“Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
Hadisə21 yanvar 2021 15:24
"Cəbhəyə yola düşməzdən əvvəl həyat yoldaşı Fatiməyə tapşırıb ki, əgər şəhid olarsa övladlarını dəfnə gətirməsinlər. Deyib ki, qoy qızlarım məni həmişə sağ, gülərüz xatırlasınlar. Bir də tapşırıb ki, heç kimin yanında ağlamayın. Vətən uğrunda şəhid olanın arxasınca ağlamazlar. Fevralda oğlu dünyaya gələcək, doğulacaq körpənin adını bir neçə ay əvvəldən özü Alparslan qoyub...”
"Hadrut fatehi” adlandırılan, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlıların baş giziri, 36 yaşlı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova oğlu barədə bitib-tükənməyən xatirələrinə belə başlayır.
İsmayılovlar ailəsi Neftçalanın Həsənabad qəsəbəsində yaşayır. Ailədə iki oğul böyüyüb. Hər ikisi hərbçi olub. Müharibənin ilk günlərindən cəbhəyə yollanıblar. Camal Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, eləcə də Hadrut qəsəbəsinin azad olunmasında, Laçın dəhlizi istiqamətində döyüşlərə qatılıb. Oktyabrın 19-dan 20-ə keçən gecə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Düşmən əsgərləri necə aldadılıb...
Bu, həmin qəhrəman hərbçimizdir ki, Hadrut əməliyyatı zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan düşmən əsgərlərini aldadıb, onları başqa istiqamətə yönləndirib. Erməni dilinidə səlist danışdığından dəfələrlə düşməni tora salaraq, mövqelərini ələ keçirməyə müvəffəq olub. Döyüşçü yoldaşları deyirlər ki, Camal iki nəfərlə birgə mühasirəyə düşmüş əsgərlərimizi xilas edərək, ermənilərin özünü mühasirəyə salmağı bacarıb.
Ana danışır ki, oğlu uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Buna görə də kiçik yaşlarından hərbçi həyatına hazırlaşıb: "Uşaqlar körpə olanda Rusiyada yaşayırdıq. Orta məktəbə Rusiyada getdilər. Sonra kəndimizə geri qayıtdıq. Rusca təhsil aldıqlarına görə hər gün rayon mərkəzindəki məktəbə gedirdilər. Camal səliqə-səhmanı çox sevirdi. Altıncı sinifdən paltarlarını özü ütüləyirdi. Kəndin palçıqlı yolları ilə gedib gəlsə də ayaqqabısı çirklənməzdi. Övladlarını da belə yetişdirib” – gözüyaşlı ana danışır.
Xüsusi təyinatlı qüvvələrdə keçən 18 il
Camal 18 il XTQ-də xidmət edib. İngilis, rus və erməni dillərini mükəmməl bilib, son vaxtlar yunan dilini də öyrənirmiş. Həmçinin, idmanın boks və güləş növü ilə məşğul olub. Ayrıca kəşfiyyatçı kimi Türkiyədə, Gürcüstanda keçirilən müxtəlif kurslara qatılıb, dağ-xizəkçilik, paraşütdən tullanmanın sirrlərini öyrənib, dəfələrlə təltif olunub. 94 dəfə paraşütdən atlanmaqla tapşırıqları yerinə yetirib. Bununla yanaşı kitab tərcüməsi ilə də məşğul olub.
Camal şəhid olandan sonra ailəyə bildiriblər ki, onu arxa cəbhədə saxlamaq istəyiblər, amma ön cəbhəyə göndərilməsi üçün təkid edib. F.İsmayılova deyir ki, oğlu Aprel döyüşlərinə də qatılıb. Həmin döyüşlərdə dostları şəhid olub: "Camal işi haqda heç vaxt evdə danışmazdı. Aprel döyüşlərində dostlarının şəhid olması onu sarsıtmışdı. Deyirdi ki, Pəncəli Teymurov, Murad Mirzəyev bizim qol-qanadımız idi. Müharibənin başlayacağını, cəbhəyə gedəcəyini də bizdən gizlətmişdi. Deyirmiş ki, 18 ildir xidmət edirəm, indi müharibəyə getməsəm mənimlə xidmət edən, döyüşdə iştirak etmiş dostlarımın üzünə necə baxaram?”
Camalın anasına həsrət dolu son baxışları
İki övladı hərbçi olsa da, ana müharibənin başlanması xəbərini sosial şəbəkələrdən öyrənib: "Camal ailəsi ilə birgə Sumqayıtda kirayədə yaşayırdı. Sentyabrın 15-də kəndə gəldi, amma gecə zəng vurub təcili geri çağırdılar. Səhər tezdən Sumqayıta yola saldıq. Qapıdan çaxanda dönüb mənə elə həsrətlə baxdı ki... O baxışları yaddan çıxara bilmirəm. Atasına da dedim ki, Camal niyə mənə elə nisgillə baxdı. Bu, mənim oğlumla sonuncu görüşüm oldu” – ana yenidən ağlayır.
