“Babam əsir düşməmək üçün özünü partlatdı ..”
Milli Qəhrəman Tofiq Hüseynovun adını daşıdığı 12 yaşlı nəvəsi qəpiklərlə yığdığı 103 manatı əsgərlərə göndərib. Bu xəbər günlərdir ölkə mətbuatının gündəminə çevrilib.
Xocalıdan olan azyaşlı məcburi köçkünlə Moderator.az müsahibə edib.
Gəlin Tofiq Hüseynovu daha yaxından tanıyaq.
- Tofiq, kiçik yaşında atdığın böyük addımına görə səni artıq bütün Azərbaycan tanıyır. İstərdim özünü Moderator.Az tamaşaçılarına daha yaxından tanıdasan..
- Mənim babam Tofiq Hüseynov Xocalı soyqrımı zamanı qəhrəmancasına döyüşərək şəhid olub. Babamı və nənəmi görməmişəm, onlar haqqında ailəm həmişə mənə danışıb. Mən də özümə örnək götürdüm ki, gələcəkdə babam kimi igid bir vətəndaş olacam. Yaşıdlarım həmişə baba-nənə qucağına qaçanda mən paxıllıq çəkirdim. İnşallah mən də baba-nənə torpaqlarına gedib onların iyini həmin torpaqlardan alacam (ağlayır).
- Baba və nənəni görmədən belə onlar üçün göz yaşı tökürsən..
- Mənim babam dinc sakinlər və əsgərləri əsir düşməsin deyə özünü təhlükəyə atıb. Meşədə 11 erməni əsgəri onu əhatəyə alanda sonuncu əl qumbarasını sinəsinə sıxaraq özünü partladıb. Əvvəl babamın məzarı üstünə gedəndə çox pis olurdum, amma indi qürurla gedirəm, çünki ordumuz artıq şəhidlərimizin qisasını alır. Amma heyf ki, nənəmim məzarı yoxdur. Biz elə bilirdik ki, nənəm əsir düşüb, amma rus fotoqrafın çəkdiyi bir fotoda gördük ki, nənəm də vəhşicəsinə qətlə yetirilib. Bunu biz 19 ildən sonra bildik. Mənim atam Xocalıdan çıxanda 8 yaşı olub. O bəzi şeyləri xatırlayır, bizə danışır.
- Hərbi geyimdəsən, yəqin ki, bu gün düşünmədən əsgər də getmək istəyirsən..
- Bəli, getmək istəyirəm. Amma bilirəm ki, hərbi xidmətə getməyə yaşım çatmır. Mən istəyirəm ki, gedim heç olmasa əsgərlərimizə su, çörək daşıyım. Ən azından bunu bacara bilirəm.
- Necə qərara gəldin ki, özünə yığdığın pulu əsgərlərimizə göndərəsən?
- Mən bir neçə aydır ki, kassama 50 qəpiklik yığırdım. Şəkil çəkmək mənim xobbim olduğundan özümə fotoaparat almaq istəyirdim. 27 sentyabr bu hadisələr başlayanda fikirləşdim ki, kassam olmasa da olar. Mən də ordumuza dəstək aksiyasına qoşulmaq istədim. Düzdü bilirəm ki, 103 manat 50 qəpik azdır, amma düşündüm ki, yenə də 10 əsgərimizə əlcək alarlar ki, əlləri üşüməsin.
- Bildiyim qədərilə sən yeni Ramanıda, məcbur köçkünlər üçün salınan Şuşa şəhərciyində yaşayırsan. O əraziyə ən yaxın Asan Xidmət Koroğlu metrosunun yanındadır. Koroğlu metrosuna kiminlə getdin?
- Əsgərə məktub yazıb, kassamı götürüb məndən bir neçə yaş böyük olan qardaşımla Asan Xidmətə getdim. “Əsgərə məktub”-qutusuna məktubumu atıb, xidmət əməkdaşlarına yaxınlaşdım. Dedim ki, mən ordumuza dəstək aksiyasına qoşulmaq istəyirəm. Onlar gördü ki, mənim yaşım azdır, dedilər ki, bəlkə bu pulu özünə xərcləyəsən? Məni fikrimdən danışdırmaq istəyirdilər. Amma təkidlə “xeyr” dedim və daha sonra 103 manatı ordumuzun hesabına göndəib, mənə qəbz verdilər. Təbii ki, ordumuz güclüdür, nəinki mənim, heç kimin puluna ehtiyacı yoxdur. Amma bu mənim ürəyimdən gəldi.
- Asan Xidmətə yollanarkən valideynlərinə deməmişdin?
- Mən nə gedəndə, nə də gələndə valideynlərimə demədim. Üstündən 2 gün keçəndən sonra anam mətbəxdə ödəniş qəbzini görüb təəccübləndi. Anam biləndə daha da çox sevindi və qürurlandı. Mənimlə bir daha fəxr etdi.
- Gələcəkdə hansı sənət sahibi olmaq istəyirsən?
- Mən hərbi pilot olub vətənimi hərbi hava qüvvələrindən müdafiə etmək istəyirəm.“Vətən namusdur, vətən şərəfdir, vətən qorunacaq, tək hədəfdir”..
Oxşar xəbərlər
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Özünü ölülüyə vuraraq terrorçulardan xilas ola bilib
23 mart 2024 17:03
- Deputat özünü Bakının KOR XƏLİFƏSİ zənn edir... - GÖRÜNƏNİ BUDUR...
22 mart 2024 16:16
- Köçkünlər üçün imtiyazlar və çörək pulu nə vaxtadək davam edəcək?
21 mart 2024 15:17
- Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO
20 mart 2024 22:40
- Mehman Xəlilova hökm oxundu - 19 il həbs
20 mart 2024 12:10
- İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
19 mart 2024 16:33
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya