“Ölkədə işsilziyin artmasında Səttar Möhbalıyev məsuliyyət daşıyır”

“...o, Əbülfəz Elçibəyin kadrıdır”
Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsindən sonra yaranmış qalmaqalın müstəvisi getdikcə böyüyür. Buna səbəb isə Seymur Orucovun təyinatında qohumbazlıq və yerlibazlıq prinsiplərinin yer alması barədə olan məlumatlardır.
Qeyd edək ki, Seymur Orucov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bacısı oğludur. Əvvəllər İqtisad Universiteteində tələbə həmkarlar təşkilatının sədri olan S.Orucov həm də adıçəkilən ali təhsil müəssisəsinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkənidir. Səttar Möhbalıyev isə Prezidentin keçmiş köməkçisi və Prezident Administrasiyasında indi ləğv olunmuş İctimai-Siyasi şöbənin keçmiş rəhbəri Əli Həsənovun qudasıdır.
Bütün bunlar isə tənqidə səbəb olub. Son günlər mediada və sosial şəbəkələrdə həbs olunan rüşvətxor icra başçılarını əvəz edən kadrların biliyinə və bacarığına görə deyil, yerliçilik və qohumbazlıq əsasında seçildiyinə dair rəylərin səslənməsinə səbəb olub. Seymur Orucovun vəzifəyə təyin edilməsi ətrafında yaranmış müzakirələr onun özü ilə yekunlaşmır. Bu hadisə son günlər onun dayısı Səttar Möhbalıyevi də diqqət mərkəzinə gətirib. Çünki Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyətinə görə, ən nöqsanlı qurumlardan sayılır.
Azərbaycanda bu təşkilatın müstəqil olmadığını, faktiki olaraq icra hakimiyyətinin əlavəsinə çevrildiyini nəzərə alsaq, S.Möhbalıyevin inhisarında saxladığı AHİK -da islahatlar aparmağın vaxtı çoxdan çatıb. Seymur Orucov qalmaqalından sonra isə sözügedən məsələ daha da aktuallaşıb.
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı “Bizimxeber.az”a açıqlamasında bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi bu gün ölkədə yaranmış işsizliyə görə məsuliyyət daşıyır. İşçilərin qanunsuz işdən çıxarılması, onların sosial hüquqlarının müdafiə edilməməsi 26 ildir AHİK-ə sədrlik edən Səttar Möhbalıyevin qanunvericiliyə etdiyi mürətce dəyişikliklərin nəticəsidir. Ona görə də hüquq müdafiaəçisi hesab edir ki, Azərbaycanda real islahatlaq seçkili orqanlardan, eləcə də həmkarlar təşkilatından başlamalıdır.
“Seymur Orucovu mən ümumi tanıyıram. O, YAP-ın gənclər təşkilatının sədri olanda tədbirlər, aksiyalar keçirib. Ancaq onun hansı əsaslarla, kimin təqdimatı əsasında və nə üçün icra başçısı təyin edilməsi məlum deyil. Təəssüflər olsun ki, Azərbaycanda kadr təyinatları zamanı gənclərin bilik və bacarığı nəzərə alınmır. 36 yaşlı Seymur Orucovun necə hazırlandığını görməmişəm. Onun fəaliyyəti YAP-ın Gənclər Təşkilatına sədrlik etmək olub ki, bu da hazırlıq deyil. Ona görə də hesab edirəm ki, bu cavan oğlanın Ağstafa rayonunda özündən əvvəlkilərdən və ya həbs olunan icra başçısından fərqli bir iş görəcəyini düşünmürəm. Təəssüflər olsun ki, yenə də yüksək vəzifələrə təyinatlar qohumbazlıq prinsipi əsasında həyata keçirilir. Ona görə də vaxtilə Azərbaycandan savadlı gənclərin beyin axın olub və indi onlar geri qayıtmaq istəmir.
Səttar Mehbalıyevə gəlincə, o, Əbülfəz Elçibəyin kadrıdır. O, həmkarlar təşkilatının yaradılmasında fəal iştirak edib. Bu yolla da konfederasiyanın sədri olub. 1994-cü ildən bəri, yəni 26 ildir ki, Səttar Möhbalıyev Həmkarlar İttifaqları Konfederasiyasına başçılıq edir. Onun tabeliyində olan qurumlar da özü kimi müstəqil deyil. Yəni Səttar Möhbalıyev bu posta seçki yolu ilə gəlməyib. Ölkədə baş verən kütləvi işsizliyin səbəbkarlarından biri də Səttar Möhbalıyevdir.
O, neçə ildir deputatdır. Hər ayağını bir kresloya qoyub. Onun üzvü olduğu Milli Məclisin Sosial Siyasət Komitəsinin ucbatından son 10 ildə Əmək Məcəlləsinə 300-dən artıq dəyişiklik edilib. Bu dəyişikliklərin hamısı işəgötürənin xeyrinə, və işçinin ziyanına olub. Bundan başqa, “İşsizlikdən Sığorta Haqqında” qanunun eybəcər şəkildə qəbulu da məhz onun “xidməti” nəticəsində baş verib. Ona görə də 190 manatın verilməsində işsiz insanları düzgün müəyyən etmək mümkün olmadı. Bu qanunun nəticəsində çoxsaylı saxtakarlıqlara yol verildi.
Qanunda yazılıb ki, işlədiyi halda ixtisara düşməyən adam işsizliyə görə sığorta haqqı ala bilər. Amma hər bir insan işlədiyi müddətdə əmək haqqının 0,5 faizi işsizlikədn sığorta fonduna köçürülür. Mövcud qanunvericilyə görə, işçi ərizə yazsa, yaxud iş yeri bağlansa işsizlikdən sığorta haqqı ala bilməz.
