Sensasion əməliyyat: Braziliyalı 2 kiloqram kokainlə Bakıya gəldi
Maqazin3 yanvar 2020 23:03
Qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Braziliya vətəndaşı 53 yaşlı Julio Sezar De lima Medeyrosun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org-un xəbərinə görə, Julio Sezar bu ilin aprelində Braziliyanın San Paulo şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girərək 2 kiloqram kokaini bir neçə xarici ölkə ərazisindən tranzit keçirməklə Azərbaycana gətirib.
Məlum olub ki, cinayətkar qrupun üzvləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə ediblər. Çemodanın yan divarlarına yapışdırılan astarın altından plastik materialdan hazırlanmış təbəqənin arasına gümüşü rəngli folqalara 12 büküm kokain gizlədiliblər. Sezara isə həmin kokain bükümlərini Bakıda cinayətkar qrupun digər üzvünə çatdırılması tapşırılıb. O da öz növbəsində 2 kilo kokaini Doha-Bakı aviareysi ilə Azərbaycana gətirib.
Təqsirləndirilən Yulio Sezar ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində valideynləri ilə birgə Braziliyanın Tupancireta şəhərində yaşadığını, Braziliyada və Surinamda yerləşən qızıl mədənlərində operator işləyib, bulduzer və ekskovator sürməklə ailəsini dolandırıb. Dediyinə görə, Bakıda həbs olunandan bir neçə ay öncə işini itirib. Yaşına görə iş tapmaqda çətinlik çəkib. Pul qazanmaq məqsədilə Braziliyanın ən böyük şəhəri – San Pauloya üz tutub. Orada uzun müddət iş axtarsa da tapa bilməyib
.
Nəhayət, tale Sezarı Braziliyanın "Sau Brazo” adlanan - qaranlıq işlərlə və ticarətlə məşğul olan məhəlləsinə gətirib çıxarıb. Özünün dediyinə görə, həmin məhəllədə iki nəfər tanımadığı şəxs ona yaxınşalaşıb iş təklif ediblər. Söhbət əsnasında onlardan biri Azərbaycanın paytaxtı Bakı şəhərinə çemodan çatdıracağı halda 5 min dollar qazanacağını bildirib.
"İşsiz idim, pula ehtiyacım vardı, ona görə də razılaşdım. Həmin adamlar həm mənim, həm də pasportumun şəklini çəkdilər, bilet və viza işlərini həll edəcəklərini dedilər. Bir-iki gün sonra onlarla görüşüb işin gedişatı ilə maraqlandım. Özünü "Zea”kimi təqdim edən şəxs mayın 7-də mənə viza, Bakıya gediş-dönüş biletini və aparacağım çemodanı verdi. Bakıda "Swan” hoteldə qalacağımı, çemodanı oradan gəlib götürəcəklərini dedi”- braziliyalı bildirib.
Ən qəribəsi odur ki, çemodanın içi bomboş olub. Boş çemodanı Bakıya aparmaq üçün Yulio Sezara o qədər pul görəsən nədən ötrü vəd edilib?
Sezarın ifadəsinə görə, bu sual elə onun özünü də maraqlandırıb. Bu haqda "Zea”dan soruşduqda deyib ki, guya çemodan xüsusi materialdan hazırlanıb, ona görə də olduqca çox əhəmiyyətlidir. "Zea”nın "açıqlama”sından sonra Sezar şəxsi əşyalarını həmin çemodana yığaraq San Paolodakı aeroporta yola düşüb.
Təyyarə ilə əvvəl Efiopiya, oradansa Qətərin Doha şəhərinə gəlib. Haca limanında dörd-beş saat gözlədikdən sonra saat təxminən 08:00 radələrində Bakı-Doha aviareysi ilə Azərbaycana uçub. Bakıya çatdıqdan sonra gözləmə zalında oturub və baqajının gəlməsini gözləyib. Bir qədər sonra baqajını da götürüb gömrük nəzarətinə yaxınlaşıb. Baqaj monitordan keçdikdən sonra şəxsi əşyalar boşaldılıb, çemodan isə rentgendən keçirilib. Rentgen keçirildikdən sonra Sezar yoxlama otağına dəvət edilib.
"Çemodanın kənar hissəsindəki boltlar açıldı, kaprondan olan yerlər sındırıldı. Həmin yerlərdə falqaya bükülmüş kokain aşkarlandı. O maddənin nə olduğunu bilməmişəm. Onun içərisindən xəbərsiz idim. Çemodanı Bakıda hoteldə məndən təhvil alan şəxs 5 min dollar verəcəkdi. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişəm, narkotik vasitə daşıyıcısı olmamışam”,-braziliyalı Sezar məhkəmədə deyib.
Məhkəmə prosesi davam edir.
Oxşar xəbərlər
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya