Elinanın məhkəməsində dəhşətli faktlar - “O şəkillə şantaj edirdi”
Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, məhkəmədə E.Hacıyevanın anası Sevil Hüseynova sərbəst ifadə verərək deyib ki, qızını 162 saylı məktəbə qoyandan 2-3 ay sonra problemlər yaranmağa başlayıb:
“Uşaqlar ona lağ edirdilər, onu istəmirdilər, pis sözlər deyirdilər. Belə hallarla bağlı bir neçə dəfə direktorla görüşüb şikayət etmişdim. Yeddinci sinifdə oxuyanda bir gün Elina evə tez gəldi. Dedim nə olub, dedi ki, Diana ilə dalaşandan sonra direktor onu məktəbdən çıxarıb. Anamla bacım buna görə məktəbə getdilər. Direktor da onların üstünə qışqırmışdı. Bir də Elinanın sinif yoldaşı T-dən (oğlan), (yetkinlik yaşına çatmadığı üçün adı açıqlanmır) şikayət etmişdik, o, qızımı incidirdi. Elina Z. (qız) ilə dost idi, T. ilə də yaxın idi. Sonra Z. T.-yə görə Elina haqda şayiələr yaymağa başladı. Hamıya deyib ki, “Elina lezbiyandır, tərbiyəsizdir, onunla heç kim danışmasın”.
Bir dəfə Elinanın boğazında kəsik izi görüb nə olduğunu soruşdum. Dedi Diana ilə zarafatlaşanda divarda mismara dəyib. Sonuncu hadisə günü isə mən məktəbə çatanda artıq Elinanı xəstəxanaya aparmışdılar. Həmin gün onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün 1 dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi, əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox”.
S.Hüseynova deyib ki, əvvəlki şikayətlər zamanı direktor şagirdi və valideynini çağırıb, onlar da üzr istəyib, barışıblar: “Bir dəfə Elina məktəbə gedəndə A.-dan xoşu gələn oğlan Elinaya baxıb. Buna görə A. Elinanın başına su tökmüşdü, o isə heç nə deməmişdi. Əvəzində Diana A. ilə mübahisə etmişdi. Bu dəfə A.-nın valideyni Dianadan şikayətçi olmuşdu, Elinadan isə yox. Amma direktor bu hadisəyə görə Elinanı məktəbdən qovmuşdu.
Hadisə günü mənə zəng edib dedilər ki, Elina yıxılıb, amma həkimlər baxıblar, yaxşıdır. Xəstəxanada isə həkimlər mənə heç nə demədilər. Orada Xalidə Bayramovanı gördüm, o dedi ki, heç nəyi yoxdur, Elina yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər.
Sevinc Abbasova bizə demişdi ki, “günahım var, peşmanam, amma günah təkcə məndə deyil”.
S.Abbasovanın vəkili Sadiq Bağırov S.Hüseynovaya deyib ki, E.Hacıyeva məktəbə saçı boyanmış, geyimi uyğun olmayan formada və makiyajlı gedib-gəlirmiş. Vəkil soruşub ki, niyə qızının bu hərəkətlərinin qarşısını almayıb.
S. Hüseynova bildirib ki, E.Hacıyevanın sinfində və başqa siniflərdə saçı o formada rənglənən qızlar çox olub: “Saçına görə heç vaxt Elinaya irad tutulmayıb, məktəbin vahid geyim forması olmayıb, digər şagirdlər də onun kimi geyinib. Yayılan videolarda isə Elina olmayıb, o hər gün dərsdən çıxıb birbaşa evə gəlib. Bir dəfə Elinanın hamamda köynəyinin düymələri açıq formada şəkli var idi. Deyəsən o həmin şəkli Z.-yə göndərmişdi, o qız da oğlanlara ötürmüşdü. Bu şəklə görə T.-nin xalası oğlu Murad Elinanı şantaj edirdi. Elinanın xiyarla olan şəklini də telefonunda görmüşdüm, R. ona şəkli atıb deyirdi ki, videonu da göndərim? Mən Elinadan bunun nə olduğunu soruşdum, dedi ki, R. həmin videonu silib. Elina özünə qapalı uşaq idi, döyüş filmlərinə baxırdı, otağına keçib “suisid”lə bağlı kinolara baxırdı. Bəzən də bir yerdə baxırdıq. O tez əsəbiləşirdi, bir söz deyəndə ehtiyatla demək lazım idi”.
Vəkil S.Bağırov deyib ki, Elina gündəliyində yazıb ki, ailəsi, anası onunla maraqlanmır. S.Hüseynova gündəlikdə belə bir şey görmədiyini deyib: “İstintaqda gündəliyin bəzi səhifələri cırılmışdı”.
Direktor Sevinc Abbasova bildirib ki, E.Hacıyeva Z.-nin münasibəti olduğu T. və “Mişa” ləqəbli Didkov Muradla birlikdə əyləniblər.
Sonra Murad Elinanı şantaj edib və bu barədə polisə müraciət olunub. Direktor soruşub ki, həmin zaman məktəb rəhbərliyinin bu hadisədən xəbəri olubmu?
S.Hüseynova isə direktora bu barədə heç nə demədiyini bildirib.
S.Abbasovanın vəkili Sadiq Bağırov növbəti sualı verib: “Mişa” ləqəbli Murad Didkov Elinanı hamamdakı şəklini yayacağı ilə şantaj edərək oral sekslə məşğul olmağı tələb edib. Siz belə bir ağır hadisədən sonra onu niyə bağışladınız?”
Müdafiə tərəfinin etirazından sonra hakim sualı çıxarıb. S.Abbasova deyib ki, həmin Murad Didkov onların məktəbində oxumayıb: “Muradın 18 yaşı var idi, T.nin xalası oğludur. Onun bizə heç bir aidiyyatı yox idi”.
S.Hüseynova bildirib ki, bu hadisədən öncə də Elina bir dəfə məktəbdə özünü atmaq istəyib, lakin Diana buna mane olub: ““Astral”dakı hadisədə də, Elina boğazını kəsəndə də, direktor heç bir quruma məlumat verməyib”.
E.Hacıyevanın nənəsi Solmaz Əsgərova ifadəsində deyib ki, nəvəsini incitdikləri barədə dəfələrlə direktora şikayət etsə də, heç bir tədbir görməyib: “Sonuncu dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb üstümə atdı. Elina 6-cı sinifdə oxuyanda məktəbin psixoloqunun nəvəsi Fərrux sinifdə hamının qarşısında Elinanı öpmüşdü, onu çox incidirdi. Direktora şikayət etdim, dedi Fərruxun nənəsi təzəlikcə ölüb, ona bir söz deyə bilmərəm. A.-nın istədiyi oğlan Elinaya baxmışdı deyə onun başına su tökmüşdü. Bunu şikayət etdim, dedi o qızın şəkli şərəf lövhəsində var, mən ona bir söz deyə bilmərəm”.
S.Abbasova deyib ki, həmin məsələlərlə bağlı protokollar var və bu işləri tərbiyə işləri üzrə müavinə tapşırıb: “Suallarınızı müavinimə verərsiniz. Bizdə qovulmaq məsələsi yoxdur, sənədləri də nənəsinin üstünə atmamışam”.
Murad Əhməd
Foto: Pərvin Zeynal
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06