Bizi Fərəcov-Xudadatovun zülmündən xilas edin, cənab Prezident

İş adamı Əliyev Kənan Mülkəsahib oğlu dövlət başçısı cənab İlham Əliyevə müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:
Cənab Prezident !
Sizin iş adamlarına, sahibkarlara diqqət və qayğınızı həmişə hiss etmişik. Sizin sayənizdə ölkədə iş adamlarına yaradılan münbit şəraiti, dövlətin dəstəyini yüksək qiymətləndiririk. Bütün bunlara görə Sizə minnətdarıq Möhtərəm Prezident ! Biz dövlətə, dövlətçiliyə bağlı, öz Prezidentimizə sadiq insanlarıq.
Cənab Prezident !
Sizin də öz çıxışlarınızda dediyiniz kimi bəzi harınlamış, qanunları saymayan, "Allahdan qorxmayan" məmurlar sözün həqiqi mənasında biz iş adamlarına qənim kəsiliblər.
Axı, biz tək deyilik, bizim ətrafımızda onlarla, bəzən yüzlərlə, fəhlə, usta, icraçı olur ki, bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Biz iş adamları bunlar üçün iş yerləri yaradırıq, bu işdən evlərinə qazanc aparırlar.
Cənab Prezident !
Bəzi məmurlar təkcə biz iş adamlarına deyil, yüzlərlə ustaya, fəhləyə, minlərlə vətəndaşa problem yaradırlar. Digər tərəfdən biz axı lazım olan materialları müxtəlif obyektlərdən loru dildə desək nisyə alırıq və hissə-hissə qaytarırıq. Məmurlar həm də həmin ticarətçilər üçün problem yaradır.
Bir sözlə, cənab Prezident, sizin dediyiniz məmurlar zəncirvari olaraq böyük bir insan kütləsi üçün ciddi problem mənbəyidir. Məhz bütün bunlara görə, bizlər son vaxtlar bəzi məmurların həbs olunbmasını, ciddi cəzalandırılmasını, haqq-ədalətin yerini tapmasına görə, məhz SİZƏ minnətdarıq.
Möhtərəm Prezidentim !
Mən Əliyev Kənan Mülkəsahib oğlu, öz işçilərimlə birgə 2016-cı ilin mart-sentyabr aylarında Sumqayıt şəhərində 5 MKR, 15/132 N-li və 6 MKR, 7, 8, yaşayış binalarında görülən təmir-bərpa işlərini həyata keçirmişik. Görülən işlər Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun və müavini şəhərin baş memarı Adil Xudadatovun razılığı əsasında olub. Və görülən işlərin ümumi dəyəri 530 min manat olub. Bu məbləğin mənə cəmi 37 min manatı verilib. Bu günə qədər qalan məbləği ala bilmirəm.
Onu da qeyd edim ki, əlimdəki sənədlərlərlə təqsdiq edirəm ki, biz Sumqayıtda binaların balkonlarında qaynaq işləri, balkonların kərpiclə hörülməsi, suvağı, söküntü işləri, üzlənməsi və digər inşaat işlərini həyata keçirmişik.
Möhtərəm Prezidentim !
Mən bu qədər işləri görən, fəhlələrin, ustaların, pulunu haradan verim?
Mən görülən işlərə sərf olunmuş materialları aldığım obyektlərini pulunu necə ödəyim ?
Necə olur ki, Zakir Fərəcov öz sağ əli Adil Xudadtovu milyonçuya çevirir, adına dəyəri milyonluq olan obyektlər alır, amma Məşədi İbadaddkı hambal demişkən bizim pulumuzu vermir.
Cənab Prezident, biz kimə, hara üz tutaq, kimə şikayət edək ?
Cənab Prezident ! Biz göydə Allaha, yerdə Sizə inanırıq. Bizi Zakir Fərəcovun, Adil Xudadatovun əsarətindən qurtar .
Cənab Prezident !
Onu da qeyd edim ki, Zakir Fərəcovla Adil Xudadatovun qanunsuz əməllərindən zülm çəkən təkcə mən deyiləm, digər onlarla iş adamı, sahibkar bu cütlüyün əlindən intihar həddinə çatıblar.
Bizə kömək ol, cənab Prezident !
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 2025 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 2025 21:00
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 2025 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 2025 11:52
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 2025 15:44
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 2025 12:26
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 2025 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 2025 09:59
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 2025 16:14
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43