Şəhid anası deyir ki, oğlu iman əhli olub. Hər dəfə namazdan sonra dua edərkən şəhədətə qovuşmasını arzulayıb: "Hər səhər sübh namazına qalxanda WhatsApp-dan mənə ürək şəkli göndərirdi. Arxayın olurdum ki, salamatçılıqdı. Sentyabrın 25-də profilində "Allahu Əkbər” yazdığını, "Heydər Əliyev zirvəsində”ki əlində bayraqla çəkdirdiyi şəklini qoyduğunu gördüm. Ürəyimə damdı ki, nəsə baş verib. Çünki Camal hərbi formada şəklini paylaşmazdı, heç bizə də icazə verməzdi. Gəlinim bacım qızıdır. Ona zəng vurdum. Mənə "narahat olma” dedi. Qapıdan çıxanda gəlinə deyib ki, əgər şəhid olsam ağlayacaqsansa, indi mənim yanımda ağla, heç kimin qarşısında göz yaşı tökmə”.
"Oktyabrın 18-dən sonra Camaldan xəbər tuta bilmədik”
Cəbhədə olan Camal və kiçik qardaşı Ülvi hər gün anaları ilə əlaqə saxlayıblar. Camal sonuncu dəfə anası ilə oktyabrın 18-də telefonla danışıb: "Dedi ki, ana, müharibənin bitməsinə lap az qalıb. Dedim ay bala, mən hər dəfə sənin səsini eşidəndə, qoğal, şirniyyat bişiririb paylayıram. Hər onlarla danışanda məhlənin uşaqlarına şirniyyat paylayıb deyirdim ki, dua edin, balalarım salamat gəlsin. Qonşular Camalı o qədər çox istəyirdilər ki, hətta onun üçün qurban demişdilər. Oktyabrın 18-dən sonra Camaldan xəbər tuta bilmədik”.
Ana o müdhiş günü çətin də olsa yenidən xatırlayır. Camal ayın 19-dan 20-ə keçən gecə şəhid olub. Ailəyə bununla bağlı ayın 21-də - ananın ad günündə xəbər veriblər: "Qızım da, Ülvi də həmişə deyirdilər ki, sən Camalı bizdən çox istəyirsən. Bilirdim ki, Camal həmin gün mütləq zəng vurub mənimlə danışacaq. Səhər tezdən Ülvi zəng vurdu, soruşdu ki, Camal zəng vurubmu? Həmin gün çox gözlədim, amma Camal zəng vurmadı. Axşamtərəfi Camalın şəhid olması xəbəri gəldi. Həmin günü baş verənləri xatırlaya bilmirəm. Səhəri gün isə xəbər gəldi ki, şəhid olmayıb, mühasirə düşüblər, Camal isə yaralıdır. Biz də qurban kəsdik, payladıq. Müharibənin ilk günlərində Füzuli istiqamətində döyüşçü yoldaşını güllə yağışı altından çıxararkən yaralanmışdı. Bir neçə gün hospitalda müalicə aldıqdan sonra cəbhə bölgəsinə qayıtmışdı. Camalgilin dəstəsi düşmənlə üzbəüz, əlbəyaxa döyüşüb”.
"Hadrut fatehi”nin son döyüşü
Sonuncu döyüşdə Camal 16 nəfərlik dəstə üzvü ilə birgə 500 - dən çox düşmənlə döyüşüb və qəhrəmancasına şəhid olub. Ülvi yaralı və şəhidlərin içərisindən qardaşını axtarıb. Sonda Camalın nəşini şəhid olan hərbçilərin arasından tapıb: "Ayın 23-də qohum-əqraba yığılıb Camalın dalınca getdilər ki, bəlkə qana ehtiyacı var, bəlkə komadadır. Hamıya dedim ki, bəlkə komadaymış, siz elə bilmisiz ölüb. Onun öldüyünə indi də inanmıram. Ülvi dedi ki, üzündən təbəssüm çəkilməmişdi, elə bil dərin yuxuya getmişdi. O mənzərə balamın gözlərinin önündən getmir. O gündən bu günə hər gecə balamın köynəyini qucaqlayıb yatıram ki, yuxularıma gəlsin. İki övladı var balamın. Böyük qızı 5-ci sinifdə oxuyur. Hələ də uşaqlarına atalarının Cənnətdə olduğunu deyirik. Deyirik ki, sizi oradan izləyir”.
C.İsmayılov Neftçalada ata-baba yurdunda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən müharibəsi qəhrəmanı”, "Vətən uğrunda” medalı, "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Virtualaz.org
Oxşar xəbərlər
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
7 may 2024 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
7 may 2024 00:25
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
Xəbər lenti
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
Video & Fotoqalereya
Video
Fotoqalereya