14 yaşlı qızla evləndi, qısqanclıqdan evinə heç kəsi buraxmadı..
Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür.
Sənətkar haqqında maraqlı faktları təqdim edirik.
Habil Mustafa oğlu Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və xanəndə Xan Şuşinskidən muğam sənətini öyrənib.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.
Qardaşı Qabillə tar kursuna gedirlər, Qabil tarda istedadsız olur, heç nə çala bilmir, notu hiss eləmir. Habil isə hər şeyi dəqiqliklə öyrənirdi. Bir gün atası onları yoxlayır. Qardaşı tarı sinəsinə basıb səhv, ağlına gələni çalır, amma uzun-uzadı çalır, Habil isə öyrəndiyi bir-iki notu. Bunu görən atası Habilin boynunun ardından bir şapalaq vurub deyir, səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır.
Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı olacaq Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım isə o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Sonralar universitetin kimya fakültəsində təhsil alan Şərqiyyə xanım, universiteti bitirəndən sonra heç bir zaman işləmir. Bu evlilikdən onların dörd övladı olur.
Bir gün Habilə deyirlər ki, get kaman ustası Nefton Qriqoryanın yanına o, sənə kamança haqqında bilmədiklərini başa salacaq. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək eləmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik xrustal qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habilin əlində kamançanın futlyarını çıxarıb necə çalırsa, Əlibaba Məmmədov dəhşətə gəlir.
İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Allahı hesab olunan Şajaryanı Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.
Çox qısqanc kişi olub. Ölən gününə qədər həyat yoldaşını hamıya qısqanıb. Hətta ömrünün son günlərində, ən ağır vaxtlarında belə bu xasiyyətinə görə evinə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi gəlməyib.
Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında “Zabul segah”ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: “Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq”.
Hələ uşaqlıqdan kamança çalmağa həvəs göstərdiyini deyən sənətkar anası Nisə xanımın çömçəsi və oxlovu ilə kamança çalırmış:
“Anam əlindən çömçəni yerə qoyan kimi çömçəni, oxlovu götürüb dizimin üstünə qoyur, çalmağa başlayırdım. Yazıq arvad deyirdi dəymə, murdarlayırsan. Evimizin balkonunda otururdum, nə isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Bir də görürdüm, qonşudan ağı səsi gəlir, qara kağız gətiriblər. Bir gün bizə də böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki, ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə sağ ol deyəcək. Amma gəlmədi... Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim, müəllimimiz də erməni idi. Qarnımız ac, əynimiz çılpaq, əziyyət çəkirdik. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam. Hürən itdən də qorxurdum”.
Başqa bir müsahibəsində isə Habil Əliyev deyir: Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdular. Soruşanda dedilər ki, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım”.
Polad Bülbüloğlu ilə uzun illər münasibətləri yaxşı olmayıb. Habil Əliyevin tənqidçi kimi çıxışları olub, ifalar haqqında fikir bildirib. Və insanların çoxu onunla hesablaşırdı. Bu mənada o, Polad Bülbüloğlunun sənətini qəbul etmirdi. Və bədii şuranın ləğvindən sonra efirə çıxan bayağı musiqilərin günahını nazirdə görüb deyirdi ki, özü kimi musiqiçiləri efirə Polad çıxardır. Bu kimi fikirləri ilə o, həmişə Polad Bülbüloğlunu tənqid edir, nazir isə öz növbəsində onun yubileylərinin keçirilməsinə imkan vermir.
Adamlara, dostlarına lətifə qoşmağı xoşlayırmış. Bu lətifələrin də çox dərin mənaları vardı. Xanəndə Əbülfət Əliyev bir az xəsis adam olub. Bir gün Əbülfət Əliyev deyir ki, Cabbar Qaryağdıoğlunun qəbrinin üstünün götürək. Habil isə deyir ki, yaxşı fikirdi. Qəbrin üstünə də yazarıq ki, Əbülfət Əliyev adına Cabbar Qaryağdıoğlu qəbri.
Oğlu Rəvan Əliyev sənətə gələndə Habil Əliyevin tənqid etdiyi adamlar onun oğlunun üstünə hücum etdilər. Bu hücumlar o qədər çox olmuşdu ki, Rəvan Əliyev bir müddət gedib Türkiyədə yaşamalı oldu.
Müğənni Faiq Ağayevi birmənalı şəkildə qəbul etmirdi. Alim Qasımovun ən qatı tənqidçisi olub. Alimlə məzələnmək üçün deyirdi ki, başa düşürük ki, təzə şeylər oxudun, amma yorğan-döşəyi niyə səhnəyə çıxarırsan? Bununla yanaşı muğamın yeni variasiyalarını da qəti şəkildə qəbul etmirdi.
Böyük kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, səhhəti normallaşdıqdan sonra müalicəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılıb. Daha sonra yenidən komaya düşüb və sentyabrın 8-də vəfat edib. Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilib. (kulis.az)
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41