Şəhid pilotun anasından gəlininə ittiham - “Nəvələrimi məndən gizlədir”
Aprel şəhidi pilot Təbriz Musazadənin anası Tovuz Musazadə gəlini Pərişan Musazadənin oğlunun şəhid statusundan istifadə etməsindən və nəvələrini ona göstərməməsindən narazıdır.
Bu barədə “Qafqazinfo”ya müraciət edən şəhid anası bildirib ki, oğlunun qırx mərasimindən sonra gəlini evi tərk edib:
“Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Pərişan Təbrizimin iki balasının mənimlə görüşməsinə icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam. O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.
İndi Pərişan evlənib, özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın. Dövlətin bu məqsədlə ona ayırdığı pulu başqalarına verir. Mehdi vaxtilə hərbi məktəbdə oxumuşdu. Birinci kursdan sonra onu hərbdən atdılar. İndi də ailəsini, 3 uşağını atıb. Pərişan Mehdinin yoldaşına deyib ki, narahat olmasın, kəbinlə bir yerdədirlər, onun ailəsinin heç bir şeyə ehtiyacı olmayacaq.
Həmin Mehdidən 1 yaşında qızı da var imiş. Bizim heç nədən xəbərimiz olmayıb, biləndən sonra da oğluma, iki nəvəmə görə susmuşam. Amma artıq dözə bilmirəm. Mənim balamın adından, şəhid xanımı statusundan istifadə edir.
Bir müddət Təbriz üçün verilən evdə yaşayıblar. İki körpənin, şəhid övladlarının atasından qalan evdə başqa kişiylə yaşamaq olarmı? Mənim uşağımdan qalanları niyə başqalarına verməlidir? Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, bizə bu işdə köməklik etsinlər. Hökumətin mənim uşağıma ayırdığı pulları başqalarına yedirtməsin. Biz ondan başqa heç nə istəmirik. İndi də eşitmişəm ki, şəhid evini də satıb, gedib Xırdalanda ev alıb orada yaşayırlar”.
Təbriz Musazadə ilə vida mərasimi- Oğlu Onur Musazadə- 11.04.2016.
T. Musazadə nəvələrinin ona göstərilməməsi ilə bağlı ötən il Xətai rayon məhkəməsinə müraciət edib:
“Məhkəmə ötən ilin iyul yayında bizim xeyrimizə qərar çıxardı. Ancaq uşaqları yenə bizə göstərmir. Məktəblərini də dəyişib. Böyük nəvəm məni istədi, qorxdu, dedi anam icazə vermir. İcraçılar dedi ki, uşağa psixoloq lazımdır. Uşaqların psixoloji durumu pis vəziyyətdə idi. Mən üstlərinə getmədim. Dedim böyüsünlər, nə vaxt istəsələr, mənim yanıma gələrlər. Onların arxasındayam, həftədə bir-iki dəfə uşaqların oxuduğu Atatürk liseyinə gedirdim. Mənə dedilər ki, uşaqları buradan çıxarıb”.
Bu arada bildirək ki, hazırda Tovuz Musazadə tək yaşayır. Şəhidin atası Taryel Musazadə 2017-ci ildə dünyasını dəyişib.
“Qafqazinfo” məsələ ilə bağlı Pərişan Musazadə ilə əlaqə saxlayıb. O, bu mövzuda danışmaq istəmədiyini qeyd edib.
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edildi
22 mart 2024 16:26
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Məmurun üstünə silah çıxaranın 15 il həbsi tələb edildi - 4 milyon istəmişdi
21 mart 2024 18:54
- Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir
21 mart 2024 11:32
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Mehman Xəlilova hökm oxundu - 19 il həbs
20 mart 2024 12:10
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05