prosesə mühüm töhfə verəcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səylərini dəstəkləyəcək.
Rəqəmsallaşmanın əhəmiyyəti “Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. “İT Akademiyası” layihəsini həyata keçirməklə İqtisadiyyat Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə cənab Prezidentin təsdiq etdiyi “Strategiya”nın reallaşdırılmasına töhfə verir.
Bu, ölkədə insan kapitalının və biznesin inkişafına yönəlmiş yeganə layihə deyil. Nümunə olaraq, “Step IT Academy” akademiyasını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzini göstərmək olar. Bu mərkəzdə İsrail tədris proqramı əsasında, İsraildən olan mütəxəssislər tərəfindən təlimlər keçirilir. Əminəm ki, birgə səylər yaxın gələcəkdə öz bəhrəsini verəcək.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir. “Baku ID Summer’22” festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi 18 layihənin inkişafı üçün onların hər birinə 25 min manat vəsait ayırıb.
- Məzunların işlə təmin olunması, onların ölkədə qalmaları üçün gələcəkdə hansı addımlar atılacaq?
- Əminəm ki, “İT Akademiyası” Azərbaycanda İT mütəxəssislərinin hazırlanmasına mühüm təkan verəcək. Tədris prosesində tələbələr real problemlərin həllində unikal peşəkar təcrübə və praktiki bacarıqlar əldə edəcəklər. İT sahəsinə maraq göstərən və bu sahədə inkişaf etmək istəyən vətəndaşlara qısa müddətdə və rahat formatda yeni peşəyə yiyələnmək imkanı yaradılır. “İT Akademiyası”nın bütün kurslarının proqramlarında məzunlara bu sahədə iş tapmağa kömək edəcək karyera bloku, təlimlər və məsləhətlər var. Beləliklə, informasiya texnologiyaları bazarının inkişafı stimullaşdırılır, İT mütəxəssisləri ilə bağlı tələbat ödənilir.
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
8 may 2024 16:23
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
7 may 2024 00:53
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25