Elman Rüstəmovun toyuqlarına nə olub? – 3 milyonluq zərər
Azərbaycanın tanınmış broyler şirkətlərindən biri olan “Səba” həm də ətrafında çoxlu neqativ məlumatlar dolaşan, qalmaqallı biznes strukturu kimi tanınıb.
Mətbuatın uzun illərdir Mərkəzi Bankın sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim etdiyi “Səba”nın bu ilin əvvəlində geni modifikasiya olunmuş (GMO) yemdən istifadə etdiyinə dair məlumatlar yayılmışdı. Şirkətin buna toyuqların ucuz başa gəlməsi və daha çox qazanc əldə etməsi üçün əl atdığı qeyd olunurdu. Lakin “Səba”nın cari ilin birinci hissəsinə dair hesabatına nəzər yetirdikdə belə məlum olur ki, bütün cəhdlərinə və “innovasiyalarına” rəğmən, şirkət böyük məbləğdə ziyan edib.
Artıq mətbuatda dərc olunan məlumatdan belə aydın olur ki, ötən il 486 703 manat mənfəət əldə edən “SƏBA” ASC – bu il birinci yarısında necə olubsa, 3 mln 266 min manat zərərə edib. Bu, kifayət qədər müəmmalı göstəricidir. Çünki belə böyük məbləğdə ziyan şirkətin aktivlərinin ötən illə müqayisədə 79% artaraq 41 mln 954 min manatdan 75 mln 123 min manat çatması və satış həcminin də artması fonunda baş verib.
Belə ki, şirkət 2018-ci ildə hazır məhsul satışından 34 mln 392 min manat əldə edib ki, bunun da 28 mln 411 min manatı məhsulun maya dəyəri olub. 2019-cu ilin yanvar-iyun dövründə isə “SƏBA”nın satışdan gəlirləri 36 milyon 837 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 7% artım deməkdir.
Maraqlıdır ki, aktivlərin və satış həcminin artımı paralel olaraq, mənfəətin artmasına deyil, 3 milyon manatdan artıq ziyanın əmələ gəlməsinə səbəb olub. Bu, o deməkdir ki, müəssisənin xərcləri çoxalıb. Belədə isə xərclərin şişirdilməsi və ödəniləcək vergilərin azaldılmasına dair şübhələr yaranır. Ya da ki, məhsulun, yəni toyuğun maya dəyərində artım olub ki, bu da ucuz GMO-lardan istifadə edilməklə, onun maya dəyərinin azaldılması üçün atılan addımlarla üst-üstə düşmür.
Xatırladaq ki, zaman-zaman haqqında neqativ xəbərlər yayılan “Səba” cari ilin əvvəlində Türkiyə üzərindən vurulmuşdu. Broyler şirkətinin GMO məhsullarından istifadə etdiyi açıqlanmışdı.
Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlama vermişdi. Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib. O, bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb. Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb. Və GMO məsələsi də o vaxt üzə çıxıb.
Mətbuat isə yazırdı ki, “Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb.
Məlumata görə, artıq Ağsunun Ləngəbiz kəndindəki 320 hektarlıq qarğıdalı sahəsində biçin həyata keçirilib. Biçin aparılan sahənin hər hektarından 130-140 sentnerdən qarğıdalı məhsulu götürülür ki, bu da respublikanın orta göstəricisindən 3 dəfə çoxdur.
Beləliklə də, “Səba” digər quşçuluq təsərrüfatlarından fərqli olaraq, özü üçün ilk dəfə yem istehsalına başlamaqla, məhsulun maya dəyərini aşağı salmağı və bazarda öz brendi altında satışa çıxarılan toyuq ətinin qiymətini endirməyi hədəfləyib. Bəs belə olan təqdirdə, şirkət ilin birinci yarısını necə olub ki, ziyanla başa vurub?
Həmin vaxt yayılan məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. Onu da bildirək ki, “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb…
Həmçinin, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında “Səba”nın GMO-dan istifadə etməsindən danışmışdı: “Mən bir müddət öncə Zakir müəllimlə (“Səba” İstehsalat Broylerin direktoru Zakir Əzimov-red.) ünsiyyətdə dedim ki, “siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa. Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”. Əlavə edək ki, son məlumata görə, adı çəkilən Zakir Əzimov artıq vəzifəsindən azad edilib.
İddiaya görə, hələ 2013-cü ildə “Səba” Broylerdə təxminən 200 mindən çox toyuq «nyukasl» xəstələyindən tələf olub və bu toyuqlar müəssisə rəhbərliyninin tapşırığı ilə satışa çıxarılıb. «Nyukasl» xəstəliyi isə toyuqlarda yaranan ən aktiv xəstəliklərdən biridir və bu xəstəliy yalançı taun, atipik taun, asiya taunuda adlanır. Bu xəstəlik toyuqların respirator və visseral orqanlarının, mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yüksək tələfat verməsi ilə səciyyələnir. Hətta peyvənd olunmuş toyuqlarda belə virus 43 gündən sonra xəstəlik törədə bilir. Ölüm halları isə 60-70 faizə qədər ola bilir.
Onu da xatırladaq ki, “Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev “Bank Respublika”nın prezidenti Natiq Quliyevin qardaşıdır. Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir. Lakin uzun illərdir ki, bu bankın əsas sahibinin Mərkəzi Bank sədri Elman Rüstəmov olduğu bildirilir. Sözügedən bankın və “Səba”nın isə E.Rüstəmovun biznes imperiyasın yalnız bir qismi olduğu qeyd edilir.
Azpolitika.info
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