Belə qanunların qəbulunda, ölkədə işsilziyin artmasında Səttar Möhbalıyevin günahları var və məsuliyyət daşıyır. Pandemiya dövründə mən işçilərin həmkarlar təşkilatının razılığı ilə 15 gündən artıq, yəni bir aya yaxın dənizdə saxlanıldı. Mən isə buna etirazımı bildirdim. Həmin işçilərə isə dənizdə qaldıqlara günlərə görə ödəniş ikiqat deyil, birdəfəlik edildi. Bunun da günahı Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əlievdə olub.
O, qeyri-qanuni olaraq, işçilərin adından razılıq verib.Cahangir Əliyevin buna ixtiyarı yoxdur. Hazırda Azərbaycanın dəniz obyektlərində işləyənlər bir həftə və ya 15 gün olmaqla növbəli şəkildə əmək fəaliyyəti göstərir. Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi vəziyyəti yoxlamadan, şəraiti öyrənmədən martın 14-də işçilərin bir ay dənizdə qalması barədə qərar çıxartdı. Halbuki, bu qeyri-mümkün idi.
Üstəlik, martın 24-də həmin sənədə dəyişiklik edildi və işçilərin may ayının sonuna qədər dəinzdə qalması qərara alındı. Azərbaycan Əmək Məcəlləsinə əsasən 15 gündən artıq dənizdə qaldığı hər gün üçün ikiqat ödəniş almalıdır. Bunu hesablamaq çox çətindir. Çünki maaşlar müxtəlifdir. Nəticədə uduzan tərəf işçi olur. Amma həmkarlar təşkilatının heç bir halda ixtiyarı yoxdur ki, işçinin ziyanına olan qərar imza atsın. Bunun da səbəbi hmkarlar təşkilatının işçilər tərəfindən seçilməməsidir. O halda hımkarlar Səttar Möhbalıyev də Cahangir Əliyev də işçilərin yanında olardı.
Səttar Möhbalıyev, sən bir dəfə platformalarda, dəniz özüllərində olmusan? Dünyanın heç bir yerində görünməyib ki, həmkarlar təçkilatında alternativsiz seçki keçirilsin. Kimsə səy göstərib başqa həmkarlar təşkilatı yaratsa, onu Ədliyyə Nazirliyi dövlət qeydiyyatına almayacaq.
Halbuki, Azərbaycan qanunvericiliyinə görə, yeddi nəfər birləşib öz həmkarlar təşkilatını yarada bilər. İşəgötürən tərəf çalışır ki, rəhbərlik etdiyi orqanda müstəqil həmkarlar təşkilatı yaradılmasın. O cümlədən, işəgötürənin razılığı olmadan həmkarlar təşkilatı seçilə bilməz. Azərbaycan hökuməti razəlıq verməsə, Səttar Möhbalıyev bu günə qədər AHİK-ə rəhbərlik edə bilməzdi.
Səttar Möhbalıyevin üzvü olduğu Sosial Siyasət Komitəsi Əmək Məcəlləsinə işçi ilə müvəqqəti müqavilənin bağlanmasına icazə verən maddə daxil edib. Ona görə də insanları işdən çıxartmaq asanlaşıb. Həmkarlar təşkilatı da onları müdafiə etməyəcək. Həmkarlar təşkilatı o zaman müstəqil olacaq ki, işəgötürənin əlindən alınsın. Həmkarlar təşkilatı siyasiləşib. Bu qurumun ixtiyarı yoxdur ki, prezident seçkilərində namizəd irəli sürsün. Eyni zamanda, AHİK YAP-ın bir strukturuna çevrilib. Əgər ölkədə işsizliyin azalmasını, qanunsuz işdən çıxarılma hallarının qarşısını almaq istəyiriksə, həqiqi islahatlar aparmaq istəyiriksə, dövlət vətəndaşın yanında dayanmalıdır.
Azərbaycan Əmək Məcəlləsinin 309-cu maddəsinə görə, qanunvericiliyin icrasına idarə və müəssisələrdə həmkarlar təşkilatı nəzarət edir. Həmin qanunun 15-ci maddəsində isə qeyd edilir ki, bu məcəllənin idarə və müsəssilərdə yerinə yetirilməsinə dövlət nəzarətini Əmək Müfəttişliyi həyata keçirir. Əmək Müfəttişliyi isə həmkarlar təşkilatından da pis vəziyyətdədir.
Doğrudanmı bu gün Dövlət Əmək Müfəttişliyi öz vəzifə səlahiyyətlərini həyata keçirir? Seçkili orqan olmalı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hakimiyyət qururmlarının nəzarətindədir. İslahatlar seçkili orqanlardan başlanmalıdır. Seçkilər də şəffaf, ədalətli qaydada keçirilməlidir”.
Azad
Bizimxeber.az
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 2025 22:05
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- NAR-ın dəstəyi ilə Bütün Vücudlar Danışır layihəsinin hesabat tədbiri - Fotolar
6 oktyabr 2025 13:34
- Altı ölkədə hələ də it əti yeyilir
5 oktyabr 2025 23:43
- Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? (VİDEO)
2 oktyabr 2025 22:55
- Nazirlər hansı universitetləri BİTİRİB?
1 oktyabr 2025 14:06
- Azərbaycanda dərs rejimi dəyişir? - Dərslər 40, tənəffüslər 10 dəqiqə
27 sentyabr 2025 21:14
- BAKCELL regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
24 sentyabr 2025 12:59
- Prezident Forum iştirakçılarına müraciət ünvanladı
24 sentyabr 2025 11:03
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13